Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1189/2024 15.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs*, Maraqlı şəxs2 və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun onun *2.*0.2008-ci il tarixdə ölmüş atası X*, 25.**.20*9-cu il tarixdə ölmüş anası X2 və 06.0*.2005-ci il tarixdə ölmüş ögey nənəsi X3 vərəsəsi omasının və onlara aid olan bütün əmlakın, o cümlədən Kürdəmir rayonunun Dəyirmanlı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,6470 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhumlara məxsus olan hissədə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclası *5.08.2024-cü il tarixə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilmiş, ərizəçi məhkəməyə ərizə göndərib ərizəsini və sənədlərinin özünə qaytarılmaqla ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsimni xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsminə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs*, Maraqlı şəxs2 və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə Ərizəçi ərizəsi qəbul edilməli və ərizə baxılmamış saxlanılmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs*, Maraqlı şəxs2 və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1189/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1189/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver