Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6089/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi, Ərizəçinin vəkili X6 iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07.11.1984-cü il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 6, mənzil 9-da qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, o, X5 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə yaşayış dövründə 07.11.1984-cü il tarixdə X4 adlı oğlan övladı dünyaya gəlmişdir. X1 ağır ruhi xəstədir və hazırda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının psixiartiya kabinetində dispanser qeydiyyatındadır. Belə ki, o kəskin ifadə olunmuş inbesillik dərəcəsində ağır əqli gerilik psixiatrik xəstəliyindən əziyyət çəkir. Hazırda xəstəliyi onu tam anlaqsız vəziyyətə salıb və bu səbəbdən o hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir. Ərizəçinin vəkili X9 ərizəçinin ərizə tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, ərizəçinin vəkili X6 izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon İcra Hakimiyyətinin 07.10.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 07.11.1984-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Quqark rayonunun Şaumyan kənd nümayəndəliyi tərəfindən 13.Xİ.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 07.11.1984-cü ildə anadan olmuş, valideynləri X5 və Ərizəçidır. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 11.10.2021-ci il tarixdə verilmiş arayışından görünür ki, 1984-cü il təvəllüdlü X4 İ əlil. F2 kəskin ifadə olunmuş inbesilik dərəcəsində difopsiya, ağır əqli gerilik diaqnozu ilə psixatriya kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.12.2021-ci il tarixli 2928 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar -erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar heç bir təhsil ala bilməməsi, RF Voloqda Vilayətində müalicədə olması, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının psixiatrik kabinetində dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı ünsiyyətə çətin daxil olması, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. X3 qeyd olunan anadangəlmə əqli gerilik (oliqofreniya) ağır dərəcəli kimi qiymətləndirilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə iş üzrə izahat verməsi mümkün olmadığından onun məhkəmə iclasına gəlməsi məqsədəmüvafiq deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 07.11.1984-cü il təvəllüdlü X4 Ərizəçi oğludur. Ərizəçinin oğlu Sərxan ağır dərəcəli əqli geriliyi olan xəstədir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 07.11.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.11.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-6089/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6089/2021
28.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver