Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5791/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə*, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Suraxanı Rayonu Enerji Təchizatı və Satışı idarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Suraxanı Rayonu Enerji Təchizatı və Satışı idarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı (abunə ***300*22VU00*8) hesablanmış 592.47 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, bina 22 V, mənzil *8 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayırdı. Qeyd edilən yaşayış evinə cavabdeh "xxxx" ASC tərəfindən işıq xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Bir neçə müddət əvvəl o evini başqa şəxslərə satmışdır. Evi satıldıqdan sonra kommunalların evi alan şəxsin adına rəsmiləşdirilməsi məqsədi ilə ev sahibi cavabdehə müraciət etmişdir. Müraciət zamanı bildirilmişdir ki, əmin evə dair "xxxx" MMC-nin dövrünə aid borcu vardır. Bu məqsədlə cavabdehə müraciət etdikdə məlum olmuşdur ki, mənzilin elektrik sayğacı *3.03.20**-ci il tarixdə 9874 kvts (592,47 AZN) debitor borcu Barmek dövrünə aid olduğu üçün dondurulmuşdur. "xxxx" MMC-nin dövrünə aid borc haqqında ümumiyyətlə 20**-ci ildən bu günədək ona məlumat və ya xəbərdarlıq verilməmişdir. O mənzilini satdıqda bu barədə məlumatı olmuşdur. Hesab edir ki, onun barəsində yazılmış borc əsasızdır. Həmçinin, həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtı-vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər borc olsa idi idarənin əməkdaşları ilk öncə bunu onlar aşkar edə bilərdilər və ona xəbərdarlıq edə bilərdi.
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə* iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, *7 il bundan əvvəl "xxxx" MMC-nin nümayəndələri tərəfindən ona 300 manat borcunun olduğu bildirilmişdir. Bir neçə müddət əvvəl o evini başqa şəxsə satmışdır. Ev satıldıqdan sonra evi alan şəxs kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin bu mümkün olmamışdır. Belə ki, onun müraciət zamanı bildirilmişdir ki, *7 il bundan əvvələ aid dondurulmuş borc vardır. Lakin borcun mövcud olması ilə bağlı heç bir xəbərdarlıq göndərilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, həmin borc "xxxx" MMC-nin dövründə yaranmışdır. Həmin borc sırf sərfiyyat borcu olduğundan "xxxx" ASC tərəfindən silinə bilməmişdir. Həmin borc köhnə dövrə aid olsa da, abonent tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır.
İş materialları.
6. Suraxanı Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, "xxxx" ASC-nin Suraxanı RETSİ-nə daxil olmuş xx.xx.2025-ci il tarix s/əx-730 N-li (daxil olma) müraciətlə bağlı araşdırma aparıldı. Bildirilir ki, ona məxsus olan mənzilin elektrik sayğacı *3.03.20**-ci il tarixdə 9874 kvts (592,47 AZN) debitor borcu Barmek dövrünə aid olduğu üçün dondurulmuşdur. Həmin borcların arxiv sənədləri Suraxanı RETSİ-də olmadığı üçün "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinə müraciət etməyi xahiş edilir.
7. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış *3.*0.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx"ASC-yə daxil olmuş müraciətə (08.*0.2025-ci il tarixli, H-*2786- 5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ***300*22VU00*8 nömrəli abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və 3*.*0.2006-cı il tarixinə 592,47 manat elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu müəyyənləşmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir.
8. Abunə Haqqında bildirişdən görünür ki, *6.0*.2002-ci il tarixli BOEO saylı qeydiyyata əsasən İddiaçı 592,47 manat borcu vardır.
İşin faktiki halları.
9. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış *3.*0.2025-ci il tarixli məktuba əsasən, elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx"ASC-yə daxil olmuş müraciətə (08.*0.2025-ci il tarixli, H-*2786-5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ***300*22VU00*8 nömrəli abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və 3*.*0.2006-cı il tarixinə 592,47 manat elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu müəyyənləşmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Abunə Haqqında bildirişdən görünür ki, *6.0*.2002-ci il tarixli BOEO saylı qeydiyyata əsasən İddiaçı 592,47 manat borcu vardır.
*0.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
**.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *8 saylı qərarı
4. X* Rejimləri və Əsas Şərtləri 4.*. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik Enerjisindən (X3) X2 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü * ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,0* faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.
*2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
*4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda - 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi.
*5. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, bina 22 V, mənzil *8 ünvanında abonent kodu iddiaçının adına qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 3*.*0.2006-cı il tarixə yaranmış borcdur. *6. Məhkəmə qeyd edir ki, iddiaçının elektrik enerjisindən istifadə etməklə borcun yaranmasında təqsirli olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2 və 77.*-ci maddələri). *7. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. *8. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. *9. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən cavabdeh təşkilat borcun yarandığını iddia edərək bununla bağlı sübut təqdim etmədən iddiaçıdan özündən əvvəlki qurumlara olan 3*.*0.2006-cı il tarixə yaranmış borcu iddiaçıdan tələb edir.
20. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış *3.*0.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx"ASC-yə daxil olmuş müraciətə (08.*0.2025-ci il tarixli, H-*2786- 5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ***300*22VU00*8 nömrəli abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və 3*.*0.2006-cı il tarixinə 592,47 manat elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğu müəyyənləşmişdir. Bu məbləğin ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. 2*. Məhkəmə qeyd edir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəf istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməyi, cavabdeh tərəf isə iddiaçıya məxsus mənzili elektrik enerjisi ilə təchiz etməyi və hesablaşma dövrü ərzində istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödənişi tələb etməyi üzərinə götürmüşdür. İş materiallarından göründüyü kimi tərəflər arasında yaranmış borc 3*.*0.2006-cı il tarixə qədər olan dövrü əhatə edir və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir.
22. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin olunmalı və abonentin hərəkət cədvəlinə əsasən borc "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə yarandığından, hesablaşma dövrü * ay qəbul olunduğundan və həmin dövr ərzində abonentdən tələb olunmadığından 592,47 manat borcu abonentin saldosundan silinməlidir.
Məhkəmə xərcləri.
23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, bina 22 V, mənzil *8 ünvanında İddiaçı tələb olunan (abonent kodu ***300*22VU00*8) elektrik enerjisindən istifadə nəticəsində yaranmış 592,47 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. 25.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, bina 22 V, mənzil *8 ünvanında İddiaçı tələb olunan (abonent kodu ***300*22VU00*8) elektrik enerjisindən istifadə nəticəsində yaranmış 592,47 (beş yüz doxsan iki manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova