Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-67/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 fevral 2022-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, vəfat etmiş anasının birinci növbəli vərəsəsi kimi onun cavabdehdə qalmış 10.971 (on min doqquz yüz yetmiş bir) manat, mənəvi zərər kimi cavabdehin iddiaçıya vurduğu 50.000 (əlli min) manat məbləğində pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının atasıdır. Cavabdeh 2002ci ildə iddiaçının anası X11 ilə ər-arvad münasibətlərinə daxil olmuş və onların bu münasibətlərindən 07 dekabr 2002-ci il tarixində İddiaçı anadan olmuş, anası X12 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra birinci növbəli vərəsə kimi vərəsəliyi faktiki olaraq iddiaçı qəbul etmişdir. 2020-ci ilin əvvəllərində isə bilmişdir ki, iddiaçının saxlanılması üçün atasının anasının qarşısında aliment öhdəlikləri olmuşdur. Alimentin ödənilməsi tələbi ilə etdiyi cəhdlər Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən təmin olunmamışdır. Bundan əlavə, əldə etdiyi rəsmi sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya münasibətdə qanunla üzərinə qoyulmuş valideynlik vəzifələrini icra etməmişdir. O səbəbdən, anası X3 iddia tələbinə əsasən Xətai rayon məhkəməsinin 11 avqust 2003-cü il tarixli 2-1361/2003 saylı qətnaməsi ilə yetkinlik yaşma çatanadək iddiaçının saxlanılmağı üçün Cavabdeh hər ay sabit pul məbləğində 100.000 manat alimentin tutularaq anası X5 verilməsi qət edilmişdir. Sonrakı dövrlərdə alimentin miqdarı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq iki dəfə artırılmışdır. Belə ki, Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-1910/2012 saylı qətnaməsi ilə alimentin miqdarı xx.xx.2012-ci il tarixindən başlayaraq 87 manat həddində müəyyən edilmişdir. İkinci dəfə isə Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-3964/2018 saylı qətnaməsi ilə 154 manata çatdırılmışdır. Sonuncu qətnamə tarixində qanuni qüvvəsini almışdır. Beləliklə, rəsmi sənədlərə görə, Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə görə Cavabdeh növbəti məhkəmə qətnaməsinin qüvvəyə mindiyi 31 may 2018-ci ilə qədər iddiaçının saxlanılmağı üçün hər ay 87 manat məbləğində alimenti anası X6 ödəməli idi ki, ödəməmişdir. 31 may 2018-ci il tarixindən yenə də Xətai rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə bu məbləğ 154 manata çatdırılsa da, Cavabdeh bu məbləği də ödəməmişdir. Belə ki ,icra işinin materiallarından əldə etdiyi sənədlərdən bəlli olur ki, cavabdeh istər 2012-ci il tarixli, istərsə də, 2018-ci il tarixli qətnamələrə əsasən müəyyən edilmiş alimenti ödəməkdən yayınmış və icra məmuru tərəfindən barəsində axtarış elan olunmuşdur. Beləliklə, Xətai rayon məhkəməsinin 11 may 2012-ci il tarixli qətnaməsinə görə, 16 aprel 2012-ci ildən 31 may 2018-ci ilə qədər (73 ay edir) hər ay 87 manat ödəməklə, Cavabdeh ümumilikdə 6351(altı min üç yüz əlli bir) manat (73x87= 6351): ödəməli idi ki, ödəməmişdir. Xətai rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən, 31 may 2018-ci il tarixindən başlayaraq, iddiaçının yetkinlik yaşına çatana qədər, yəni xx.xx.2020-ci ü tarixə qədər müddətdə (30 ay edir) hər ay Cavabdeh 154 manat, ümumilikdə isə 4620 (30x154) manat ödəməli idi ki, bu məbləği də ödəməmişdir. Beləliklə, Cavabdeh 16 aprel 2012-ci il tarixindən başlayaraq iddiaçının həddi-büluğa çatana qədər saxlanılmağı üçün (07 dekabr 2020-ci il tarixə qədər) anası X15ma ödəniləsi 10.971 (6351+4620=10971) manat aliment borcu yaranmışdır. Odur ki, hesab edir ki, anasına məxsus hesab edilən həmin 10.971 manat pul birinci növbəli vərəsə olduğundan Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə, hesab edir ki, Cavabdeh iddiaçıya vurduğu mənəvi zərərə görə də məsuliyyət daşıyır. Anasının sağlığında qismən valideyn himayəsindən məhrum olsa da, anası vəfat etdikdən sonra və atası ona sahib çıxmadığından dərin sarsıntılar və iztirablar keçirmişdir. İddiaçının tək qalmağı, təlim-tərbiyə, təhsili, sağlamlığı və maddi tələbatı atasını maraqlandırmamışdır. O üzərinə qanunla qoyulmuş vəzifələri icra etmədiyindən hüquqları pozulmuş, kənar şəxslərin himayəsində qalmağı bu pozuntuları daha da artıraraq iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməyinə gətirib çıxarmışdır. Beləliklə, atasız və hər iki valideynindən məhrum olduğu dövrlərdə çəkdiyi iztirabları və sarsıntıları cavabdeh tərəfindən iddiaçıya vurulmuş 50 000 mənəvi ziyanın tutulmasını xahiş edir. Bununla əlaqədar iddiaçı vəfat etmiş anasının birinci növbəli vərəsəsi kimi onun cavabdehdə qalmış 10.971 (on min doqquz yüz yetmiş bir) manat, mənəvi zərər kimi cavabdehin iddiaçıya vurduğu 50.000 (əlli min) manat məbləğində pulun və ödədiyi 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun göstərilənləri qeyd etməklə, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən etiraf edərək, cavabdehin aliment üzrə borcunun mövcud olduğunu qeyd etsə də, iddiaçının təqdim etdiyi məbləğlə və Suraxanı İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş arayışda göstərilən məbləğlə razılaşmadığını bildirmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: 16 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı, həmin ünvanda qeydiyyatda olan anası X2 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Suraxanı Rayon İcra və probasiya şöbəsinin 01 iyul 2021-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh Qadır oğlunun tərəf olduğu Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-1361/2003 saylı qətnaməsi Suraxanı Rayon icra Şöbəsinin icraatında yoxdur. Xətai Rayon Məhkəməsinin 2(011)-1910/2012 saylı,xx.xx.2012-ci il tarixli və 2(011)-3964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələri şöbənin icraatına müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə daxil olmuşdur. İş üzrə tələbkar X13 xx.xx.2018-ci il tarixdə vəfat etdiyi səbəbdən və Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş məktubdan xx.xx.2002-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum və ya himayəçi təyin edilməməsi ilə bağlı hər iki icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.4-cü maddələrinə əsasən xx.xx.2019-cu il tarixli qərarla xitam verilmişdir. Məlumat üçün bildirir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1910/2012 saylı,xx.xx.2012-ci il tarixli qətnaməsi şöbənin icraatında olsa idi, Cavabdeh ödənilməmiş aliment borcu 1044 manat və Xətai Rayon Məhkəməsinin 2(011)- 3964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə isə 4620 manat olmaqla cəmi 5664 manat olacaqdı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcələsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1.maddəsinə görə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə,uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2002-ci ildə iddiaçının anası X14 ilə nikaha daxil olmuş, birgə nikahdan 07 dekabr 2002-ci il tarixdə İddiaçı anadan olmuşdur. Xətai rayon məhkəməsinin 11 avqust 2003-cü il tarixli 2- 1361/2003 saylı qətnaməsi ilə 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı münasibətdə Cavabdeh atalığı müəyyən edilmiş, X10 yenidən doğum haqqında şəhadətnamə verilərkən, şəhadətnamənin ata qrafasında uşağın atası kimi Cavabdeh qeyd edilmiş, 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100.000 manat alimentin tutularaq anası X5 verilməsi qət edilmişdir. Xətai Rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)- 1910/2012 saylı qətnaməsi ilə alimentin miqdarı 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq 87 manat həddində müəyyən edilmişdir. Xətai rayon məhkəməsinn xx.xx.2018ci il tarixli 2(011)-3964/2018 saylı qətnaməsi ilə 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 154 manat alimentin miqdarı çatdırılmışdır. İddiaçının anası X14 xx.xx.2018-ci il tarixində vəfat etdikdən sonra, birinci növbəli vərəsə kimi vərəsəliyi iddiaçı və iddiaçının nənəsi qəbul etmiş, hər ikisinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən aparılmış hesablamalara əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-1910/2012 saylı,xx.xx.2012-ci il tarixli qətnaməsi şöbənin icraatında olsa idi, Cavabdeh ödənilməmiş aliment borcu 1044 manat və Xətai Rayon Məhkəməsinin 2(011)-3964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə isə 4620 manat olmaqla, cəmi 5664 manat olacaqdı. Mübahisənin predmeti Cavabdeh tərəfindən iddiaçı 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan, lakin iddiaçının anası X1 ödənilməmiş aliment vəsaitidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan aliment vəsaiti S.Mehtiyevanın miras əmlakının aktivinə aiddir. Müəyyən edildiyi kimi iddiaçı vəfat etmiş anasının birinci növbəli vərəsəsidir. Digər vərəsəsi mövcud olsa belə, məhkəmə hesab edir ki, ödənilməli olan aliment vəsaiti sırf İddiaçı özünün yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan vəsaitdir. Məhkəmə prosesində cavabdehin etibarnamə üzə nümayəndəsi və vəkili Vəkil2 ödənilməmiş aliment məbləğinin borc olaraq mövcud olduğunu etiraf etsə belə, iddiaçının tələb etdiyi, həmçinin də Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən aparılmış hesablamalara əsasən qeyd olunan məbləğlə razılaşmamış, bundan əlavə cavabdeh tərəfindən müəyyən məbləğin pul köçürülmələri vasitəsilə ödənildiyini bildirmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 vəsatəti əsasında "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-ə, "xxxx"-ASC-a göndərilmiş sorguları nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd olunan dövrdə hər hansı pul köçürülmələri edilməmişdir. Beləliklə, qanun normalarını, iş üzrə toplanmış sübutları, tərəflərin izahatları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı 07 dekabr 2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan lakin iddiaçının anası X1 ödənilməmiş 5664 manat məbləğində aliment vəsaitini ödəməməklə əsassız varlanmış, nəticə etibarı ilə ödənilməmiş 5664 manat məbləğində aliment vəsaiti anası X7 birinci növbəli vərəsəsi və aliment saxlanılması üçün ödənilməli olan şəxs – İddiaçı ödənilməlidir. Maddi ziyan tələbi qismən olaraq əsaslı olsa da, məhkəmə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə tənqidi yanaşaraq, həmin tələbi əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloci məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 27 (iyirmi altı) manat dövlət rüsumu iddiaçıya aid edilməli, 3 (üç) manat cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ödənilməmiş 5664 (beş min altı yüz altmış dörd) manat məbləğində aliment vəsaiti İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı iddiaçıya aid edilsin, 3 manatı isə Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-67/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-67/2022
04.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver