Məhkəmə qərarları › İş №2(010)-688/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-688/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-688/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 07.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09543 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********35053 Nokia 3310 markalı telefon üçün 667.9 (altı yüz altmış yeddi manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 66.1 (altmış altı manat, on qəpik) manat cərimə, 24.09.2020-ci il tarixli müqaviləsinə əsasən, HP markalı kompüter, Genius markalı mouse, Trust Ziva markalı qulaqlıq, Lenovo markalı notbuk çantası üçün 893.5 (səkkiz yüz doxsan üç manat,əlli qəpik) manat ödənilməmiş hissə, 89.5 (səksən doqquz manat, əlli qəpik) manat cərimə, Ümumilikdə 1717 manat borc və 37.17 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyotli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona əsaslanmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.09.2020-ci il və 24.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09543 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********35053 Nokia 3310 markalı telefon və HP markalı kompüter, Genius markalı mouse, Trust Ziva markalı qulaqlıq, Lenovo markalı notbuk çantası almış və nəticədə 1717 (min yeddi yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 712.8 (yeddi yüz on iki manat, səksən qəpik) manat (12 ay x 59.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********09543 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********35053 Nokia 3310 markalı telefon üçün ümumilikdə, 734 (yeddi yüz otuz dörd) manat olmaqla ondan, 667.9 (altı yüz altmış yeddi manat, doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.1 (altmış altı manat, on qəpik) manat cərimə, 24.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 938.4 (doqquz yüz otuz səkkiz manat, qırx qəpik) manat (12 ay x 78.2 manat + 0 manat ilkin ödəniş) HP markalı kompüter, Genius markalı mouse, Trust Ziva markalı qulaqlıq, Lenovo markalı notbuk çantası üçün ümumilikdə, 983 (doqquz yüz səksən üç) olmaqla ondan, 893.5 (səkkiz yüz doxsan üç manat,əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.5 (səksən doqquz manat, əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 89.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 16 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edirəm ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına,ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 712.8 manat məbləğində İMEİ kodu **********09543 XİAOMİ REDMİ 9C markalı telefon, İMEİ kodu **********35053 Nokia 3310 markalı telefon almış və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 59.4 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.09.2020-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 938.4 manat məbləğində HP markalı kompüter, Genius markalı mouse, Trust Ziva markalı qulaqlıq, Lenovo markalı notbuk çantası almış ilkin ödəniş 0 manat, aylıq 78.2 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın 07.09.2020-ci il tarixli müqavilə üzrə 667.9 manat ödənilməmiş hissə, 66.1 manat cərimə olmaqla, ümumilikdə 734 manat məbləğində, 24.09.2020-ci il tarixli müqavilə üzrə 893.5 manat ödənilməmiş hissə, 89.5 manat cərimə olmaqla cəmi 983 manat ümumilikdə 1717 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, iddiaçı cavabdehin öz üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.09.2020-ci il tarixli müqavilə üzrə 667.9 manat ödənilməmiş hissə, 66.1 manat cərimə olmaqla, ümumilikdə 734 manat məbləğində borc, 24.09.2020-ci il tarixli müqavilə üzrə 893.5 manat ödənilməmiş hissə, 89.5 manat cərimə olmaqla cəmi 983 manat ümumilikdə 1717 və 37.17 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-cü maddəsinin göstərişini rəhbər tutaraq, Qət etdim: İddia təmin edilsin. Cavabdeh 07.09.2020-ci il tarixli müqavilə üzrə 667.9 manat ödənilməmiş hissə, 66.1 manat cərimə olmaqla, ümumilikdə 734 manat məbləğində borc, 24.09.2020-ci il tarixli müqavilə üzrə 893.5 manat ödənilməmiş hissə, 89.5 manat cərimə olmaqla cəmi 983 manat ümumilikdə 1717 və 37.17 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar