Məhkəmə qərarları › İş №2(016)-101/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-101/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-101/2023 27.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X51 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X48 oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X5 cavabdeh Ağsu rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi və buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı X11 cavabdeh Ağsu rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunla müəyyənləşdirilmiş buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən olunmuş 6 ay müddətinin keçməsini üzürlü hesab edərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X12 xx.xx.2017-ci il tarixdə Ağsu rayonu, Kalva kəndində dünyasını dəyişib. X1 xx.xx.2003-cü il tarixdə dünyasını dəyişib. Mərhum atasının ölümündən öncə Ağsu rayonu, Kalva kəndində JN-005F, KOD 40911018, 05 nömrə ilə qeydə alınmış 0,15 ha torpaq sahəsi və üzərindəki yaşayış evi 59,1 kv.m, başqa tikintilər 91,1 kv.m dövlət aktı qeydiyyat kitabında 3274 nömrə ilə qeydiyyata alınmış, 0,44 ha torpaq sahəsi mülkiyyətində olmuşdur. Rusiya Federasiyası vətəndaşıdır, atasının və anasının dəfn mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlmişdir. Uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, işi ilə əlaqədar olaraq Azərbaycana gəlib mirası qəbul etmək qeyri-mümkündür. Eyni zamanda Rusiya Federasiyasında iqtisadi böhran, quru sərhədlərin bağlanmasına səbəb olmuş pandemiya onun Azərbaycana gəlib getməyini xeyli çətinləşdirmişdir. Bununla əlaqədar olaraq qaynı X31 etibarnamə əsasında Ağsu rayon notariat ofisinə ərizə ilə müraciət edərək adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ağsu rayon notariat ofisi xx.xx.2022-ci il tarixdə 709 №li cavab məktubunda qanunla müəyyən olunmuş 6 ay müddətin keçməsini əsas gətirərək mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Qardaşları notariat ofisində, bacısı Kalva kənd İcra Nümayəndəliyində atasından qalan mirasın tərəfindən qəbul olunması üçün yazılı şəkildə razılıqlarını təsdiqləmişlər. Zərurət olsa həmin razılıq ərizələrini məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi X23 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh Ağsu rayon Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanan məktublarla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla iştirakları olmadan mülki işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Ağsu rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X14 ilə X10 arasında nikah xx.xx.1952-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 52 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.1964-cü ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X24 xx.xx.1955-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X16 xx.xx.1958-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X35 xx.xx.1960-cı ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X25 xx.xx.1961-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X26 xx.xx.1968-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olmaqla atası X14, anası X3r. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2003-cü ildə Ağsu rayonu, Kalva kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 23 nömrə ilə qeydiyyat aparılmışdır. - Ağsu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X12 xx.xx.2017-ci ildə Ağsu rayonu, Kalva kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 11 nömrə ilə qeydiyyat aparılmışdır. - Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2014-cü il tаriхdə vеrilmiş АZ-İ № 923926 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, həmin tаriхdə X13 ilə X17 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 fevral 2014-cü il tarixdə 230 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. - Ağsu rayon notariat ofisinin Ekhtiram Mamedova ünvanladığı xx.xx.2022-ci il tarixli, 709 saylı məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X7 ölümündən sonra Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi müddətini ötürmüşlər. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - X18, X29, X27, X19 tərəfindən notariat ofisinə vermiş olduqları ərizələrlə xx.xx.2017-ci il tarixdə vəfat etmiş ataları X7 vəfatından sonra miras qalmış əmlaklara qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını imzaları ilə təsdiq etmişlər. - X20 tərəfindən verilmiş, mərhum X2 miras qalmış əmlakdan ona çatan payı və hər hansı hissəsini qəbul etməməsi fikrində olmadığı, müddətin uzadılması iddiası lə məhkəməyə müraciət etməyəcəyi barədə ərizəsi üzrə imzasının həqiqiliyi Ağsu rayonu Kalva kənd ərazi vahidi üzrə icra nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məktubundan görünür ki, X5 dövlət sərhədindən rəsmi hərəkəti barədə İAMAS bazasından edilmiş çıxarışa görə xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci illərdə müvafiq ardıcıllıqla giriş və çıxışı olmuşdur. - J№-270, KOD 40911018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, X8 və X4 xx.xx.1999-cu il tarixdə Ağsu rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə Ağsu rayonu, Kalva kəndində dövlət aktı qeydiyyat kitabında 3274 nömrə ilə qeydiyyata alınmış 0,44 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - J№-005F, KOD 40911018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və X4 Ağsu rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə Ağsu rayonu, Kalva kəndində fərdi yaşayış evi, həyətyanı sahə üçün 0,15 ha torpaq sahəsi verilmişdir. Həyətyanı sahənin qaiməsinə əsasən 0,15 ha torpaq sahəsi üzərində tikinti altı sahə 150,2 kv/metr, o cümlədən yaşayış evi 59,1 kv/metr, başqa tikintilər 91,1 kv/metrdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarına əsasən Ağsu rayonu, Kalva kəndində X8 və X4 üzərində 59,1 kv/metr yaşayış evi, 91,1 kv/metr başqa tikintilər olan yaşayış evi, həyətyanı sahə üçün 0,15 ha torpaq sahəsi, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,44 ha torpaq sahəsi verilmişdir. X6 xx.xx.2003-cü il tarixdə, X12 isə xx.xx.2017-ci il tarixdə Ağsu rayonu, Kalva kəndində rəhmətə getmişdir. Göstərilən daşınmaz əmlaklar X7 mülkiyyəti olduğundan miras qalmışdır. Miras qoyan X7 vəsiyyətnamə qoyması müəyyən olunmamışdır. İddiaçı Rusiya Federasiyası vətəndaşı olduğundan, atasının və anasının dəfn mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlib-qayıtmış, işi ilə əlaqədar olaraq Azərbaycana gəlib mirası qəbul etmək qeyrimümkün olmuş, eyni zamanda Rusiya Federasiyasında iqtisadi böhran, quru sərhədlərin bağlanmasına səbəb olmuş pandemiya onun Azərbaycana gələ bilməmiş, bu səbəbdən mirasın qəbul edilməsi üçün vaxtında müraciət etməmiş və qanunla müəyyən olunmuş 6 aylıq müddəti ötürmüşdür. Notariat ofisində qardaşları, Kalva kənd İcra Nümayəndəliyində isə bacısı atasından qalan mirasın tərəfindən qəbul olunması üçün yazılı şəkildə razılıqlarını təsdiqləmişlər. Lakin Ağsu rayon notariat ofisi xx.xx.2022-ci il tarixli, 709 №li məktubla qanunla müəyyən olunmuş 6 ay müddətin keçməsini əsas gətirərək mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). 1145-сi maddəsinəəsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. …Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmiş, sonradan notariat ofisinə müraciət etsə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən imtina məktubu almış və bundan sonra müddətin bərpası üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində, eyni zamanda nümayəndəsinin məhkəmə iclasında izahatında göstərdikləri əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi üzrlü sayılaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Rusiya Federasiyasında yaşayır, buna baxmayaraq valideynlərinin vəfatı ilə bağlı respublikaya giriş-çıxış etmiş (bu hal iş materiallarında olan Dövlət Sərhəd Xidmətinin məktubunda göstərilən məlumatlarla da təsdiqini tapır), lakin sonradan dünyada baş verən pandemiya səbəbindən quru və hava yollarının bağlanması ilə bağlı respublikaya giriş-çıxış edə bilməmişdir. Sonradan bununla əlaqədar olaraq qaynı, yəni arvadının qardaşı X31 etibarnamə əsasında Ağsu rayon notariat ofisinə ərizə ilə müraciət edərək adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin rayon notariat ofisi imtina etmişdir. Bundan sonra iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi təmin edilməklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış Ağsu rayonu, Kalva kəndində yerləşən J№-005F, KOD 40911018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə üzərində 59,1 kv/metr yaşayış evi, 91,1 kv/metr başqa tikintilər olan yaşayış evi, həyətyanı sahə üçün verilmiş 0,15 ha, həmçinin J№-270, KOD 40911018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,44 ha torpaq sahələrinə dair mirasın qəbulu ilə əlaqədar buraxılmış müddət üzürlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar