Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-65/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Vəkil2 və Cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdeh (üçünçü şəxs X3) qarşı “aparılan tikintilərin qanunsuz hesab edilməsi, öz hesabına sökülməsi və sahədən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Cavabdeh qarşı “aparılan tikintilərin qanunsuz hesab edilməsi, öz hesabına sökülməsi və sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində ət kəsimi mağazasının divarını sökərək özbaşına inşa edilmiş 0.7 metr enində və 9 metr uzunluğunda tikilinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülərək və bağçanın ərazisində yerləşdirilən 5 tonluq su çəni və tikinti materiallarının ərazidən çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Neft Şirkətinin 02.02.2006-cı il tarixli, 13 saylı əmri ilə neftçilərin sosial tələbatlarının daha dolğun təmin edilməsi məqsədi ilə Sosial İnkişaf İdarəsi yaradılmış və Şirkətin balansında olan bütün sosial obyektlər, o cümlədən yaşayış və qeyri-yaşayış binaları həmin İdarənin balansına verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin balansındadır. Sosial İnkişaf İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqə”lərində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçası Sosial İnkişaf İdarəsinin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il göstərilir və Komitə tərəfindən təsdiq edilir. Uşaq bağçasının ərazisinə baxış keçirilərkən məlum olmuşdur ki, Cavabdeh tərəfindən orada qanunsuz tikinti aparılmışdır. Belə ki, o, bağçanın sağ tərəf hissəsində ət kəsimi mağazasının divarını sökərək 0.7 metr enində və 0.9 metr uzunluğunda tikinti aparmışdır. Bağçada mağaza tərəfindən həmin mağazaya məxsus 5 tonluq su çəni qoyulmuş və ona sayğac quraşdırılmışdır. Bundan əlavə, bağçanın həyətinə çoxlu tikinti materialları tökülmüşdür ki, nəticədə orada antisanitariya hökm sürür. Bu da orada yaşayan sakinlərin həyatı üçün təhlükə törədir. Həmin aparılmış tikintilərin sökülməsi və sahənin boşaldılması ilə əlaqədar ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bundan əlavə, 17.05.2018 və 27.06.2019-cu il tarixli məktublarla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə yuxarıda göstərilən uşaq bağçasının həyətinə düşən əlavə tikintinin sökülməsi, su çəninin həmin ərazidən çıxarılması və bağçanın divarının bərpa olunması üçün tədbirlər görülməsi haqqında müraciət edilmişdir. Müraciətə cavab olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin 07.06.2019-cu il tarixli, 098-7373-1219 nömrəli məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən SOCAR Sosial İnkişaf İdarəsinin balansında olan uşaq bağçasının 0.7x9 metr ərazisini zəbt edərək qanunsuz tikinti işləri aparmış Cavabdeh barəsində AR İXM-in 395.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün aidiyyəti üzrə Suraxanı rayon İcra Hakimiyyətinin İnzibati Komissiyasına göndərilmişdir”. Cavabdeh heç bir hüquqi əsası olmadan SOCAR Sosial İnkişaf İdarəsinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində ət kəsimi mağazasının divarını sökərək 0.7 metr enində və 0.9 metr uzunluğunda tikinti apararaq İdarənin mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh tərəfindən göstərilən ərazidə özbaşına aparılan tikinti qanunsuz hesab edilməli, cavabdehin hesabına sökülməli və ərazidən ona aid 5 tonluq su çəni, tikinti materialları çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddianı qismən müdafiə edərək bildirdi ki, hazırda iddia ərizəsində göstərilən su çəni ərazidən götürülmüşdür. Lakin qalan hissədə iddia əsaslıdır. Belə ki, cavabdeh bağçanın divarını sökərək öz torpaq sahəsini artırmış, yeni hasar tikmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin (eyni zamanda üçüncü şəxs X1) nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli tikintinin yerləşdiyi ərazi iddiaçı İdarənin balansında deyil. Bu, müvafiq ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Belə olan halda iddiaçı subyektiv hüququ olmadan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qeyd edilən çən isə artıq götürülmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. (Vəkil1 eyni iş üzrə üçüncü şəxs X1 da nümayəndəsi və vəkili olsa da təmsil etdiyi iki tərəfin mənafeləri arasında ziddiyyət olmadığından onun iki tərəfi də təmsil etməsi mümkün hesab edilmişdir). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin (qeydiyyat nömrə 15211) balansında olan daşınmaz əmak haqqında reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı uşaq bağçasının inzibati binası İdarənin balansındadır. 01.05.2006-cı il tarixli təhvil-təslim aktından görünür ki, ünvan 2 ünvanında yerləşən 6 saylı uşaq bağçası “Azneft”İB-nin “Suraxanıneft” NQÇİ tərəfindən Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinə təhvil verilmişdir. 06.06.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri ünvan 4 ünvanında SOCAR Sosial İnkişaf İdarəsinin balansında olan uşaq bağçasının 0.7x9 metr sahəsinin qanunsuz zəbt edərək tikinti işləri aparmaqla İXM-in 395ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 09.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində olması barədə “xxxx” MMC-nin elektron bazasında məlumat aşkar edilməmişdir və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin istifadəsinə ayrılmış ərazinin sənədləri məhkəmə işinə əlavə edilib, rəsmi təqdim edildikdən sonra məsələnin araşdırılıb cavablandırılması mümkün olacaqdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində inşa edilmiş tikiliyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına reyestr nömrəsi **********14-06302 olan pasport verilmişdir sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 10/823 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 09.12.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlər təkrarlanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8-in qarşısı ünvanında yerləşən 6 saylı uşaq bağçası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansındadır. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin 02.02.2006-cı il tarixli, 13 saylı əmri ilə neftçilərin sosial tələbatlarının günün tələbləri səviyyəsində daha dolğun təmin edilməsi məqsədi ilə Sosial İnkişaf İdarəsi yaradılmış və Şirkətin balansında olan bütün sosial obyektlər, o cümlədən yaşayış və qeyri-yaşayış binaları həmin İdarənin balansına verilmişdir. Daha sonra, iddiaçı Sosial İnkişaf İdarəsi cavabdeh X6 qarşı “aparılan tikintilərin qanunsuz hesab edilməsi, öz hesabına sökülməsi və sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində ət kəsimi mağazasının divarını sökərək özbaşına inşa edilmiş 0.7 metr enində və 9 metr uzunluğunda tikilinin qanunsuz hesab edilməsi, həmin tikintinin cavabdehin hesabına sökülərək və bağçanın ərazisində yerləşdirilən 5 tonluq su çəni və tikinti materiallarının ərazidən çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində ət kəsimi mağazasının divarını sökərək özbaşına inşa edilmiş 0.7 metr enində və 9 metr uzunluğunda tikilinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının, eləcə də həmin tikilinin kimin balansında, yaxud mülkiyyətində olmasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən, torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində olması barədə “xxxx” MMC-nin elektron bazasında məlumat aşkar edilməmişdir və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin istifadəsinə ayrılmış ərazinin sənədləri məhkəmə işinə əlavə edilib, rəsmi təqdim edildikdən sonra məsələnin araşdırılıb cavablandırılması mümkün olacaqdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 8 ünvanının qarşısında yerləşən torpaq sahəsi 0.2453 ha, tikintialtı sahəsi isə 1374.93 m2 olan uşaq bağçasının sağ tərəf hissəsində inşa edilmiş tikiliyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına reyestr nömrəsi **********14-06302 olan pasport verilmişdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Bu səbəbdən X4 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan başqa, mübahisəli ərazidə yerində məhkəmə baxışı keçirilmiş, iş materiallarında olan fotoşəkillərdən görünən su çəni və tikinti materiallarının ərazidən götürüldüyü müəyyən edilmişdir. Həmçinin, ərazinin İdarənin balansına düşən hissəsində 0.7 metr enində və 9 metr uzunluğunda hər hansı qanunsuz tikili aşkarlanmamışdır. Yerində məhkəmə baxışı zamanı müşahidə edilmişdir ki, iddiaçı Sosial İnkişaf İdarəsinin balansında olan uşaq bağçasını və üçüncü şəxs X1 mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsini bir-birindən hasar ayırır. Həmçinin, müşahidə edilmişdir ki, hasarın üstü sonradan artırılmış, hasar yüksəldilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Bu Məcəllənin 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Odur ki, əgər iddiaçı İdarənin məqsədi hasarın sonradan artırılmış hissəsinin sökülməsinə nail olmaqdırsa, tərəflər arasındakı münasibatlər torpaq sahələrinin hasarlanması və mərzlənməsi adlanan Mülki Məcəllənin 176-cı maddəsinin tələblərinə uyğun həll edilməlidir. Nəzərə alınmalıdır ki, hasarın yerləşdiyi torpaq sahəsinə nə iddiaçının, nə cavabdehin, nə də üçüncü şəxsin mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Digər tərəfdən, bu hasarın yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa belə hasarın hündürlüyünün artırılması ilə iddiaçının mülkiyyət hüququnun hansı formada pozulması müəyyən deyil. Hazırkı vəziyyətdə isə iddiaçı müvafiq subyetktiv hüququ olmadan bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Lakin bu zaman nəzərdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli tikilinin tikildiyi ərazi iddiaçı İdarənin balansına verilmiş torpaq sahəsinin hüdudlarında olmadığından iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin bu tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı İdarənin balansında olan torpaq sahəsi deyil. Həmin ərazinin İdarənin balansında olduğunu göstərən əlavə sənədlər isə iş icraatda olduğu dövrdə məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə özbaşına tikinti işləri apardığına görə cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol təqdim edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdehin özbaşına tikinti aparması təklikdə o demək deyil ki, bu tikinti məhz iddiaçının balansında olan torpaq sahəsində gedir. Yəni, Cavabdeh istənilən torpaq sahəsində özbaşına tikili tiksə idi onun barəsində bu cür protokol tərtib edilə bilərdi. Bundan başqa, protokolda tikinti işlərinin İdarənin balansında olan Əmircan qəsəbəsi, Z.Tağıyev küç., ev 6 ünvanında aparıldığı qeyd edilsə də işdən görünür ki, mübahisə Z.Tağıyev küçəsi, ev 8-in qarşısı ünvanında yerləşən ərazi ilə bağlıdır. Göründüyü kimi protokolda göstərilən ünvanın məhz iddia ərizəsində qeyd edilən ünvan olması müəyyən deyil. Odur ki, bu protokol tikinti işlərinin məhz İdarənin balansında olan torpaq sahəsinin hüdudlarında həyata keçirildiyini müəyyən etməyə imkan vermir. Üstəlik, nəzərə alınmalıdır ki, iş üzrə verilmiş müvafiq ekspert rəyi mövcuddur və bu rəy onu deməyə əsas verir ki, iddiaçı Sosial İnkişaf İdarəsinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də, iş üzrə mütəxəssis rəyi verilməsi üçün çəkilmiş xərc (102.35 manat) və ekspertiza xərci (50 manat) də iddia təmin edilmədiyinə görə iddiaçı İdarədən tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin öz sərəncamında olmayan torpaq sahəsində söküntü işləri görülməsini tələb etmək hüququ olmadığından iddia subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilməklə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdeh (üçüncü şəxs X3) qarşı “aparılan tikintilərin qanunsuz hesab edilməsi, öz hesabına sökülməsi və sahədən çıxarılma” tələbinə dair iddia təmin edilməsin. İş üzrə mütəxəssis rəyi verilməsi üçün çəkilmiş xərc olan 102.35 manat (yüz iki manat otuz beş qəpik) məbləğində pul iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. İş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 50 (əlli) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-65/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-65/2021
07.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver