Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-668/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi öhdəliklərinin icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair mülki işə 28 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İşin məhkəmə iclası 28 yanvar 2022-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə verildiyi və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva İş № 2(010)-2546/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Suraxanı Rayon Məhkəməsi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Aqil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3, X1, "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 14:15-də başlandı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra, qərardadı elan edir. Qərardaddan şikayət etmə qaydasını, müddətini izah edir, həmçinin protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ olduğunu izah edir. Məhkəmə iclası saat 14:30-də bağlı elan olunur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(010)-668/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-668/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver