Məhkəmə qərarları › İş №2(010)-577/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-577/2024

29.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-577/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi Mövla qızının iştirakı ilə, Ərizəçi Ərizəçi Mövla qızının (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi Mövla qızı (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *0.0*.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi Mövla qızı ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, *0.0*.2005-ci il təvəllüdlü X7 onun övladıdır. Oğlunun “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllılıq (kəskin imbesillik), kobud nitq və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” xəstəliyi vardır. Oğlu anadan gəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Uzun illərdir ki, övladı anadangəlmə bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, *0.0*.2005-ci il təvəllüdlü X7 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Oğlu bu xəstəliyə dair müalicə olunsa da, lakin heç bir nəticə verməmişdir, çünki bu, müalicəsi olmayan bir xəstəlikdir. Həmçinin, oğluna verilmiş arayışlara əsasən onun xəstəliklə əlaqədar ciddi pozuntusunun olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 372* nömrəli rəyində, həmçinin *6.0*.2023-cü il tarixli, ambulator kitabçadan Çıxarışda onun psixiatr müşahidəsində olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, 0.0*.2005-ci il təvəllüdlü X7 əmək qabiliyyətsizdir. Həmin arayışdan aydın olduğu kimi oğlunun “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllılıq (kəskin imbesillik), kobud nitq və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” xəstəliyi vardır. Məhz bu səbəbdən də oğlu, *0.0*.2005-ci il təvəllüdlü X5 ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan təqdirdə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Oğlu *0.0*.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tam qanuni və məqsədəuyğun hesab edir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Suraxanı rayon VVADQ şöbəsi tərəfindən *9.03.2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 *0.0*.2005-ci ildə doğulmuş və valideynləri X6 ilə Ərizəçi Mövla qızıdır. 2 nömrəli X* xx.xx.2023-cü il tarixli 372* saylı həkim psixiatr komissiyasının rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasının qərarı ilə; uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq (kəskin inbesillik) kobud nitq və davranış pozuntuları ilə. daima kənar şəxslərin himayəsinə ehtiyacı var. F84,0 F72.*; 274.3. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müqaviləyə dair məlumat verilməsi arayışından görünür ki, *0.0*.2005-ci il təvəllüdlü X7 ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Diaqnozu: uşaq autizmi, Kanner sindromu. ağır kəmağıllıq (kəskin inbesillik) kobud nitq və davranış pozuntuları ilə. daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Ağırlaşma 274.3 daimi müşahidəyə ehtiyac, uşaq autizmi, kanner sindromu. ağır kəmağıllıq (kəskin inbesillik) kobud nitq və davranış pozuntuları ilə. daima kənar şəxslərin himayəsinə ehtiyacı var. ağırlaşma F72.* qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., uşaq autizmi, kanner sindromu. ağır kəmağıllıq (kəskin inbesillik) kobud nitq və davranış pozuntuları ilə. daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müqaviləyə dair məlumat verilməsi arayışından görünür ki, *0.0*.2005-ci il təvəllüdlü X7 ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Diaqnozu; uşaq autizmi, kanner sindromu. daimi müşahidəyə ehtiyacı. daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, (kəsuin inbesillik) kobud nitq və davranış pozuntuları ilə, İQ-22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2024-cü il tarixli *295 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik Kanner sindromu nəticəsində davranış pozuntuları ilə (F72.*) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 2 nömrəli X2 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcə əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin və ləng daxil olması, stereotip hərəkətlər etməsi, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X4 ağır dərəcəli əqli gerilik. Kanner sindromu nəticəsində davranış pozuntuları ilə aşkar olunur. X7 onda qeyd olunan əqli gerilik ağır dərəcədə təzahür edir. X7 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 hazırkı psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarına malik deyil. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, *0.0*.2005-ci il təvəllüdlü X7 Ərizəçi Mövla qızının oğludur. Ərizəçinin oğlu *0.0*.2005-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik Kanner sindromu nəticəsində davranış pozuntuları ilə (F72.*) aşkar olunur. X7 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və *0.0*.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *0.0*.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar