Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-581/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında istifadə olunan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə 31 oktyabr 2018ci il tarixli 018362 saylı aktın ləğv edilməsi, bu akt əsasında hesablanmış 972 manat borcun “Azəriqaz” İB tərəfindən silinməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 ildən artıqdır ki, ünvan 1 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evində yaşayır və həmin fərdi yaşayış evi hazırda onun istifadəsindədir. Onunla “Azəriqaz” İstehsalat Birliyi arasında 09.05.2013-cü il tarixli "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 272 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən mənzilin köhnə qaz sayğacı dəyişdirilmiş, yeni smart kart tipli sayğac quraşdırılmış, xüsusi vasitə ilə plomblanmışdır. 2018-ci il iyun ayının 13-də cavabdeh hüquqi şəxsin nümayəndələri sayğaca baxış keçirərək, yeni smart tipli sayğacla əvəzlənməsini bildirmişdilər. Həmin gün sayğac dəyişdirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd etmişlər ki, guya sayğaca gələn plastmas qaz borusunda dəlik aşkar edilmiş və bu səbəbli qaz itkisi olmuşdur. Qaz sayğacını söküb yerinə yeni sayğacın quraşdırılmasını guya plastik borunun deşilməsi ilə əsaslandırılması əvvəlki sayğacın yararsız olmasına heç bir əsas vermir. Belə ki, əvvəlki sayğacın çıxarıldığı gün qazın istifadəsində heç bir problem olmamış və qazın plombu üzərində olmuşdur. 31 oktyabr 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 9720 m3 qaz itkisi müəyyən edilmişdir. Həmin aktda qaz işlədici avadanlıq kimi PQ4 tipli qaz peçi və kombi göstərilmişdir. Bununla bağlı bildirir ki, əvvəlki sayğac işlək vəziyyətdə olmuş və plombu üzərində olmuşdur. Burada hər hansı qaz itkisindən söhbət belə gedə bilməz. Hazırda ödəniş edən zaman ödənilmiş məbləğin 25 faizi borca silinir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, qaz sayğacı yoldaşı X1 adınadır. Lakin müqavilə bağlanan zaman yoldaşı evdə olmadığından, müqavilə onunla bağlanmışdır. 2018-ci ildə sayğaca baxış keçirilmiş, sayğaca baxılan zaman onların heç bir məlumatı olmamış və bu barədə onlara ümumiyyətlə məlumat verilməmişdir. Aktın yazılmasından belə məlumatları olmamışdır. 2019-cu ildən onların qaza görə ödədiyi puldan tutulmalar olanda artıq bilmişlər ki, akt tərtib edilən zaman onlara cərimə yazılmışdır. Halbuki, onlar qaz sayğacına heç bir müdaxilə etməmişlər. Ümumiyyətlə, sayğac evdən çox aralıdadır və əgər sayğaca zədə dəyibsə, bu hansısa kənar təsirdən də ola bilər. Bu səbəbdən tərtib edilmiş akt qanunsuzdur və akt əsasında yazılmış borcun silinməsini tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 bildirdi ki, tərtib edilmiş aktdan və ümumiyyətlə sayğacda hər hansı problemin olmasından onun xəbəri olmamışdır. Yalnız bir müddət sonra özü bu barədə maraqlandıqda ona deyilmişdir ki, guya sayğaca müdaxilə etdiyinə görə akt tərtib edilmiş, cərimə yazılmışdır. Hansı ki, onlar heç vaxt sayğaca müdaxilə etməmişdir. Digər tərəfdən, əgər sayğaca müdaxilə etmişdisə, cavabdeh orqanın nümayəndələri müdaxilə edilmiş sayğacı çıxarıb yenisi ilə əvəzləməli idi. Lakin onun sayğacı heç vaxt dəyişilməmişdir. Sayğaca müdaxilə etmələri barədə tərtib edilmiş akt əsassızdır. Odur ki, bu akt əsasında tələb edilən borcun silinməsini xahiş etdi (Barəsində akt tərtib edilən sayğac X1 adına olduğundan həmin şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir). Cavabdeh “Azəriqaz” İB məhkəmə iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, 1202AQ**********0 nömrəli sayğacın yoxlanılması barədə 29/1***-******* nömrəli akt əsasında “sayğacın çıxış plastmast borusu deşilmişdir” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar ediləcək qüsurların yoxlanılması barədə” “Azəriqaz” İB-nin direktoru tərəfindən 18.10.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın məişət qaz sayğaclarına aid olan hissəsinə uyğun olaraq, yuxarıda qeyd edilən qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.10.2018-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 972 manat hesablanaraq, abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Saldoya nəzərə saldıqda qaz sayğacına müdaxilənin baş verdiyi təsbit olunan dövrlə 2018-ci ilin oktyabr ayı üzrə cəmi sərfiyyat 100 m3, müdaxilədən əvvəlki dövrün eyni ayına isə (2017-ci ilin oktyabr) sərfiyyat 200 m3 təşkil etmişdir. Təbii qazın sərfiyyat göstəriciləri arasında kəskin fərq olduğu asanlıqla görülə bilər. Qeyd edilən hal sayğaca müdaxilə edilməsi nəticəsində real istehlak edilən təbii qaz sərfiyyatının sayğacdan keçən sərfiyyatdan qat-qat artıq olduğunu sübut edir. Sayğaca müdaxiləyə maraqlı olan şəxs və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Yəni, istehlakçı sayğaca müdaxilə etməklə faktiki istehlak etdiyi qaz sərfiyyatını sayğac tərəfindən dəfələrlə (təxmini iki dəfə) az qeyd edilməsinə nail olmaqla, tam ödənişdən yayınmış, qanunvericiliyin tələblərini pozmuş, beləliklə də Birliyə təqsirli hərəkəti ilə ziyan vurmuşdur. Cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında bağlanmış 03.05.2013-cü il tarixli, 272 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31.10.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, 02.10.2018-ci il tarixli laboratoriyanın 29/1***- *******-45 saylı MSK-ya əsasən, 1202AQ**********0 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. 31.10.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 31.10.2018-ci il tarixli, ******* nömrəli aktına əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmış, itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (2x6x180=1296m3; 6x18x180=1296m3, cəmi 9720 m3). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən X1 evində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilərək akt tərtib edilmişdir. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 972 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh orqan tərəfindən verilmiş iddiaya etirazdan və ona əlavə edilmiş sənədlərdən də görünür ki, həqiqətən istehlakçıya həmin dövrdə qalıq və akta görə 972 manat məbləğində cərimə hesablanmışdır. Hazırda İddiaçı həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə borc hesablandığını bildirərək aktın ləğv edilməsini və bu borcun silinməsini tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının çıxış plastmas borusunun deşilməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya cərimə hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Lakin cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğvinə gəldikdə isə qeyd edilməlidir ki, bu hissədə işə məhkəmədə baxıla bilməz. Belə ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək də mümkün deyil. Belə ola halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(010)- 581/2022 saylı qərardadı ilə iş üzrə icraata bu hissədə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (sayğac üzrə üçüncü şəxs X2) 31.10.2018-ci il tarixli akta əsasən hesablanmış 972 (doqquz yetmiş iki) manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-581/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-581/2022
21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver