Məhkəmə qərarları › İş №2(010)-5761/2019

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5761/2019

20.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5761/2019 20.12.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin Hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Aytəkin Aqil qızının katibliyi, İddiaçı, İddiaçının İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair iddia tələbinə və qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dairqarşılıqlı iddia mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin kompensasiya verilməklə mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB“ yaşayış massivi, ev 14, 57 saylı mənzili kooperativin üzvü kimi dəyəri qabaqcadan tərəfindən tam ödənilmiş, 11 aprel 1987-ci il tarixli, 51 saylı indiki Suraxanı rayon İcra Hakimiyyətinin qərarına əsasən mənzil ailənin istifadəsinə verilmiş və 04 iyun 1987-ci ildə mənzildə yaşamaq üçün 253575 saylı order verilmişdir. Mənzil 06 may 2008-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində şəxsi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh iddiaçının oğlu Səid Mehdiyev ilə 25 aprel 2004-cü ildən 14 avqust 2019-cu ilədək rəsmi ər-arvad olmuş, birgə yaşayış dövrü ərzində 3 övladları dünyaya gəlmiş, 14 avqust 2019-cu ildə Suraxanı rayon Məhkəməsinin 2687/2019 saylı qətnaməsi ilə onlar arasında nikah pozulmuşdur. Mülkiyyətçi olaraq cavabdehin mənzilində yaşamaq üçün aralarında hər hansı notariatda təsdiq olunmuş razılaşma olmamış, onu ailə üzvu kimi heç vaxt qəbul etməmişdir. Cavabdehin iddiası əsasında uşaqlarının saxlanılması üçün uşaqları saxlamağa borclu olan atasından aliment məbləği də müəyyən olunmuş və buna ailə üzvü Səid etirazını bildirməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnamələri ilə müəvyən olunnmuşdur ki, cavabdeh 2004-cü ildən başlayaraq iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayaraq, onunla ümumi təsərrüfat aparmış, beləliklə də iddiaçının ailə üzvü statusunu əldə etmişdir və bununla da uşaqları ilə birlikdə mübahisəli evə dair istifadə hüququnu əldə etmişdir. Odur ki, hazırki mövcud vəziyyətə uyğun olaraq, cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün ona 10000 (on min) manat məbləğində kompensasiya verilməsi ağlabatan, ədalətli və bazar qiymətinə uyğundur. Bu mübahisənin daha tez həll olunmasına xidmət etmiş olur, həm də Cavabdeh davamlı surətdə və 3 il müddət daxilində başqa yerdə əvvəlki mənzildə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Odur ki, Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 14 saylı evin 57 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və uşaqları X5, X7, X3 ilə birlikdə özlərinə məxsus əmlakları ilə mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı ilkin iddaçı İddiaçıya kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, istifadə hüququna xitam verilməsinə görə 40.000 manat kompensasiya verilməsi cavabdeh İddiaçı öhdəsinə qoyulmasını, cavabdeh İddiaçı qardaşı X2 borc aldığı 20000 manat məbləqində pulun qaytarılması, 2004-cü ildən yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvandakı mənzilin təmirinə xərclədikləri 20000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda qarşılıqlı iddiaçıya məxsus qızıl zinyət əşyalarının lombarda qoyaraq 10000 manat pulunu alan cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi və qarşılıqlı idda ərizəsinə görə ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 70.030 manat qarşılıqlı iddiaçıdan tutularaq ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 aprel 2004-cü ildən 14 avqust 2019-cu ilədək qarşlıqlı cavadehlə rəsmi ər-arvad olmuş, birgə nikahdan 3 övladları dünyaya gəlmiş, 14 avqust 2019-cu il tarixdən nikah pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının və 3 övladımın 2004-cü ildən hal-hazıradək mübahisəli evdə yaşaması və həmin mənzilin bütün xərclərini, təmirini, kommunal xərclərini valideynləri tərəfindən həyata keçirilmişdir. Yaşayış sahəsinin tam hazır vəziyyətə gətirilməsi üçün qardaşı tərəfindən təmir-tikinti işlərinə və avadanlıqların alınmasına 20.000 (iyirmi min) manata yaxın pul vəsaiti sərf olunmuşdur. Eyni zamanda iddaçı İddiaçı qardaşı Fuaddan 20000 manat borc almış və müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır. Eyni zamanda bildirir ki, iddaçı 10.000 manat məbləğində qızıl-zinyət əşyalarını lombarda qoyaraq pul almış və şəxsi əşyalarından aldığı pulu bu günədək iddiaçıya qaytarmır. Bununla əlaqədar qarşılqlı iddia ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qismən qəbul edilmiş, ilkin iddaçı İddiaçıya kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, istifadə hüququna xitam verilməsinə görə 40.000 manat kompensasiya verilməsi hissəsində qarşılıqlı iddia icraata qəbul edimişdir. İddia qalan hissədə icraata qəbul edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Məhəmməd qızı barışıq sazişi təqdim edərək izahatında göstərmişdir ki, tərəflər öz aralarında razılığa gələrək barışmış və buna dair barışıq sazişi bağlamışlar. Qeyd edilənlərə əsasən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 verdiyi izahatı təsdiq edərək məhkəmə kollegiyasından barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Biz, aşağıda imza edənlər: Bir tərəfdən, iddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzildə qeydiyyatda olan İddiaçı, digər tərəfdən, cavabdeh, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzildə qeydiyyatda olan Cavabdeh bu barışıq sazişinin aşağıdakı şərtlərlə bağlayaraq və Mülki Prosessual Məcəllənin 52, 191, 122, 123-cü maddələrini rəhbər tutmaqla razılığa gəlirik. Belə ki, İddiaçı kompensasiya yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işdə, “18 dekabr 2019-cu il tarixdə, iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İddiaçı şəxsi əmlakı kimi qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzilini keçmiş gəlini Cavabdeh Viktorovnoya bağışlayır, bu, bağışlanma müqaviləsi ilə, notariat kontorunda, 20 dekabr 2019-cu il tarixədək rəsmiləşdirilir. İddiaçı cavabdehin mərhum anasına məxsus və Cavabdeh himayəsində olan 3 nəfər uşağa alınmış, cəmi olaraq 19 adda və sayda qızıl-zinət əşyalarını, 18 dekabr 2019cu il tarixdə Cavabdeh qaytarır. İddiaçı, bağışlanma müqaviləsi Notariat Kontorunda bağlandıqdan 10 gün ərzində qeydiyyatda olan mənzildən pasport qeydiyyatından özünün çıxmağını və oğlu S.Mehdiyevin pasport qeydiyyatdan çıxmasını təmin etməyi öhdəsinə götürür. Cavabdeh iddiaçının gələcək yaşayışına kömək məqsədilə, iddiaçının mənzilə çəkdiyi xərclərə görə 31.000 (otuz bir min) manat pulu nəğd yolla İddiaçı 18 dekabr 2019cu il tarixdə ödəyir. Cavabdeh iddiaçıya məxsus bir ədəd qızıl üzüyünü ona qaytarır. Cavabdeh İddiaçı qarşı başqa tələb, həmçinin, pul, əmlak, mənzil tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə Cavabdeh hər hansı mübahisəli məsələnin olmadığını bildirdi. İddia ilə bağlı və barışıq sazişi ilə bağlı çəkilən xərclər Cavabdeh alınır. Saziş tərəflər tərəfindən imzalanaraq təsdiq olunmaq üçün, 20 dekabr 2019-cu il tarixədək, Suraxanı Rayon Məhkəməsinə təqdim edilir. Bu Saziş məhkəmə tərəfindən qəbul olunduqdan sonra mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Barışıq Sazişi 4 nüsxədə tərtib olunur, bir nüsxə iddiaçıya, bir nüsxə cavabdehə, bir nüsxə Vəkil, digər bir nüsxə məhkəməyə təqdim olunur. Barışıq Sazişi hazırlanarkən, tərtib olunarkən və təsdiq olunarkən iştirak etdilər: iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6. Barışıq Sazişində göstərilənlər həqiqətdir və doğruluğu imzalarla təsdiq olunur. Barışıq sazişinə Qeyd-şərtlər: 10 gün ərzində İddiaçı və S.Mehdiyev pasport qeydiyyatından çıxdıqdan sonra ödənilməmiş iki min manat Cavabdeh tərəfindən M.Mehdievaya ödənilir. İddiaçı tərəfindən Cavabdeh qarşı gələcəkdə hər hansı tələbi və iddiası olmayacaqdır və hazırda yoxdur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəməninqətnaməsiləğvedilməlidir. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. İddiaçı cavabdeh İddiaçı Viktorovnaya qarşı cavabdehin 10000 (on min) manat kompensasiya verilməklə, mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmalarına dair iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263- 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İddiaçı Viktorovnaya qarşı cavabdehin 10000 (on min) manat kompensasiya verilməklə, mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmalarına dair iddiasına və qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qarşılıqlı iddia icraata xitam verilsin. İddiaçı cavabdeh İddiaçı Viktorovna arasındakı 10 sentyabr 2019-cu il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Biz, aşağıda imza edənlər: Bir tərəfdən, iddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzildə qeydiyyatda olan İddiaçı, digər tərəfdən, cavabdeh, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzildə qeydiyyatda olan Cavabdeh bu barışıq sazişinin aşağıdakı şərtlərlə bağlayaraq və Mülki Prosessual Məcəllənin 52, 191, 122, 123-cü maddələrini rəhbər tutmaqla razılığa gəlirik. Belə ki, İddiaçı kompensasiya yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işdə, “18 dekabr 2019-cu il tarixdə, iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İddiaçı şəxsi əmlakı kimi qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 14, 57 saylı mənzilini keçmiş gəlini Cavabdeh Viktorovnoya bağışlayır, bu, bağışlanma müqaviləsi ilə, notariat kontorunda, 20 dekabr 2019-cu il tarixədək rəsmiləşdirilir. İddiaçı cavabdehin mərhum anasına məxsus və Cavabdeh himayəsində olan 3 nəfər uşağa alınmış, cəmi olaraq 19 adda və sayda qızıl-zinət əşyalarını, 18 dekabr 2019-cu il tarixdə Cavabdeh qaytarır. İddiaçı, bağışlanma müqaviləsi Notariat Kontorunda bağlandıqdan 10 gün ərzində qeydiyyatda olan mənzildən pasport qeydiyyatından özünün çıxmağını və oğlu S.Mehdiyevin pasport qeydiyyatdan çıxmasını təmin etməyi öhdəsinə götürür. Cavabdeh iddiaçının gələcək yaşayışına kömək məqsədilə, iddiaçının mənzilə çəkdiyi xərclərə görə 31.000 (otuz bir min) manat pulu nəğd yolla İddiaçı 18 dekabr 2019-cu il tarixdə ödəyir. Cavabdeh iddiaçıya məxsus bir ədəd qızıl üzüyünü ona qaytarır. Cavabdeh İddiaçı qarşı başqa tələb, həmçinin, pul, əmlak, mənzil tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə Cavabdeh hər hansı mübahisəli məsələnin olmadığını bildirdi. İddia ilə bağlı və barışıq sazişi ilə bağlı çəkilən xərclər Cavabdeh alınır. Saziş tərəflər tərəfindən imzalanaraq təsdiq olunmaq üçün, 20 dekabr 2019-cu il tarixədək, Suraxanı Rayon Məhkəməsinə təqdim edilir. Bu Saziş məhkəmə tərəfindən qəbul olunduqdan sonra mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Barışıq Sazişi 4 nüsxədə tərtib olunur, bir nüsxə iddiaçıya, bir nüsxə cavabdehə, bir nüsxə Vəkil, digər bir nüsxə məhkəməyə təqdim olunur. Barışıq Sazişi hazırlanarkən, tərtib olunarkən və təsdiq olunarkən iştirak etdilər: iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6. Barışıq Sazişində göstərilənlər həqiqətdir və doğruluğu imzalarla təsdiq olunur. Barışıq sazişinə Qeyd-şərtlər: 10 gün ərzində İddiaçı və S.Mehdiyev pasport qeydiyyatından çıxdıqdan sonra ödənilməmiş iki min manat Cavabdeh tərəfindən M.Mehdievaya ödənilir. İddiaçı tərəfindən Cavabdeh qarşı gələcəkdə hər hansı tələbi və iddiası olmayacaqdır və hazırda yoxdur.” Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar