Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-591/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. X6 12 yaşından etibarən ruhi xəstədir. 2000-ci il tarixindən 15 saylı Suraxanı rayonu psixiatriya bölməsində qeydiyyatdadır. Ona “Şizofreniya-paronoid depressivvəziyyət” diaqnozu qoyulub. X12 müddətsiz 2ci qrup əlildir. O psixi vəziyyətinə görə öz hərəkətinin vəziyyətini dərk etmək və şüürlu şəkildə idarə etmək iqtidarında deyildir, daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Tez-tez özündən çıxır, aqresivləşir, ətrafdakı şəxslərə qarşı çox aqresiv olur və eyni zamanda evdən getmə halı olmuşdur, nəticədə 17-ci polis bölməsinə müraciət edilmişdir və onun vasitəsi ilə tapılmışdır. Ata və anası vəfat etmişdir. X1 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Suraxanı Rayon icra Hakimiyyətində bildirildi ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görədə məhkəməyə müraciət edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X10 hazırki ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materialları.
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X3 qeyd olunmuşdur.
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X3 qeyd olunmuşdur.
7. 05 noyabr 2003-cü il tarixli, 190094 nömrəli vəsiqənin surətindən görünür ki, X6 uşaqlıqdan ikinci qrup əlildir.
8. AZ-İ seriyalı, 681700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.
9. AZ-İİ seriyalı, 045849 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 520 №-li ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.1984-cü il təvəllüdlü X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X2 tam faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliklə əlaqədar səhhəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
12. Barəsində ərizə verilən xx.xx.1984-cü il təvəllüdlü X6 ərizəçinin qardaşıdır. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.1984-cü il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır. Bu hal iş üzrə təyin edilmiş ekspertiza ilə də öz təsdiqini tapır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X6 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: İddia təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov