Məhkəmə qərarları › İş №2(010)-6202/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6202/2021

06.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6202/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi İddiaçı Mirzəmməd oğlunun “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi İddiaçı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mirzəmməd oğlunun atası X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi (Məişət kimyası və tikinti materialları “A” tikilisi 208.8 kv.m, “B” tikilisi 1717,8 kv.m, cəmi 1926.6 kv.m) ünvanda yerləşən əmlaka vərəsə kimi mirasın qəbul edilmə müddətinin buraxılmasını üzürlü hesab edib mirasın qəbul müddətini uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Mirzəmməd oğlunun mərhum atası X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi (Məişət kimyası və tikinti materialları “A” tikilisi 208.8 kv.m, “B” tikilisi 1717,8 kv.m, cəmi 1926.6 kv.m) ünvanda yerləşən əmlaka vərəsə kimi mirasın qəbul edilmə müddətinin buraxılmasını üzürlü hesab edib mirasın qəbul müddətini uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil tələbi müdafiə edib, izahat verərək bildirdi ki, atası X6 əvvəlcə “X14” zavodunun direktoru, sonra isə “X14 Şirkətinin” prezidenti olmuşdur. X11koloji xəstə olduğundan 1988-ci ildə müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və onlar da ailəliklə onunla Moskva şəhərinə köçmüşlər. Atası Moskva şəhərində ev aldı və İddiaçı Mirzəmməd oğlu da ailəliklə orada yaşamışlar. Atası isə müalicə olunduqdan sonra Azərbaycana Bakı şəhərinə qayıtmışdır. İddiaçı Mirzəmməd oğlu atası işlədiyi zavoda rəhbərlik etməkdə davam edirdi. Atası xəstəliyi ilə əlaqədar, müalicə olunmaq üçün Moskva şəhərinə gedib gəlirdi. 2007-ci ildə İddiaçı Mirzəmməd oğlunun atası yenidən Moskva şəhərinə gəlmiş və uzun müddət orada müalicə olunduqdan sonra yenidən Bakıya qayıtmışdır. Təxminən 2009-cu ilin noyabr ayının 20-də atasının vəziyyəti ağırlaşmış və iddiaçı onu yenidən Moskva şəhərinə gətirmişdir. 28 noyabr 2009-cu il tarixdə İddiaçı Mirzəmməd oğlunun atası vəfat etmiş və onu Bakı şəhərində dəfn etmiş, daha sonra İddiaçı Mirzəmməd oğlu ailəsi ilə birlikdə Moskva şəhərində yaşamış və 2021ci ilin iyun ayının əvvəllərində Moskva şəhərində atasının rəhbərlik etdiyi zavodda işləmiş bir nəfərlə təsadüfən rastlaşdıqdan sonra “X14 Şirkəti” atam Mirzəməmməd Turabovun xüsusi mülkiyyətində olduğunu eşitmişdir. İddiaçı son günlərinə qədər atasına qulluq etmiş, ölümündən sonra onun dəfnini təşkil etmişdir. Bunlara əsasən mərhum atasının yeganə vərəsəsi olan iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi (Məişət kimyası və tikinti materialları “A” tikilisi 208.8 kv.m, “B” tikilisi 1717,8 kv.m, cəmi 1926.6 kv.m) ünvanda yerləşən əmlaka vərəsə kimi mirasın qəbul edilmə müddətinin buraxılmasını üzürlü hesab edib mirasın qəbul müddətini uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 10 saylı Notariat Ofisi məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 saylı Notariat ofisinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Mirzəmməd oğlunun 28.11.2009-cu ildə vəfat etmiş atası X1 miras qalmış və Bakə şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcələsində qeyd olunmuş mirasın qəbulu müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. İş materiallarından görünür ki, İddiaçı Mirzəmməd oğlu xx.xx.1982-ci ildə anadan olmuş, valideynləri X5 və X7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, ünvan 1 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi, (Məişət kimyası və tikinti materialla-“A” tikilisi -208.8 kv.m B tikilisi-1717, 8 kv.m, cəmi 1926,6 kv.m) ünvanında yerləşən əmlaka dair X3 adına 003271 saylı, 25.02.2004-cü il tarixdə mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 avqust 2021-ci il tarixli, 1/32 saylı məktubundan görünür ki, 1937-ci il təvəllüdlü X5 16.11.1998-ci ildən ölən günə qədər 28.11.2009-cu ilə qədər Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 15 saylı evdə qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş 12.01.2010-cu il tarixdə verilmiş ölum haqqında şəhadətnamənin tərcümə və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 28.11.2009-cu ildə vəfat etmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 X13 ilə birgə nikahından xx.xx.1982-ci ildə ərizəçi İddiaçı Mirzəmməd oğlu doğulmuşdur. X5 28.11.2009-cu il tarixdə Bakı şəhəri, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 15-də kəndində vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi, (Məişət kimyası və tikinti materialla-“A” tikilisi -208.8 kv.m B tikilisi-1717, 8 kv.m, cəmi 1926,6 kv.m) əmlak X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mərhum atası X2 birinci növbəli vərəsəsi olmaqla 20 noyabr 2009-cu il tarixdə vəfat etmiş atasının dəfnini həyata keçirdiyinə görə atasından qalmış mirasın qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 28.11.2009-cu il tarixdə vəfat etmiş X5 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyəndləşdirilmiş müddətin ərizəçi İddiaçı tərəfindən ötürülməsi üzürlü hesab edilsin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar