Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-645/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Mərkəzinə, Cavabdeh4 Mərkəzinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X10 və 37 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, mənzilə dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X13 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi və X4 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X13 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə verərək 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X13 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V y/s, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri 37 saylı DNK-nın 4Ə-204, 4Ə-203 reyestr nömrəli 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X4 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X13 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, qanun üzrə vərəsəsi olduqları 21.04.2013-cü il tarixdə vəfat etmiş anaları X4 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsələrdən olmalarına baxmayaraq, 08.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qardaşları X16 miras əmlakdan tam pay almışdır. 16.10.2015-ci il tarixində X16 vəfat etdikdən sonra, onun mülkiyyətində olmuş Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19 ünvanda yerləşən 148 mənzil Əhmədov Valeh Əşrəf oğlunun, Cavabdeh2, X7 və Cavabdeh1, yəni 4 nəfər vərəsənin arasında bərabər qaydada bölünmüşdür. 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin mənzil ¼ hissə olmaqla Əhmədov Valeh Əşrəf oğlunun, ¼ hissə isə Cavabdeh2, qalan 2/4 hissə isə hər birinə bir pay olmaqla mərhumun yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh1 və X7 mülkiyyətinə verilmişdir. Həmin mənzil üzərində ½ hissə üzrə mülkiyyət hüququ qeydiyyata alınmış Əhmədov Valeh Əşrəf oğluna daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair 01.06.2016cı il tarixli, seriya RX ******* saylı çıxarış verilmişdir. Qanun üzrə vərəsə olmaqlarına baxmayaraq onların hüquqları pozulmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 21.04.2013-cü il tarixdə vəfat etmiş anaları X4 mülkiyyətində olan Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19 ünvanda yerləşən 148 mənzilə 1/3 hissədə qanun üzrə vərəsə kimi payları olduğundan hazırkı iddiaları təmin olunmalıdır. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, vərəsə kimi onun hüquqları pozulmuşdur. Belə ki, X2 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsı, 19 nömrəli yaşayış evinin 148 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Mənzil anasının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. X2 21 aprel 2013-cü ildə ölmüş və miras əmlak olan yaşayış evində qardaşı X16 ailəsi ilə birlikdə yaşamışdır. 08.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qardaşları X16 tək vərəsə kimi göstərilərkən yuxarıda qeyd edilən əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. 16.10.2015-ci il tarixində X16 vəfat etdikdən sonra, onun mülkiyyətində olmuş Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19 ünvanda yerləşən 148 mənzil Əhmədov Valeh Əşrəf oğlunun, Cavabdeh2, X7 və Cavabdeh1 yəni 4 nəfər vərəsənin arasında bərabər qaydada bölünmüşdür. 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin mənzil ¼ hissə olmaqla Əhmədov Valeh Əşrəf oğlu, ¼ hissə isə Cavabdeh2, qalan 2/4 hissə isə hər birinə bir pay olmaqla mərhumun yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh1 və X7 mülkiyyətinə verilmişdir. Həmin mənzil üzərində ½ hissə üzrə mülkiyyət hüququ qeydiyyata alınmış Əhmədov Valeh Əşrəf oğluna daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair 01.06.2016cı il tarixli, seriya RX ******* saylı çıxarış verilmişdir. Sonradan həmin mənzil X1. Qeyd olunanlara əsasən 08 noyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X13 verilmiş reyestr 2V_204 nömrəli (vərəsəlik iş nömrəsi_205) və 02.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətində Bakı şəhəri Y/Günəşli qəsəbəsi, V y/s, 19 saylı evin 148 saylı mənzilinin qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri 37 saylı DNK-nın 4Ə-204, 4Ə-203 reyestr nömrəli 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X4 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə birinci növbə vərəsə kimi İddiaçı2, İddiaçı1 və X11 1/3 hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 21.04.2013-cü il tarixdə vəfat etmiş anaları X4 birinci növbə vərəsələridir, lakin onlar qanun üzrə vərəsəlik hüququndan məhrum olmuşlar. Belə ki, onlar X4 vərəsələri olsalar da, 08.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qardaşları X16 miras əmlakdan tam pay almışdır. Bununla da onların qanunla qorunan hüquqları pozulmuş və miras əmlakdan məhrum olmuşlar. Buna görə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, bu predmet üzrə irəli sürülən tələblər əvvəllər də iddiaçılar tərəfindən onlara qarşı irəli sürülmüşdür. Lakin əsassız olduğuna görə Suraxanı Rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli, 2(010)-9326/2016 nömrəli qətnaməsi ilə rədd olunmuşdur. Daha sonra həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1561/2017 nömrəli, 13.02.2017-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmamış və Suraxanı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçıların verdikləri kassasiya şikayəti də təmin olunmamış və əvvəlki qətnamə qüvvədə saxlanılmışdır. Lakin beş ilə yaxın vaxt keçməsinə baxmayaraq iddiaçılar eyni predmet üzrə, demək olar ki, eyni cavabdehlərə qarşı (əvvəlki iş üzrə olan cavabdeh Əhmədov Valeh Əşrəf oğlu vəfat etdiyinə görə ona qarşı irəli sürülməmişdir) iddia tələbləri irəli sürərək məhkəməyə müraciət etmişlər. İndiki sürülən tələblər daha əvvəlki vaxtda da, verilə bilərdi. Lakin iddiaçılar qəsdən, qərəzli şəkildə vaxt keçməsini gözləyərək, ataları Valeh Əhmədovun, qardaşları Xəyyam Əhmədovun da ölümündən sonra bu absurd iddia ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunan məhkəmə işindən sonra mərhum Valeh Əhmədovun da onlara qarşı bu miras əmlakla bağlı məhkəmə çəkişməsi aparılmışdır. Miras qoyan Səlimə Əhmədovanın mülkiyyətində olmuş miras əmlak qanuni yolla mərhum yoldaşına (atasına) Xəyyam Əhmədovun adına rəsmləşdirildikdən sonra, onun vəfatından sonra açılmış vərəsəlik işi ilə əlaqədar mərhum Valeh Əhmədov ona (yəni, Cavabdeh2 qarşı) qarşı iddia tələbi qaldırmış və paylı mülkiyyətində olan ünvan 1 ünvanıdakı olan əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi haqqında qətnamə çıxarılmasını Suraxanı Rayon Məhkəməsindən xahiş etmişdir. Nəticədə, iddiası təmin olunduğuna və qətnamədən narazı qaldığına görə o, (N. Əhmədova) apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsinin icraatında iş olarkən iddiaçı Valeh Əhmədov iddiadan imtina etmiş və iş üzrə qəbul olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)-906/2018 saylı, 05.03.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə icraata xitam verilməsi haqqında 2(103)-9815/2018 saylı, 05.09.2018-ci il tarixli qərardad qəbul olunmuşdur. Lakin yeddi il vaxt keçməsinə baxmayaraq iddiaçılar yenidən eyni məzmunlu iddia verərək iddianın təmin olunmasını xahiş etmişlər. Ona görə də, bu iddia tələbləri üzrə aparılmış məhkəmə icraatına xitam verilməlidir. Qeyd olunlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08.11.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh3 mərkəzinin notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş 21.04.2013-cü il tarixdə ölmüş X4 vərəsəsi oğlu X16 ünvan 3 ünvanında yerləşən mənzili miras əmlakından tam pay almalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 5 saylı Asan-xidmət Dövlət Notariat Kontoru tərəfindən 06.12.2015-ci il tarixdə başlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüquq haqqında şəhadətnamədən müəyyən edilir ki, miras qoyan X11 vərəsələri- Cavabdeh2, Cavabdeh1, X9r və onların hər biri miras əmlakdan ¼ hissədən pay almalıdır. Atası Əhmədov Valeh Əşrəf oğlunun ¼ hissədə payı açıq saxlanıldı. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 5 saylı Asan-xidmət Dövlət Notariat Kontoru tərəfindən 15.05.2016-cı il tarixdə başlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüquq haqqında şəhadətnamədən müəyyən edilir ki, miras qoyan X11 vərəsəsi atası Əhmədov Valeh Əşrəf oğludur və ¼ hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X15 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 07.12.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 ünvanındakı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə X11 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş 18.11.2015-ci il tarixli Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 62 saylı MKİS tərəfindən ünvan 3 ünvanındakı yaşayan Cavabdeh2 ünvanlanmış arayışdan görünür ki, mərhum həyat yoldaşı X16 ölən günə kimi bir yerdə yaşamışlar. Qızları Cavabdeh1 və X9r. İşə əlavə olunmuş 16.10.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X16 11.10.2015-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş 11.06.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X8 21.04.2013-cü il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X12 23.09.2000-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 427 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşə əlavə olunmuş 27.02.2016-cı il tarixli Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydinin məlumatlarından görünür ki, X16 25.02.1977-ci il tarixdə anadan olmuş, atası Əhmədov Valeh Əşrəf oğlu, X2dır. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli, 2(010)-9326/2016 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət mərkəzi”nin notariusuna, Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət mərkəzi”nin notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Əhmədov Valeh Əşrəf oğluna qarşı “qanuni vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvinə dair” iddia tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 13.02.2017-ci il tarixli, 2(103)-1561/2017 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Suraxanı rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qətnaməsindən verdikləri şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4792/2017 saylı, 23.08.2017-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(103)-9815/2018 saylı qərardadına əsasən iddiaçı Əhmədov Valeh Əşrəf oğlunun iddiadan imtinası qəbul olunması, iş üzrə Suraxanı rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli, 2(010)-906/2016 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli, 2(010)-9326/2016 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət mərkəzi”nin notariusuna, Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət mərkəzi”nin notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Əhmədov Valeh Əşrəf oğluna qarşı “qanun üzrə vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvinə dair” iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçılar Səlimə Əhmədovanın 21 aprel 2013-cü il tarixdə vəfat etdikdən sonra mirasın açıldığı yer üzrə qanunla nəzərdə tutulmuş müddətdə notariat kontoruna rəsmi müraciət etməsi, mübahisəli əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başlaması və bununla da mirasi qəbul etdiyini şəksiz nümayiş etdirilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərini pozaraq, qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmişlər. Bakı Apelyasiya Məhkəməsinin 13.02.2017-ci il tarixli, 2(103)-1561/2017 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 Suraxanı rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qətnaməsindən verdikləri şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4792/2017 saylı, 23.08.2017-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən verilmiş “qanun üzrə vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvi” tələbi ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Mərkəzinə, Cavabdeh4 Mərkəzinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X10 və 37 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, mənzilə dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Mərkəzinə, Cavabdeh4 Mərkəzinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X10 və 37 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, mənzilə dair qeydiyyatın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-645/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-645/2021
17.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver