Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-592/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2005-ci il təvəllüdlü qızı X6 uşaqlıqdan orta kəmağıllılıq (imbesillik) kobud nitq və davranış pozuntuları ilə uşaq serebral iflic tetraparetikdən əziyyət çəkməklə böyümüşdür. Hazıradək hərəkətlərini normal idarə edə bilmir. O, birinci dərəcəli əlildir. Onun əlilliyi təsdiq olunmuşdur. Qızı öz hərəkətlərini və davranışını idarə edə bilmədiyi üçün o, qızına qulluq edib yanında saxlayır. Qızının maddi və mənəvi dəstəkçisi və baxımı ilə özü məşğul olur. Bu səbəbdən də onun qəyyumu təyin olunmaq istəyir. O, qəyyumluq təyini ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin oradan xx.xx.2023-cü il tarixli məktub verilmiş və məhkəməyə müraciət hüququ izah edilmişdir. Qızı onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən də o, yaşayış yeri üzrə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 196589 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 və X10 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 574 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 707478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası X18, anası Ərizəçi) xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 1077 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 20/2-Ə-260-099/2023 saylı Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, ona qanunvericiliyin tələbləri izah edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2023-cü il tarixdə əldə edilmiş ********** nömrəli əlillik haqqında arayışdan müəyyən olunur ki, X3 aşkar edilmiş ümumi xəstəliyə (orta kəmağıllılıq (imbessilik) kobud nitq və davranış pozuntuları ilə uşaq serebral iflic tetraparetik forma iq-38) uyğun olaraq xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 395 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən X1 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, erkən körpəlik dövründə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etmiş, Bakı Uşaq Nevroloji Xəstəxanasında, həmçinin Bakı şəhəri 2 saylı X4 müalicədə olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, həmçinin yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Orta kəmağıllılıq (imbesillik) kobud nitq və davranış pozuntuları ilə USİ, tetraparetik forma İQ-38%” diaqnozu ilə ona müddətsiz İ qrup əllilik təyin edilməsi, yeriməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Qərardadın 1-ci və 2-ci suallarına cavab: X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Qərardadın 3-cü və 4-cü suallara cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştiraka yol vermir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş qızı X5 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir və barəsində xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Halhazırda qızı X13 ərizəçi baxır və ona qulluq göstərir. Qızının maddi, mənəvi dəstəkçisi və baxımı ilə ərizəçi məşğul olur. Bu səbəbdən də onun qəyyumu təyin olunmaq istəyir. O, bununla bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və ərizəçiyə müvafiq halın təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də ərizəçi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuş və hazırki ərizə ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə verilmiş 395 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X1 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil,X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-592/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-592/2024
04.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver