Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-601/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il Bakı şəhərindən anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, X1 xx.xx.1973-cü il Bakı şəhərindən anadan olduğunu, ərizəçinin qardaşı olduğunu, hazırda qardaşının ruhi əsəb xəstəliyinə düçar olduğunu və Baş Səhiyyə İdarəsinin 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi müalicə aldığını bildirdi. Qardaşının 1-ci qrup əlil olduğunu, onun müstəqil olaraq özünü idarə bilmədiyini, onun daimi köməyə ehtiyacı olduğunu və psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olduğunu bildirərək X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Lenin rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx xxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Lenin rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilən arayışa əsasən xx.xx.1973-cü il təvəllüdlü X7 orta dərəcəli (imbesillik) əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur, müəsissənin psixiatriya kabinetində qeydiyyatdadır –AK: 1600/89 İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət vərəqəsinə əsasən X7, İİ qrup əlil olmaqla, məhrum atası X2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 131 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X4 yüngül əqli gerililk aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər Bakı şəhər RƏXD-də, sonradan 15 nömrəli BŞX-nin psixiatrik kabinetində ambulator müşahidədə olması, əmək qabiliyyətinin olmamasının müəyyən edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – təfəkkürünün konkretliyi, abstraklaşdırma qabiliyyətinin zəifliyi, dünyagörüşünün məhdudluğu, intellektual imkanlarının bir qədər aşağı olması, ibilk ehtiyatlarının kasadlığı və sair sübut edir. Eyni zamanda qeyd olunmalıdır ki, X8 müayinə zamanı ünsiyyətə sərbəst daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, söz ehtiyatı kifayət həcmdə olmuş, sadi məişət mövzularında sərbəst fikir yürütmüş, onda kobud yaddaş pozuntuları qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlar X7 zahirən sakit olmuş, emosional reaksiyaları situasiyaya adekvat olmuş, əhval-ruhiyyəsinin sabitliyi qeyd edilmiş, hər hansı davranış pozuntusu müəyyən edilməmişdir. X6 aşkar olunan yüngül əqd gerilik onu öz hərəkətlərinin mənasının dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Nəticə olaraq X4 yüngül əqli gerillik aşkar olunur. X4 aşkar olunan yüngül əqli gerilik onu öz hərəkətlərinin mənasının dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X7 öz hərətkətlərinin mənasını dərk etməklə yanaşı onları idarə etmək iqtidarına malikdir. X8 hazırkı psizi vəziyyətinə görə fəaliyyət qabiliyyətli şəxs edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319.1-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında vətəndaş X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Suraxanı rayonu İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan və yaşayan X1 fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rzayeva Nərminə
Məhkəmə qərarları › İş №2(010)-601/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-601/2021
04.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver