Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-586/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 05 fevral *902-ci ildə anadan olmuş, ** yanvar *985-ci ildə vəfat etmiş və 2* oktyabr *987-ci ildə vəfatına dair verilmiş “ölüm haqqında” şəhadətnamənin X*0 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun babası X** ** yanvar *985-ci ildə vəfat etmişdir. Onun ölümünü təsdiq edən “ölüm haqqında akt qeydində ata adı səhvən “Bala” olaraq qeyd edilmişdir. Əslində isə onun ata adı “Baba” olmuşdur. Bu hal bütün başqa sənədlərlə də sübut olunur. Eyni zamanda bu halı təsdiq edəcək istənilən qədər şahid də mövcuddur. Ölüm haqqında akt qeydində dəyişiklik edilməsi məqsədilə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də imtina cavabı verilməklə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hazırda mülkiyyətlə bağlı olunan sənədləşmə işləri ilə bağlı bu hal hüquqlarını məhdudlaşdırır. Şəxsə məxsus digər bütün sənədlərdə və onun övladlarının doğum haqqında şəhadətnamələrində də ata adı “Baba” olaraq qeyd edilmişdir. Bu halda məhkəmə qərarı ilə də ata adı səhv yazılan ölüm haqqında akt qedinin də eyni şəxsə, yəni X*0 məxsus olması təsdiq olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, babasının ölüm kağızında atasının adı səhv yazılmışdır. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin izahatları Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, ərizəçi anasının dayısı oğludur. Ulu babasının adı səhv yazılıb. Adı Baba olub. Soyadı və ata adını bilmir. Onun sağlığında o yox idi. Babasının adı Səxavətdir. Anasının babası Əbduləlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçi nənəsinin qardaşı oğludur. Ulu babasının adı səhv yazılıb. Adı Baba olub. Rəhmətlik nənəsindən eşitmişdir. Sənədlərdə də görmüşdür. Nənəsinin qardaşının adı Süleymandır. Süleyman da rəhmətə gedib. O, öləndə o, anadan olmamışdır. İş materialları. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasinin Dövlət Arxivinin 30 sentyabr 2024-cü il tarixli, 3-48-DA/2-S-6-**08/2024 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən *942-ci ilə dair Bakı şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 05 oktyabr *942-ci ildə doğulan X6 təvəllüdü qeyd olunur. Həmin arxiv sənədində onun atası: X**, anası: Suğra (sənəddə olduğu kimi) Qafar (sənəddə olduğu kimi) qızı olaraq qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin *8 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, X* Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə biləcəyi bildirilmiş, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş X8 29 saylı, 2*.*0.*987-ci il tarixli ölüm haqqında bərpa akt qeydində ata adının “Bala”-dan “Baba”-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan 05-0479 saylı 27.02.*962-ci il tarixli pensiya vəsiqəsindən görünür ki, X*0 verilmiş, X9 ata adı “Baba” olaraq qeyd edilmişdir. İş materiallarında olan ГД № 558*74 saylı hərbi biletdən görünür ki, həmin bilet X*0 verilmiş, X9 ata adı “Baba” olaraq qeyd edilmişdir. Şaumyanovski (Xətai) Qeydiyyat şöbəsi tərəfindən 2*.*0.*987-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 40997* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 **.0*.*985ci il tarixdə mədə xərçəngi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2*.*0.*987-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Ordjonikidze (Suraxanı) Rayon Qeydiyyat şöbəsi tərəfindən 08.05.*996-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 447**6 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Süleyman Abduləli oğlu 05 mart *996-cı il tarixdə kəskin ürək çatışmazlığı səbəbilə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.05.*996-cı il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. Бюро ЗАГС Промышленного CO ACCP tərəfindən 27.07.*982-ci il tarixdə verilmiş, İ-ИО 427069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ata X2, ana X3) xx xxxx *982-ci il tarixdə Ordasinikidze şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.07.*982-ci il tarixdə 874 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.... *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi 2* oktyabr *987-ci ildə vəfatına dair verilmiş “ölüm haqqında” şəhadətnamənin X*0 məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. O, babasının ölüm haqqında akt qeydində dəyişiklik edilməsi məqsədilə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X9 nəvəsidir. Yaxın qohumu olaraq, mülkiyyətlə bağlı sənədləşmə işləri ilə bağlı bu hal hüquqlarını məhdudlaşdırır və qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ölüm haqqında şəhadətnamədə X9 ata adı “Bala” olaraq qeyd edilmişdir. Məhz bu səbəbdən, sənədləşmə işləri ilə bağlı bu hal ərizəçinin hüquqlarını məhdudlaşdırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan arxiv sənədində X6 ata adı “X**” olaraq qeyd edilmişdir. Həmçinin iş materiallarında olan pensiya vəsiqəsi və hərbi biletdən də görünür ki, “X**”-nun ata adı “Baba” olaraq qeyd edilmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X9 ata adının “Baba” olduğunu təsdiqləmişdirlər. Belə olan halda, ərizəçinin babası X9 ata adının “Baba” olması faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 fevral *902-ci ildə anadan olmuş, ** yanvar *985-ci ildə vəfat etmiş və 2* oktyabr *987-ci ildə vəfatına dair verilmiş “ölüm haqqında” şəhadətnamənin X*0 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 05 fevral *902-ci ildə anadan olmuş, ** yanvar *985-ci ildə vəfat etmiş və 2* oktyabr *987ci ildə vəfatına dair verilmiş “ölüm haqqında” şəhadətnamənin X*0 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva