Məhkəmə qərarları › İş №2(010)-6317/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6317/2024

29.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6317/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil-Kommunal İstismar Sahəsinə, 3 saylı Bakı «Asan Kommunal» mərkəzi və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı «kommunal xidmətlər üzrə borcunun olmadığını tanımaları öhdəliyinin qoyulması, elektrik sayğac üçün Smart kart verməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil-Kommunal İstismar Sahəsinə, 3 saylı Bakı «Asan Kommunal» mərkəzi və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı «kommunal xidmətlər üzrə borcunun olmadığını tanımaları öhdəliyinin qoyulması, elektrik sayğac üçün Smart kart verməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) *53.*.*-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş "xxxx" ASC-nin məktubundan görünür ki, iddiaçı öz tələbi ilə bağlı “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə müraciət etməlidir. Lakin, ərizəyə əlavə edilmiş sənədlərdən müvafiq müraciətin olunub-olunmadığını və olunduğu halda nə ilə nəticələndiyini müəyyən etmək olmur. Belə olan halda məhkəmə izah edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə müraciət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və AR MPM-in 35, 4*-*, *5*, *63-*64, *67-*68-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil-Kommunal İstismar Sahəsinə, 3 saylı Bakı «Asan Kommunal» mərkəzi və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı «kommunal xidmətlər üzrə borcunun olmadığını tanımaları öhdəliyinin qoyulması, elektrik sayğac üçün Smart kart verməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ** (on) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar