Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5856/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavabdehlər Suraxanı rayon Sukanal İdarəsi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Suraxanı rayon Sukanal İdarəsi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddiaçı onkoloji və ağır şəkər xəstəliklərindən əziyət çəkdiyinə onu dövlət rüsumundan azad olunması barədə müraciət etsə də, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunu ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman bu əsaslarla dövlət rüsumundan azad olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı tərəfindən müraciət zamanı yol verilmiş digər pozuntuları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı istehlakçı hüquqlarının pozulması əsasını gərtirib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu madəsinə istinadən müqavilənin bağlandığı və ya icra edildiyi yer hesab edilən Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində verilmiş anlayışa görə yalnız şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab edilir. Belə olan halda İddiaçı tərəfindən Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivi, S.Cəfərov küçəsi 26 “a” ünvanında yerləşən və mülkiyyət hüququ ilə özünə məxsus olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və həmin qeyri-yaşayış sahəsində mebel sexinin fəaliyyət göstərməsi ona dəlalət edir ki, iddiaçı yuxarıda qeyd olunmuş Qanunun təsiri altına düşmür və İstehlakçının hüququnun müdafiəsi haqqında iddia ilə müraciət edərkən işin aid olduğu məhkəmələrdən birini seçmək hüququna malik deyildir. Digər tərəfdən cavabdeh qismində o cümlədən “Suraxanı rayon Sukanal İdarəsi” göstərilsə də, qeyd edilməlidir ki, həmin İdarə hüquqi şəxs olmadığından və mülki proseslərdə tərəf kimi çıxış edə bilmədiyindən iddia tələbi ona qarşı yönələ bilməz. Yəni, Suraxanı rayon Sukanal İdarəsi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) məxsus olmadığından, ona qarşı yönələn iddia tələbləri hüquqi şəxs olan Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və ya həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən filial, nümayəndəlik və idarə hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyət qaydalarına riayət edilməklə ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-5856/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5856/2021
08.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver