Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-628/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X20 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları. *. ИE seriyalı 255572 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Məhərrəmov Murad-Əli Qafar oğlu *8.04.*924-cü il tarixdə anadan olmuşdur, atası Qafar Səbziyev, anası Xatun Səbziyevadır.
2. İ-ИE seriyalı 6*6027 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.*958-ci il tarixdə anadan olmuşdur, X2, anası X4r.
3. AZ-İ seriyalı 355038 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 3*.*0.2009-cu il tarixdə ölmüşdür.
4. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun və evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, * May küçəsi, *0 nömrəli evin sahibinin soyadı, adı və atasının adı hissəsində X*3 qeyd edilmişdir
5. 30.**.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus olan bütün əmlakını və Bakı şəhəri, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı fərdi yaşayış evini nəvəsi X8 vəsiyyət etmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən *8.07.2023cü il tarixli, **59 nömrəli arayışdan görünür ki, mərhum X5 adına verilmiş texniki pasportda (Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport *962-ci il) qeyd edilən * May küçəsi, ev № *0 Ərizəçi pasport qeydiyyatında olduğu Ramiz Qarayev küçəsi, ev *6 ünvanı ilə eynidir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri *0 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, 3*.*0.2009-cu ildə ölmüş mərhum X3 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev (keçmiş * May küçəsi, ev *0) küçəsi, ev *6 ünvanında yerləşən yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar mərhumun qızı Ərizəçi tərəfindən müraciət olunmuş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlər araşdırılarkən məlum oldu ki, yuxarıda göstərilən əmlaka (Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev (keçmiş * May küçəsi, ev *0) küçəsi, ev *6 ünvanında yerləşən yaşayış evinə) hüquqmüəyyənedici sənəd alınmamışdır. Vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün yuxarıda qeyd edilən miras əmlaka (Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev (keçmiş * May küçəsi, ev *0) küçəsi, ev *6 ünvanında yerləşən yaşayış evinə) dövlət reyestrindən Çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən *6.**.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, təqdim edilmiş texniki pasportla notariat ofisinin vərəsəlik məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda hüquq sahibinin adı “Murad” kimi, vərəsəlik məktubunda isə “Muradəli” kimi qeyd olunmuşdur.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X** bildirdi ki, ərizəçinin oğludur. X9 onun babasıdır. Babasının adı Muradəli olmuş, amma sənəddə səhvən Murad kimi qeyd edilmişdir. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X*8 bildirdi ki, ərizəçinin qonşusudur. X9 onun qonşusu olmuşdur. Onun adı Muradəli olmuşdur.
Ərizəçinin tələbi.
**. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı (köhnə ünvan * May küçəsi, ev *0) fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport’un 3*.*0.2009-cu il tarixdə ölmüş X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı fərdi yaşayış evi (köhnə ünvan * May küçəsi, ev *0) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən onun mərhum X2na məxsusdur. X2 3*.*0.2009-cu il tarixdə ölmüşdür və o, atasından miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı fərdi yaşayış evini miras qismində faktiki qəbul etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilən zaman atasının adı səhvən Murad kimi göstərilmişdir. O, bu sənəddə atasının adının səhv olmasını heç bir zaman bilməmiş, lakin qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman sənədləşmə işlərində bu səhvlər barədə məlumatı olmuşdur. Belə ki, o, atasından miras qalmış əmlaka dair vərəsəlik işi açdırmış və *0 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 260 saylı məktubla Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək həmin evə dair çıxarış verilməsi xahiş edilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi * saylı Bakı Ərazi İdarəsinin *6.**.2023-cü il tarixli məktubu ilə müraciətindən imtina edilərək, hüquq sahibinin adının texniki pasportda Murad kimi göstərilməsi qeyd edilmişdir. Atasının adı Muradəli olmuşdur və onun adının Muradəli olması doğum haqqında şəhadətnaməsi ilə öz təsdiqini tapır. Göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsində yerləşən *6 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da X5 adı “Murad” kimi göstərilsə də, həmin ev onun X2na məxsusdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un 3*.*0.2009-cu ildə ölmüş X7 məxsus olması faktının müəyyən edilməsi, həmin əmlakın miras kimi qəbul edilməsi üçün xüsusi ilə zəruridir. O, qeyd edilən faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Tərəflərin izahatları.
*3. Ərizəçi məhkəmə iclasında ərizədə göstərdiyi xüsusatları müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. *4. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307.*. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*6. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *7. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. *8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı şəhəri Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı *6.**.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş texniki pasportla notariat ofisinin vərəsəlik məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. *9. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 3*.*0.2009cu il tarixdə vəfat etmiş X7 verilmiş və sonuncuya məxsus olmuşdur. Əriəçinin mərhum X2na verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin *962-ci ildə verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”unda X5 adı səhvən “Murad” kimi göstərildiyindən, hazırda fərdi yaşayış evi ilə bağlı çıxarış alına bilmir.
20. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. 2*. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X* məxsus olması barədə ərizə əsaslıdır.
Məhkəmə xərcləri.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramiz Qarayev küçəsi, *6 saylı (köhnə ünvan * May küçəsi, ev *0) fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun 3*.*0.2009-cu il tarixdə vəfat etmiş X7 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.