Məhkəmə qərarları › İş №2(010)-588/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-588/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-588/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00014 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan 2954.88 manat məbləğində pulun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Qılmanov küçəsində nömrəsiz evdə yaşayıram. Qeyd edilən yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və G-4 İtron Smart kart tipli sayğac quraşdırılmışdır. Qeyd etmək isəyirəm ki, mən hər ay mütəmadi olaraq işlətdiyimiz qazın dəyərini ödəmişəm, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcum qalmamışdır. Cavabdeh əməkdaşları tərəfindən əvvəllər quraşdırılmış sayğacın zədələndiyini və işləmədiyini görüb bu barədə Cavabdeh əməkdaşlarına xəbər verdim. Cavabdeh əməkdaşları həmin gün gəlib sayğacın zədələndiyini gördülər və şəkillərini çəkib getdilər. Lakin 2-3 gün keçməsinə baxmayaraq evə təbii qazın verilməsi təmin edilmədi. Bu səbəbdən özüm evə müvəqqəti qaz quraşdırdım. Cavabdeh əməkdaşları sonradan bizim ünvana gələrək 5 gün sayğacsız təbii qazdan istifadəyə görə mənə 2954.88 manat məbləğində cərimə borcu hesablamışdır və sayğacı dəyişdirərək yerinə yeni G-4 İtron Smart kart tipli (№**********771) sayğac quraşdırılmışdır. Baxmayaraq ki, qaz sayğacında bizim tərəfimizdən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyim qazın həcmindən görünür ki, mən elə də böyük həcmdə qaz işlətmirəm və belə olan təqdirdə mənim sayğaca müdaxilə etməyimə əsas yoxdur. Nəzərə alsaq ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 mən sayğaca nəzarət edə bilmərəm. Qeyd edim ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür və onun səlahiyyətindədir”. İddia tələbinin həcminin azaldılması

3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək məhkəmədən iddia tələbinin aktın ləğv edilməsi hissəsində nəzərə alınmamasını xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi.

4. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddiasının təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2954.88 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş 49.54 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İBnin Azərbaycan Beynəlxalq Bankı hesabına (kod 8051531, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiq 01/2022-ci il tarixindən 05/2022-ci tarixə kimi təbii qazdan istifadə qaydalarını pozaraq qazdan qanunsuz istifadə etdiyi üçün barəsində 5 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 2954.88 manat məbləğində maddi zərər vurmuş olduğu müəyyən edilmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-yə müraciət etmiş və ona məxsus həmin ünvana smart qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə tərəflər arasında 12-3194 nömrəli təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və abonentə məxsus həmin ünvana **********00014 nömrəli abonent hesabı verilmişdir. xx.xx.2022-ci il tarixdə də X5 həmin abonent hesabında mövcud olan 2954.88 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, 2022-ci ilin yay aylarında qaz sayğacı xarab olmuş, o da bu barədə qaz idarəsinə məlumat vermişdir. Lakin qaz idarəsinin əməkdaşları vaxtında gəlmədiyindən qazdan 1 həftə qanunsuz istifadə etmişdir. Bunda onun təqsiri olmamışdır. Buna baxmayaraq qaz idarəsinin əməkdaşları onun barəsində akt tərtib etmişlər. Onun nə həmin aktdan, nə də tərtib edilmiş digər aktlardan məlumatı olmamışdır. Aktlarda onun akta imza etməkdən imtina etməsinə dair qeyd edilsə də, o, ümumiyyətlə hansısa akt tərtib edilməsindən məlumatsız olmuşdur. Hesab edir ki, bu aktlar əsasında ondan pul tələb edilməsi əsassızdır. Belə ki, o, qazdan qanunsuz istifadə etməyə məcbur olduğu 1 həftədən başqa heç vaxt qaz xəttinə qanunsuz qoşulmamışdır. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, 2022-ci ilin yanvar-may aylarında ilk iddiaçının təbii qazdan istifadə qaydalarını pozmasına dair beş akt tərtib edilmişdir. Həmin aktlardan görünür ki, ilk iddiaçı qaz xəttinə qanunsuz qoşulma təbii qazdan qanunsuz istifadə etmişdir. O, hazırda bu qanunsuz istifadənin yalnız bir həftəsini qəbul etsə də, daha əvvəl aktlara görə vurduğu zərəri qəbul etmiş, bununla bağlı ərizə də vermişdir. Hesab edir ki, borcun silinməsinə dair iddia tələbi əsassızdır. Belə ki, təbii qazdan qeyri-qanuni istifadə etmiş ilk iddiaçı dəymiş zərəri ödəməlidir. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

9. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akt üzrə 14256 m3 həcmində dəymiş zərər hesablanmışdır.

10. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

11. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akt üzrə 2952 m3 həcmində dəymiş zərər hesablanmışdır.

12. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

13. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akt üzrə 2520 m3 həcmində dəymiş zərər hesablanmışdır.

14. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

15. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akt üzrə 2952 m3 həcmində dəymiş zərər hesablanmışdır.

16. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən evə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

17. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli akt üzrə 1944 m3 həcmində dəymiş zərər hesablanmışdır.

18. **********00014 kodlu abonentin saldosundan görünür ki, abonentə 2022-ci il üçün “qalıq və aktlar”a əsasən 2954.88 manat məbləğində borc hesablanmışdır.

İşin faktiki halları.

19. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdankənar, qeyriqanuni istifadə edilməsinə dair xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında beş akt tərtib edilmişdir.

20. Bu aktların hər biri üzrə dəymiş zərər hesablanmış, yekunda abonentin hesabına “qalıq və aktlara”a görə 2954.88 manat məbləğində borc hesablanmışdır.

21. Hazırda iddiaçı iddia edir ki, onun bu aktların heç birindən məlumatı olmamışdır. O, yalnız bir həftə təbii qazdan sayğacdankənar istifadə etdiyini qəbul edərək ona bu aktlar üzrə yazılmış bütün borcun silinməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

23. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

28. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödəməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda qarşılıqlı iddiaçının üzərinə düşür.

29. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).

30. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

32. İş materiallarından görünür ki, ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübut etmək üçün qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə müxtəlif tarixli beş akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün deyil.

33. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, aktlarda istehlakçının nümayəndəsi kimi qeyd edilmiş şəxsin (İddiaçı) adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, aktların heç biri tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir.

34. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməz.

35. Belə olan halda məhkəmə hesab edir ki, aktlar tərtib edildiyi dövrdə ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi mötəbər sübutlarla müəyyən edilmir. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verən ilk iddiaçı bir həftə ərzində təbii qazdan qanunsuz istifadə etdiyini qəbul etmişdir. Belə olan halda ilk iddiaçının təbii qazdan 7 gün qanunsuz istifadə etdiyi sübut edilmiş hesab edilməli, həmin 7 gün üçün istehlak olunmuş qazın dəyəri ilk iddiaçıdan tutulmalıdır.

36. Aktlara əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, ilk iddiaçının evində bir gün ərzində istehlak olunan təbii qazın həcmi orta hesabla 98.4 m3 (1.2x24+1.5x24+1.4x24) kimi qəbul edilmişdir. Belə olan halda 7 günə görə itirilmiş qazın həcmi 688.8 m3 hesab olunur. Abonentin saldosundan görünür ki, hər akt üzrə hesablanmış itirilmiş qazın həcmi ~8.3-ə bölünməklə dəymiş zərər hesablanmışdır. Eyni hesablama ilə 688.8 m3 itirilmiş qazın dəyəri ~82.98 manat təşkil edir.

37. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia 82.98 manat məbləğində pulun ödənilməsi ilə bağlı hissədə təmin edilməli, eyni hissədə ilk iddia rədd edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 2871.9 (2954.88 – 82.98) manat məbləğində borc silinməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 89.98 manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun (49.54 manat) qarşılıqlı iddianın təmin edilmiş hissəsinə (82.98 manat) mütənasib olan hissəsi (30 manat) tutularaq Cavabdeh hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

39. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı akta görə hesablanmış 2871.9 manat (iki min səkkiz yüz yetmiş bir manat doxsan qəpik) məbləğində borc silinsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 82.98 manat (səksən iki manat doxsan səkkiz qəpik) məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdehnə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar