Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-587/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən çıxarılmış təbii X1nın pozulması haqqında aktın ləğv edilməsi və ondan (**********00013 saylı abonent) qanunusuz olaraq tələb olunan 2643,84 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı ərizə təqdim edərək, ondan (**********00013 saylı abonent) qanunusuz olaraq tələb olunan 2643,84 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun ünvanında olan qaz sayğacı Cavabdeh İB əməkdaşları tərəfindən dəyişdirilmiş və bununla əlaqədar onun ünvanına 2643,84 manat məbləğində cərimə yazılmışdır. O, bu məsələ ilə əlaqədar aidiyyəti orqanlara müraciət etsə də, ona əsaslı cavab verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi onun uzun müddət qanunsuz xətdən istifadə etdiyini bildirsə də, əsassızdır. Belə ki, həmin əraziyə baxan sahə növbətçiləri, Cavabdeh İB-nin əməkdaşları, mühəndisləri ola-ola onun tərəfindən aylarla qanunsuz xətt işlədilməsi məntiqli deyil. Əgər belə bir hal olsaydı, dərhal aşkarlanıb qadağan olunardı. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən qazdan kənar xətt vasitəsilə istifadə edilmiş və bunun əsasında yanvar və mart aylarında iki dəfə akt tərtib olunaraq cərimə yazılmışdır. Sonradan isə iyun ayında iddiaçı ilə Cavabdeh İB arasında qaz təchizatı ilə əlaqədar müqavilə bağlanılmışdır. Buna görə də iddiaçının tələbinin əsassız olduğunu nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və xx.xx.2022ci il tarixli ******* saylı aktdan görünür ki, mənzildə qaz sayğacı olmadan qazdan qeyriqanuni istifadə edilməsi nəticəsində 9936 m3 və 7056 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
6. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində 9936 m3 və 7056 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
7. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00013) 2643,84 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.
8. Cavabdeh İB-nin Bakı RQSD-nin rəisi Z.Mehrəliyev (Paylayıcı) ilə İddiaçı (İstehlakçı) arasında ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2022 il tarixli 12-3221 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir.
İşin faktiki halları.
9. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022ci il tarixli aktlara əsasən Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 2643,84 manat cərimə yazılması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
10. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının qaz sayğacı olmadan qazdan qeyri-qanuni istifadə edilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı istinad etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edil bilməz. Çünki hər iki akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş və istehlakçı tərəfindən akta imza edilməmişdir. Bundan əlavə, aktdan görünür ki, iddiaçının ünvanına ilk dəfə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, növbəti akt isə bundan 2 ay sonra xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Halbuki, ilk dəfə aşkar olunmuş kənar xətt Cavabdeh İB-nin əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Belə ki, cavabdehin kənar xətti aşkar etməsi halında iddiaçını bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. “X1”nın 6.5-ci bəndinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi aktların tərtib olunmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq, Cavabdeh İB tərəfindən dəymiş ziyanla bağlı heç bir hərəkət edilməmiş və istelakçıdan borc tələb olunmamışdır. Əksinə, dəymiş ziyan tələb edilmədən xx.xx.2022-ci il tarixdə Cavabdeh İB ilə istelakçı (hazırki iş üzrə iddiaçı) arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz.
Məhkəmə xərcləri.
13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
15. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 46,43 manat təşkil edir.
16. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 46,43 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00013) hesablanmış 2643,84 manat məbləğində borc ləğv olunmalıdır.
18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00013) hesablanmış 2643,84 (iki min altı yüz qırx üç manat səksən dörd qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdehndən 46,43 (qırx altı manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.