Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-623/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimTural Nurulla oğlu Məmmədovunsədrliyi, X3katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1979-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə doğulmuş, hazırda Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 18, mənzil 8 ünvanında onunla birlikdə yaşayan X6 onun qızıdır. X6 İİ-ci dərəcəli psixi qüsurlu xəstədir. Qızı özünü sərbəst surətdə idarə edə bilmir. Sonuncu daima onun himayəsində yaşayır, kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər qızının vəziyyəti daha da ağırlaşmışdır. Qızı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Qızı onun köməyi olmadan həkimə müraciət edə bilmir, müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Ona görə də qızının qəyyuma ehtiyacı var. O, Suraxanı rayon Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə qızına qəyyum təyin edilməsi barədə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixli məktubla müraciətinin həll edilməsinin mümkünsüz olduğu, xəstə qızının fəaliyyət qabiliyyəti olmayan şəxs edilməsi barədə məhkəməyə kmüraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı ŞKX-nin çıxarışın surətindən görünür ki, X6 poliklinikad qeydiyyatdadır və diaqnozu əqli cəhətdən zəiflikdir. - İİİ-TИ № 444189 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxx 1979-cu ildə Marneulidə anadan olmuşdur. X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməPsixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ciil tarixli 2026 saylı rəyindən görünür ki, X2 “İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə” müəyyən edilir. Belə nəticəyə gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ərizəçi X4 ərizəsi təmin edilməli və ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-623/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-623/2020
19.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver