Məhkəmə qərarları › İş №2(010)-5997/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5997/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5997/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, icra haqqında Azərbaycan Respublikasının Qanununun 29.1.-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İddia ərizəsi yenidən qaytarılaraq iddiaçıya izah olunur ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi tələbi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır, yəni icra məmuru tərəfindən qəbul edilmiş hər hansı qərardan şikayət verilməli və məhz hansı qərarın ləğv olunmalı olmasını ərizəçi əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.3.-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsində digər hüquqverici sənədlərin etibarsız hesab olunmasını tələb etdiyini bildirsə də, həmin hüquqverici sənədlərin nədən ibarət olması, hansı orqan və ya təşkilat tərəfindən verilməsi qeyd olunmamış və həmin orqan iddia ərizəsində cavabdeh kimi göstərilməmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmamış və iddia tələbi qeyri-dəqiqdir. Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyri-mümkündür. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların və digər hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar