Məhkəmə qərarları › İş №2(060)-4385/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4385/2020

27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4385/2020 27.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər 3 saylı Notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Teymurov X7 şəhər 3 saylı Notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birnci növbə vərəsə kimi qeyd edilən mənzilə mirasın qəbul edilməsi, miras qalmış mənzilə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 279 saylı evin sahibi olan atası Dadaş Hacıağa oğlu olmuş və xx xxxxxx 1985-ci ildə atası vəfat etmişdir. Atası öldükdən sonra o, vərəsəliyi faktiki olaraq qəbul etmiş və 1990-cı ilədək orada yaşamışdır. Daha sonra qardaşı 2-ci dəfə X5 ilə ailə qurmuş və o, evdən çıxmışdır. Amma ata evləri olduğu səbəbindən daima gediş və gəlişləri olmamışdır. Həmin mənzil onlara atalarından miras qalmış əmlakdır və o, atasının vərəsəsidir. Bu səbəbdən də qeyd edilən mənzilə mirasın qəbul edilməsi faktı müəyyən edilməli, miras qalmış mənzilə onun vərəsəlik hüquqları tanınmalı və vərəsəlik şəhadətnaməsi verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər 3 saylı Notariat ofisinin notariusu T.M.Mustafazadə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-2551/2018 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 apelyasiya şikayəti təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-2551/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Ərizəçi cavabdeh X3 qarşı mənzilə köçürülmə tələbinə dair ilk və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı DNK tərəfindən Ərizəçi, Firuzə Dadaş qızının, X4 və Əzizə Dadaş qızının adlarına xx xxxxxxx 2017-ci il tarixdə verilərək müvafiq olaraq 2v-239, 2v-240, 2v-241 və 2v-242 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Əİ tərəfindən Ərizəçi, Firuzə Dadaş qızının, X4 və Əzizə Dadaş qızının adlarına verilmiş xx xxxxxxx 2017-ci il tarixli çıxarışların ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-313/19 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2507/2018 saylı qətnaməsindən Ərizəçi və vəkilinin kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarların məzmunundan görünür ki, məhkəmə müəyyən etmişdir ki, miras qoyan Dadaş Hacıağa oğlu 1985-ci ildə vəfat edərkən qanun üzrə vərəsələrdən olan Ərizəçi miras əmlak olan Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 279 saylı evdə yaşamamış, Sumqayıt şəhəri 9-cu məhəllə, Puşkin küçəsi, 10 saylı evin 10 saylı mənzilində yaşamışdır. Qeyd edilən şəxslər miras faktını qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu üçün notariat kontoruna müraciət etməmişdir. Həmin evdə miras qoyan Dadaş Hacıağa oğlunun ölümündən sonra mirası faktiki olaraq övladı Hacıyev Hacıağa qəbul etmiş, xx.xx.2014-cü ildə ölümündən sonra isə həmin fərdi yaşayış evində ancaq arvadı X6 yaşamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, mirasın əmlakın ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi, miras əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə başlaması öz təsdiqini tapmadığından, əksinə toplanmış və tədqiq olunmuş sübutlarla təkzib olunduğundan ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Sumqayıt şəhər 3 saylı Notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar