Məhkəmə qərarları › İş №2(010)-688/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-688/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-688/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Hövsan bələdiyyəsi tərəfindən verilmiş sxemdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evi mövcuddur.

2. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1-ci və 2-ci Qarabağ savaşında iştirakı zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, yaralanmış və əlillik dərəcəsi olan şəxslərə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi qayğı və diqqət göstərilməkdədir. Belə ki, həmin imtiyazlı şəxslər üçün fərdi yaşayış evinin qazlaşdırılması işləri müvafiq sənədlər təqdim edildikdən sonra Cavabdeh tərəfindən daxili imkanlar hesabına həyata keçirilir. Beləliklə Bakı X1 Departamentinin nümayəndələri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və fərdi yaşayış evinin yerləşdiyi ərazi koordinatlar 40.369027_ 50.069958 olmaqla SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi olduğu məlum olmuşdur. Qeyd olunan ünvan pay hasilatı torpaqlarının ərazisinə düşdüyü üçün fərdi evin qazlaşmasının prinsipial sxemini tərtib etmək mümkün olmamışdır.

3. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Bakı X1 Departamentinin nəzdində yeni qazlaşma işlərinin aparılması ilə əlaqədar işçi qrupun nümayəndələri tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yaxınlıqda qaz xətti yoxdur, fərdi yaşayış evi neft ərazisində tikilib və tam hazır deyil. (koordinat: 40.369027_50.069958) Bu səbəbdən rəy və təkliflərin verilməsi mümkün olmamışdır.

İşin faktiki halları

4. İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilməsi barədə Cavabdeh İB-nə müraciət etməsi və imtina cavabı alması işin mübahisəsiz hallarıdır. İddia tələbi

5. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evinin qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Üçüncü şəxslər Cavabdeh İB-nin Suraxanı rayon Qaz İstismar İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddiaçının eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini və hazırda 2-1(112)- 3721/2023 nömrəli mülki iş üzrə icraatın davam etdiyini nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, düşmənlə təmas xəttində xidmət etmiş və xəsarət almışdır. Həmin dövrdə İcra Başçısına müraciət etmiş və Hövsan qəsəbəsində ona 4 sot torpaq ayrılmışdır. Hazırda hər üç kommunal xidmətə - Cavabdehnə, Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. "xxxx" ASC onu işıqla təmin edərək sayğac quraşdırıb. "xxxx" ASC-nin baş idarəsindən su xəttinin çəkilməsi üçün göstəriş verilib. Belə ki, Suraxanı Rayon İdarəsi ilə maraqlanmış, onlar sifariş verdiklərini, material hazır olduqdan sonra qısa müddətdə su xəttini çəkəcəklərini bildirmişlər. Cavabdeh İB-nə isə dəfələrlə yazılı müraciət etmiş, onlar araşdırma aparacaqlarını, köməklik edəcəklərini bildirirlər. lakin Cavabdeh İB ona məhkəmədənkənar qaydada köməklik etmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, cavabdeh tərəfin ərizəsinə münasibətdə isə qeyd etdi ki, ərizə yazaraq İnzibati Məhkəmədə olan işi geri götürmüşdür. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının fərdi yaşayış evinin qazlaşdırılmasını həyata keçirməkdən imtina etmişdir. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, fiziki şəxs olan istehlakçıların sifarişi ilə qaz paylayıcısı yaşayış sahələrini qaz şəbəkəsində birləşdirib qazla təchiz etməli və qaz sayğacı quraşdırılmalıdır. Həmçinin, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır. Odur ki, cavabdehin iddiaçının yaşadığı evi qazla təchiz etmək vəzifəsi qanunla müəyyən edildiyindən cavabdeh müəssisənin bundan imtina etməsi qanunvericiliyin tələblərinə ziddir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır.

16. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar