Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6334/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs “AQRO” kooperativinin Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X6 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı ilə qeydə alınması faktının müəyyən edilməsi, 17 yanvar 1989-cu ildə qeydə alınmış “AQRO” kooperativinin 5 nəfərdən ibarət X3, X2, Ərizəçi, X5 və X4 təsisçiləri olmalarının tanınması faktının müəyyən edilməsi və 1989-cu ildə qeydə alınmış “AQRO” kooperativinin təsisçisi X1 miras qalmış vərəsəlik payın miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Hazırkı ərizənin mahiyyəti ondan ibarətdir ki, ərizəçinin bildirdiyinə görə, onun üzv olduğu müəssiənin əvvəl dövlət qeydiyyatına alındığı, sonuncu müraciətdə isə müəssisənin adının dövlət qeydiyyatında olmadığı bildirilmişdir. Bu səbəbə görə də, ərizəçi Kooperativin Bakı şəhəri, Orcinikidze (indiki Suraxanı) rayon X6 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli, 1 nömrəli qərarı ilə qeydə alınması faktının müəyyən edilməsini və bu xahişlə əlaqədar digər faktların da müəyyən edilməsini xahiş edir. İş materiallarına qeyd edilən qərarın təsdiq edilmiş surəti də əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, o, hazırkı müraciəti ilə bağlı müraciət etdiyi inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-6334/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6334/2021
05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver