Məhkəmə qərarları › İş №2(010)-598/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-598/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-598/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 razılaşma müqaviləsində göstərilən və heç bir mübaisə yaratmayacağını öhdəsinə götürdüyü 17744 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4a ünvanında fəaliyyət göstərən internet klubda işlədikləri dövrdə razılaşma müqaviləsindəki kompüter dəstlərini işlək vəziyyətdə həmin salonu icarə əsasında işlədən Cavabdeh1 və qardaşı Cavabdeh2 təhvil vermişdir. Qasımov X3 getdiyindən qardaşı Cavabdeh1 internet klubu işlətməyə başlamış, internet fəaliyyətini davam etdirmişdir. Pandemiya ilə əlaqədar işlər dayandığından kompüter dəstlərini geri qaytarmağı tələb etmişdir. Dəstlərin hamısı nasaz vəziyyətdə olduğundan ümumi tanışları X4 və X2 iştirakları ilə razılaşma müqaviləsi imzalanaraq ya həmin kompüterləri saz vəziyyətdə qaytarılması, ya da müqavilədə razılaşdırılan ümumi dəyəri 17744 manat pulun heç bir mübahisə yaratmadan ödənilməsi şərti ilə xx.xx.2020-ci il tarixində özü ilə aparmış, 15 gün müddətində, yəni xx.xx.2020-ci ilə kimi bu məsələnin həll ediləcəyini öhdəsinə götürmüşdür. Lakin bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır və hər gün yalan danışmaqla onu aldadır. Artıq kompüterlər tam yararsız vəziyyətə salındıqlarından və düzəlmək ehtimalı olmadığından müqavilədəki ümumi dəyərini, yəni 17744 manat pulun ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün razılaşmalar xx.xx.2020-ci il tarixindəki razılaşma müqaviləsində öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh1 oğundan 14000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə verərək iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etiraz bildirmədiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Cavabdeh1, İddiaçı, X5 və X6 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “kompüter avadanlıqlarının işlək vəziyyətdə təhvil verilməsi barədə” razılaşma müqaviləsindən görünür ki, müqavilədə siyahısı göstərilən kompüter avadanlıqları işlək vəziyyətdə verilməsi üçün Cavabdeh1 tərəfindən götürülmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus obyekti internet klub kimi istifadə edilməsi məqsədilə içindəki avadanlıqlarla birlikdə Cavabdeh1 icarəyə vermişdir. Lakin Cavabdeh1 obyekti təhvil verərkən içindəki kompüter avadanlıqlarını tam təhvil verə bilməmiş, bir çoxu nasaz vəziyyətdə olmuş, bəziləri ümumiyyətlə olmamışdır. İddiaçı da özünə dəymiş zərərin əvəzi kimi cavabdehdən 14000 manat məbləğində pul təələb etmişdir. Cavabdeh1 isə məhkəməyə ərizə verərək iddianı etiraf etmiş, iddianın qəbul etdiyini və iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaya etiraz etmədiyini bildirməsi və bununla bağlı məhkəməyə ərizə verməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə, yəni tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 14000 (on dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh1 14000 (on dörd min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar