Məhkəmə qərarları › İş №2(010)-588/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-588/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-588/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64872 Huawei P30 Pro markalı telefon üçün 1475 (min dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, 443 (dörd yüz qırx üç) manat dəbbə pulu, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48165 iPhone 11 Pro markalı telefon üçün 1703.2 (min yeddi yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 523.8 ( beş yüz iyirmi üç manat, səksən qəpik) manat dəbbə pulu, 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79115 iPhone 11 markalı telefon üçün 1213.8 (min iki yüz on üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 364.2 (üç yüz altmış dörd manat, iyirmi qəpik) manat dəbbə pulu, ümumilikdə 6464 manat borc və 84.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müvafiq olaraq 09.09.2019-cu il, 21.09.2019-cu il. 18.01.2020-ci il, 07.02.2020ci il tarixli müqavilələrinə əsasən, sonuncu Samsung markalı televizor, İMEİ kodu **********64872 Huawei P30 Pro markalı telefon, İMEİ kodu **********48165 iPhone 11 Pro markalı telefon, İMEİ kodu **********79115 iPhone 11 markalı telefonunu nisyə almışdır. Həmin müqavilələrə görə cavabdeh aldığı əşyalara görə pulu hissə-hissə ödənilməsi barədə öhdəlik üzərinə götürmüş olsa da, müqavilə şərtlərinə riayət etməmiş və nəticədə onun 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2095 (iki min doxsan beş) manat olan Samsung markalı televizor üçün 741 (yeddi yüz qırx bir) manat olmaqla ondan, 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2542 (iki min beş yüz qırx iki) manat olan İMEİ kodu **********64872 Huawei P30 Pro markalı telefon üçün 1918 (min doqquz yüz on səkkiz) manat olmaqla ondan, 1475 (min dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, 443 (dörd yüz qırx üç) manat dəbbə pulu, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3220.2 (üç min iki yüz iyirmi manat, iyirmi qəpik) manat olan İMEİ kodu **********48165 iPhone 11 Pro markalı telefon üçün 2227 (iki min iki yüz iyirmi yeddi) manat olmaqla ondan 1703.2 (min yeddi yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 523.8 ( beş yüz iyirmi üç manat, səksən qəpik) manat dəbbə pulu, 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1910.6 (miin doqquz yüz on manat, altmış qəpik) manat olan İMEİ kodu **********79115 iPhone 11 markalı telefon üçün 1578 (min beş yüz yetmiş səkkiz) manat olmaqla ondan 1213.8 (min iki yüz on üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 364.2 (üç yüz altmış dörd manat, iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2095 manat olan Samsung markalı televizor hər ay 190 manat ödəmək şərti ilə 11 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 21 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2542 manat olan İMEİ kodu **********64872 Huawei P30 Pro markalı telefon ilkin ödəniş 10 manat olmaqla, hər ay 211 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 18 yanvar 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 3220.2 manat olan İMEİ kodu **********48165 iPhone 11 Pro markalı telefon hər ay 436.70 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1910.6 manat olan olan İMEİ kodu **********79115 iPhone 11 markalı telefon hər ay 135.8 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdehnın 09 sentyabr 2019cu il tarixli müqavilə üzrə 570 manat ödənilməmiş hissə və 171 manat dəbbə pulu, 21 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1475 manat ödənilməmiş məbləğ və 443 manat dəbbə, 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1703,2 manat ödənilməmiş məbləğ və 523.8 manat dəbbə pulu, 07 fevral 2020-cu il tarixli müqavilə üzrə 1213.8 manat ödənilməmiş hissə və 364.2 dəbbə pulu borcu olmaqla – cəmi 6464 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 09.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 570 manat, 21 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1475 manat, 18 yanvar 2020-cu il tarixli müqavilə üzrə 1703.2 manat və 07 fevral 2020-cu il tarixli müqavilə üzrə 1213.8 manat məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 09.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat, 21 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat, 18 yanvar 2020-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat və 07 fevral 2020-cu il tarixli müqavilə üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 09 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 570 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu, 21 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1475 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu, 18 yanvar 2020-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1703.2 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu və 07 fevral 2020-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1213.8 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 84.64 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.09.2019-cu il tarixli müqavilə üzrə 570 manat məbləğində borc və 10 manat məbləğində dəbbə pulu, 21 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1475 manat məbləğində borc və 10 manat məbləğində dəbbə pulu, 18 yanvar 2020-cu il tarixli müqavilə üzrə 1703.2 manat məbləğində borc və 10 manat məbləğində dəbbə pulu, 07 fevral 2020-cu il tarixli müqavilə üzrə 1213.8 manat məbləğində borc və 10 manat məbləğində dəbbə pulu və 84.64 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5086,64 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar