Məhkəmə qərarları › İş №2(074)-454/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-454/2020

13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-454/2020 13.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf x10 Xidmət x1rşı “buraxılmış müddətin bərpa edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf x10 Xidmət x1rşı “buraxılmış müddətin bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək onun yəni Ərizəçi tərəfindən mərhumə anası x4 miras qalmış reyestr nömrəsi **********63-10301 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün üzürlü səbəbdən buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, anası x6 reyestr nömrəsi **********63-10301 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak məxsusdur. Anası x9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. x6 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün x10 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdikdə ərizənin icrasından miras əmlakı qəbul etmə müddətini ötürdüyü üçün imtina edilmişdir. Anasının ölümündən sonra da miras əmlak tərəfindən faktiki qəbul olunmuş və hazırda istifadəsindədir. Üzürlu səbəblərə görə anası x2 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsini vaxtında almamışdır. Odur ki, onun yəni Ərizəçi tərəfindən mərhumə anası x4 miras qalmış reyestr nömrəsi **********63- 10301 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün üzürlü səbəbdən buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı tərəf x10 Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə əsaslıdır və təmin edilməlidir. İş materialarında olan x10 Xidmət Mərkəzinin Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli 2/139 saylı notariat əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, Ərizəçi xx.xx.2012-ci ildə vəfat etmiş anası x6 məxsus olan ünvan 1 saylı ünvanda yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddəti buraxıldığına görə imtina edilmişdir. İş materiallarında olan AZ-İ № 560859 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x9 xx.xx.2012-ci il tarixində ölmüşdür. İş materiallarında olan AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası x5, anası x7r. İş materiallarında olan reyestr nömrəsi **********63-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, Qurban Namazəliyev ev 32, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi olan ümumi sahəsi 117,20 kv.m olan fərdi yaşayış evi x8 məxsusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, reyestr nömrəsi **********63-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Şamaxı şəhəri, Qurban Namazəliyev ev 32, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi olan ümumi sahəsi 117,20 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə x8 məxsus olmuş və onun ölümündən sonra miras qalmışdır. Miras mülk onun övladı Ərizəçi miras evə sahiblik etməklə, həmin əmlakı idarə etməklə mirası qəbul etsə də mirasın notariat qaydasında qəbul edilməsi üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə məhkəmə, ərizəçinin mirası faktiki qəbul etməsini nəzərə alaraq, onun mirasın notariat qaydasında qəbul edilməsi üçün notariat orqanına vaxtında müraciət etməməsini üzürlü sayır və onun vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etməsindən ötrü buraxılmış müddətin bərpa edilməli olduğu nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən anası x3 miras qalmış reyestr nömrəsi **********63-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri, Qurban Namazəliyev ev 32, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi olan ümumi sahəsi 117,20 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün üzürlü səbəbdən buraxılmış müddət bərpa edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar