Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-673/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları.
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, qaz sayğacının zədələnməsi nəticəsində 11664 m3 (1389,68 manat) itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
2. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 11664 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.
3. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00066) 1389,68 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.
4. Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən 2019-cu ildən 2022-ci ilədək (2022-ci il də daxil olmaqla) mütəmadi olaraq ödənişlər olunmuşdur.
İşin faktiki halları.
5. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 1389,68 manat cərimə yazılması işin mübahisəsiz hallarıdır.
İddia tələbi.
6. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən çıxarılmış təbii X1nın pozulması haqqında aktın ləğv edilməsi və ondan (**********00066 saylı abonent) qanunusuz olaraq tələb olunan 1389,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonradan İddiaçı ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən ünvanına yazılmış 1389,68 manat məbləğində borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları.
8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun ünvanında olan qaz sayğacı Cavabdeh İB əməkdaşları tərəfindən dəyişdirilmiş və sayğacda problem olması əsası ilə 1389,68 manat məbləğində cərimə yazılmışdır. Halbuki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəf akta əsaslanaraq onun kənar xətdən istifadə etdiyini bildirsə də, bu, tamamilə absurddur. Çünki, o, 2021-ci ildə həmin evi almış və həmin ünvanda tək yaşayır, həmçinin, ödənişlərini də həmişə qaydasında edir. Bu səbəbdən onun kənar xəttə ehtiyacı yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının ünvanında olan sayğac dövlət qeydiyyatından keçməmişdir. Belə ki, akta əlavə olunmuş sənədlərdən görünür ki, sayğacın nömrəsi hissəsində xətt çəkilib. Bundan əlavə, iddiaçı kənar xətdən istifadə edib və bu səbəbdən onun ünvanına cərimə yazılıb. Düzdür, hesabdan çıxarışa nəzər saldıqda, iddiaçı tərəfindən ödənişlərin müntəzəm olaraq ödənildiyi aydın görünsə də, akta əsasən iddiaçının ünvanında sayğacdan kənar qaz xəttinə qoşulma aşkarlanmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq.
10. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının sayğacdan kənar qeyriqanuni qaz xətti istifadə etməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı istinad etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edilə bilməz. Çünki qeyd olunan akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş və istehlakçı tərəfindən akta imza edilməmişdir. Bundan əlavə, cavabdehin kənar xətti aşkar etməsi halında iddiaçını bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. “X1”nın 6.5-ci bəndinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi aktın tərtib olunmasından 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq, Cavabdeh İB tərəfindən dəymiş ziyanla bağlı heç bir hərəkət edilməmiş və istelakçıdan borc tələb olunmamışdır. Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, 2019cu ildən 2022-ci ilədək (2022-ci il də daxil olmaqla) iddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər olunmuşdur. Odur ki, iddiaçının özünəməxsus evdə təkbaşına yaşadığı və ödənişlərini davamlı olaraq etdiyi halda, qaz xəttindən istifadə etmək üçün sayğacdan kənar qanunsuz xətt çəkməyi və qazdan istifadə etməyi inandırıcı hesab edilmir. Məhkəmə iddiaçının dövlət qeydiyyatından keçməyən sayğacdan istifadə etməsi ilə bağlı cavabdehin nümayəndəsinin bildirdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunanlar tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan cərimə borcunun yazılmasını özündə əks etdirən çıxarışdan (səh.53-54) görünür ki, sayğacın nömrəsi **********734 nömrəsidir. Cavabdeh tərəf iddiaçının ünvanında olan sayğacın qeydiyyatsız sayğac olduğunu bildirsə də, iş materiallarındakı şəkildən (səh.8) həmin sayğacın yalnız dövlətə məxsus olan və pərakəndə satışının mümkün olmadığı “İtron” markalı sayğac olduğu aydın görünür. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz.
Məhkəmə xərcləri.
13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
15. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 33,96 manat təşkil edir.
16. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 33,96 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00066) hesablanmış 1389,68 manat məbləğində borc ləğv olunmalıdır.
18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00066) hesablanmış 1389,68 (bir min üç yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdehndən 33,96 (otuz üç manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.