Məhkəmə qərarları › İş №2(010)-6075/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6075/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6075/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, istehlakçı, yəni iddiaçı Suraxanı rayonu ərazisində qeydiyyatda olsa da, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsi, nömrəsiz evdə yaşayır və borcun silinməsini tələb etdiyi ev həmin ünvanda yerləşir. Cavabdehin hüquqi ünvanı isə ünvan 1addəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyu kimi iddiaçı istehlakçı kimi Sabunçu rayonu ərazisində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edir. Hazırki tələb də istehlakçı hüquqularının müdafiəsi barədədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı ünvan 2adığından, eyni zamanda istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının seçməsinə görə yaşadığı yerə görə də verilə bildiyindən, iddiaçının tələbi üzrə cavabdeh qismində hüquqi şəxs olan Cavabdeh İB çıxış etdiyindən, iddia ərizəsi cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin və ya istehlakçının yaşadığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar