Məhkəmə qərarları › İş №2(010)-69/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-69/2022

02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-69/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh "xxxx" MTK-ya qarşı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi Cavabdeh2 MTK-nın İV giriş 13 mərtəbədə yerləşən 307 saylı mənzilin tikilməsi haqqında 28.06.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09.04.2012-ci il tarixli müqavilə etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 30.10.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi "V” yaşayış massivi "xxxx" MTK-nın İV giriş 13 mərtəbədə yerləşən 307 saylı mənzilin qapısının dəyişdirildiyini görmüş, bundan sonra MTK-nın rəhbərliyində olan sədr X9 yaxınlaşaraq nə baş verdiyini soruşdu, o isə iddiaçıya məhkəmə qərarı əsasında icra məmurlarının iştirakı ilə Cavabdeh1 həmin mənzilin təhvil verildiyini və daha sonra sonuncu tərəfindən bu qapının dəyişdirildiyini qeyd etdi. Bundan sonra İddiaçı Suraxanı rayon icra və probasiya şöbəsinə getmiş, 31.10.2020-ci il tarixdə aldığı aktla tanış olduqdan sonra iddiaçıya məlum oldu ki, 25.02.2020-ci il tarixdə icra məmurları tərəfindən Suraxanı rayonu Məhkəməsinin 2(010)-4610/2019 saylı 15.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 iddiasına əsasən mənzil ona təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin məhkəmənin keçirilməsindən iddiaçının məlumatlı olmamış, bu səbəbdən çıxarılmış qətnamədən xəbəri olmamışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-l 139/2021 saylı, 22 yanvar 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədlər, o cümlədən müqavilə və maliyyə arayışı lazımi qaydada, yəni notarial qaydada təsdiq edilməmişdir. Lakin bir daha qeyd olunur ki, iş üzrə əhəmiyyət kəsb edən zəruri sənədlər və müqavilələrin əslini iddiaçı hal-hazırda "xxxx" MTK-dan əlavə edə bilmir, "xxxx" MTK-ya müraciət etsə də, sözügedən sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsindən imtina edilməkdədir. Təqdim etdiyim kserosurətləri isə Suraxanı rayonu Məhkəməsinin 2(010)- 510/2019 saylı 15.10.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə öz müraciəti əsasında üçüncü şəxs qismində cəlb edildikdən sonra surətlərini əldə edə bilmiş, həmin sənədlərin əsillərinin cavabdehlərdə olmasını və iddiaçının əldə etmək imkanının olmamasını nəzərə alınmasını xahiş etmişdir. Adı çəkilən mənzil iddiaçıya Əliyev Nəsib Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanındığı üçün həmin zərərin əvəzinə iddiaçıya verilmişdir. Həmin şəxslərin barəsində ittiham hökmü qanuni qüvvəyə də minmişdir. Mənzilin iddiaçıya verilməsinə dair ittiham hökmündə həmçinin, bu barədə iddiaçıya işə baxan hakim Əliövsət Abasov tərəfindən də şikayətlərinə verilmiş cavab məktubunda qeyd edilmişdir. Həmin iş üzrə İddiaçı evin verilməsindən sonra istintaq materiallarına həmçinin notarial qaydada təsdiq edilmiş ərizəsi də əlavə edilmiş və bu mənzilin iddiaçıya verilməsi orada da qeyd edilmişdir. Belə ki, iddiaçıya həmin razılaşmadan irəli gələrək iş üzrə cinayət işinin istintaqının gedişində 09.04.2012-ci il tarixli müqavilə məhz İV giriş 13-cü mərtəbə 307 saylı mənzil üçün bağlanılmışdır. Eyni zamanda həmin mənzilə dair iddiaçıya maliyyə arayışı da təqdim edilmişdir. Lakin yuxarıda qeyd edilən cavabdehlər arasında sonradan 28.06.2011-ci il tarixli müqavilə bağlanaraq iddiaçıya aid olan mənzil 1-ci cavabdehin adına rəsmiləşdirmişdir. İddiaçı ilə bağlanılmış müqavilə cinayət işinin istintaqı zamanı bağlanılmış və istintaq orqanı olan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında korrupsiyaya qarşı Mübarizə İdarəsinin nəzarəti ilə həmin müqavilə bağlanaraq mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda həmin müqavilənin hansı şəraitdə bağlanması və etibarlılığı ilə bağlı hallar qeyd etdiyi dəlillərə görə ədalət mühakiməsi vasitəsilə araşdırılmalıdır. Bununla əlaqədar, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi "xxxx" MTK-ın İV giriş 13 mərtəbədə yerləşən 307 saylı mənzilin tikilməsi haqqında 28.06.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi izahatında iddia ərizəsində göstərilən dəlillərə uyğun olaraq izahatını verərək, ilkin iddianı təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı, 68.6 kv.m sahəsi olan 307 saylı mənzili Cavabdeh2 MTK ilə bağlanmış 28.06.2011-ci il tarixli 47 saylı "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında Müqavilə”yə əsasən əldə etmişdir. Cavabdeh2 MTK tərəfindən verilmiş 28.06.2011-ci il tarixli 47 saylı maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri olan 27 440 manat MTK-ya ödənilmişdir. Cavabdeh1 MTK-ya borcu yoxdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, 15.10.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı, 68.6 kv.m sahəsi olan 307 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Məhkəmə qətnaməsi icra olunmuş, Suraxanı rayon İcra şöbəsinin icra məmurları Elxan Məmmədov və Rəşad Dövlətov tərəfindən 25.02.2020-ci il tarixdə akt tərtib edilərək mənzil tam olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 istifadə və sahibliyinə verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına olan qeyd edilən mənzilə dair bağlanmış müqavilə 09.04.2012-ci il tarixdə bağlanmışdır. "xxxx" MTK qanunsuz olaraq 28.06.2011-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olan mənzilə dair İddiaçı ilə müqavilə bağlamışdır. İddiaçı qeyd edir ki, etdikləri qanunsuz əməllərinə görə X14 və X11 cinayət məsuliyyətinə cəlb edilmiş və onların əməlinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmənin hökmünə və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tövsiyyə məktubuna əsasən zərərçəkmiş şəxs kimi MTK tərəfindən mənzillə təmin edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh1 məxsus olan 307 saylı mənzil qanunsuz olaraq İddiaçı verilmişdir və müqavilə bağlanmışdır. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. "xxxx" MTK-nın Cavabdeh1 məxsus mənzilin İddiaçı veriməsinə dair heç bir səlahiyyəti olmamışdır. Ona görə də hesab edir ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09.04.2012-ci il tarixli müqavilə etibarsız hesab edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində bildirimişdir ki, həmin mənzilin alt mərtəbəsində yaşayan qonşusudur, zərərçəkmiş qismində İddiaçı ilə birlikdə bu prosesi keçmiş, 2014-cü ildə iddiaların təmin olunmuş və zərərçəkmiş şəxs kimi tannmış, bu Ağır Cinayətlər Məhkəməsinin hökmündə də qeyd olunmuşdur. Həmin binanın 12-ci mərtəbəsində yaşayır. Həmin mənzilin təmirini o etmiş, halhazırda orada heç kim yaşamır. Sonradan məlum oldu ki, kimsə gəlib evin qıfılını dəyişib. Bir dəfə su axıdılma halı baş vermişdir. Qapının üstündə kağız var idi, Ağakişi adlı şəxsin adı yazılmışdı. Zəng edib çağırdım, gəldi qapını açdı. Evin heç bir təmiri yox idi. Həmin mənzil İddiaçı məxsusdur. Həmin binada 3 ildir ki, yaşayıram, üst mərtəbədə heç kim yaşamır. Mənzili bir neçə nəfərə satmışdırlar, istintaqı Elxan Abdurəhmanov aparırdı, təstiq olundu ki, şəxslər öz pulları ilə mənzil alıblar. Yeni mənzillərlə təmin olunandan sonra o MTK-nın sədri ilə yenidən müqavilə bağladıq. Mənzil boş şəkildə təhvil verilmişdir. Korrupsiya idarəsi tövsiyyə etdi ki, müqavilə verilən tarixdən əvvəl və ya sonra sənəd çıxsa qanunsuzdur. Kərpici qırıb müdaxilə edib kilidi qırıblar. Qapının üstündə kağız var idi, Ağakişi adlı şəxsin adı və nömrəsi yazılmışdı. Evə su axıdıldığı üçün zəng edib çağırdım, gəldi qapını açdı. Evin heç bir təmiri yox idi. Həmin şəraitdə insan yaşaya bilməz, yaşayış əlamətləri yox idi. Kütləvi şəkildə müqavilələr dəyişdirilməyib, sadəcə bənd əlavə edilib. Qapının təmirini o etmişdir, ödəniş də almışdır. Su axıdılanda 2021-ci ilin yay ayları idi. Əvvəl İddiaçı zəng etdim, bildirdi ki, kilidi dəyişiblər, xəstə olduğu üçün bu işlə məşqul ola bilmir. 2012-ci ildə mənzili almış, təmirə isə 2 il sonra, 2014-cü ildə başlamış, 301 saylı mənzilin sakinidir. Mülki işin materiallarında olan: "xxxx" MTK-də yaşayış binasında mənzil tikintisi haqqında 28 iyun 2011-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Cavabdeh2, sonralar “İcraçı” adlanacaq Kooperativin Nizamnaməsinə uyğun hərəkət edən Kooperativin Sədr əvəzi X12 bir tərəfdən, sonradan “Payçı” adlanacaq Cavabdeh1 müqavilə bağlamış, həmin müqaviləyə əsasən icraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yaşayış binasının inşa etməyi və bu binanın İV giriş 13-cü mərtəbədə, 307 saylı mənzili “Payçı” təhvil verməyi öhdəsinə götürür. Mənzil 1 otaqdan ibarətir. Ümumi sahəsi 68.6 kv m, mənzilin ümumi dəyəri 27440 manatdır. Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərin ödəməyi öhdəsini götürür. “Payçı” müqavilə bağlanan gün 27440 manat məbləğində tam ödəniş edir. 28 iyun 2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilin ümumi dəyərindən 27440 manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir. "xxxx" MTK-də yaşayış binasında mənzil tikintisi haqqında 09 aprel 2012-ci il tarixli, 21 saylı müqaviləyə əsasən Cavabdeh2, sonralar “İcraçı” adlanacaq Kooperativin Nizamnaməsinə uyğun hərəkət edən Kooperativin X1 bir tərəfdən, sonradan “Payçı” adlanacaq İddiaçı müqavilə bağlamış, həmin müqaviləyə əsasən icraçıya verilmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində, MTK-ın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasnda məlum səbəblərə, Nəsib Əliyevin ərizəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X6 imzası ilə 28.07.2007-ci il tarixli "xxxx"MTK saxta müqaviləsi əsasnda İddiaçı oğln verilmiş 71,3 kv m mənzil, başqa bir mənzillə, dəyəri ödənilmədən əvələşdirilir. X13 tərəfindən imzalanmasına baxmayaraq mənzilin dəyəri İddiaçı tərəfindən Zaur Cabbarova ödənilmişdir. Həmin müqavilənin 1.2-ci bəndnə əsasən bu müqavilədən əvvəl "xxxx" MTK tərəfindən verilən hər hansı sənəd və yaxud surətləri aşkar olunarsa etibarsız sayılır. 03 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzil İddiaçı Yunis oğluna verilərək, zərərəçəkmiş şəxs kimi təmin edilib, Bakı Ağr Cinətlər Məhkəməsinin hökmünə əsasən 68,6 kv m mənzilin 32085 manat pul vəsaiti Zaur Cabbarova ödəmişdir. İcraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yaşayış binasının inşa etməyi və bu binanın İV giriş 13-cü mərtəbədə, 307 saylı mənzili “Payçı” təhvil verməyi öhdəsinə götürür. Mənzil 1 otaqdan ibarətir. Ümumi sahəsi 68.6 kv m, mənzilin ümumi dəyəri 32085 manatdır. Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərin ödəməyi öhdəsini götürür. “Payçı” müqavilə bağlanan günədək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (11)-69/2014 saylı cinayət işi üzrə hökmə əsasən 71,3 kv m mənzlin ümumi dəyəri 32085 manat Zaur Cabbarova ödəmişdir. Cavabdeh2 198 saylı, 03 avqust 2021-ci il tarixli, 198 saylı arayışına əsasən Cavabdeh1 "xxxx" MTK tərəfindən mənzil barədə müqavilə verilmişdir. Sonradan İddiaçı Yunus oğluna zərərçəkmiş şəxs kimi həmin mənzilin verilməsi və üst-üstə düşməsi ilə əlaqədar olaraq Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə İddiaçı Yunus oğlunun mənzillə təmin edilməsi üçün siyahı göndərilmişdir. Siyahı rəsmi olarq poçt vasitəsi ilə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 201-ci i tarixli məktubuna əsasən F.X3 və X7 barəsində olan cinayət işi üzrə məhkəməyə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilmşdir ki, X14 və X7 məhkum olunmaları barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmündə ünvan 2 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasından 28 iyul 2007-ci il tarixli müqavilə ilə 3-cü blok 5-ci mərtəbəsində yerləşən 71,3 kv.metr sahəyə malik və 26 iyul 2009-cu il tarixli müqavilə ilə 3-cü blok 10-cu mərtəbədə yerləşən 113,5 kv.metr sahəyə malik mənzillərə görə cəmi 78.595 manat həmin MTK-ya ödənilməsi qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı MTK tərəfindən 09 aprel 2012-ci il tarixli müqavilələrlə 4-cü giriş 13-cü mərtəbədə 1 otaqlı 71,3 kv/metr sahəyə malik, 32085 manat dəyərində 307 saylı və 3-cü giriş 11-ci mərtəbədə 2 otaqlı 113,5 kv/metr sahəyə malik 49510 manat dəyərində 210 saylı mənzillərlə təmin olunmuş və bu barədə hökmdə qeyd olunmaqla mülki iddia üzrə icraata xitam verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-ci maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır Həmin Məcəllənin 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Bundan əlavə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə cavabdeh "xxxx" MTK ilə aralarından bağlanmış qarşı yaşayış binasında mənzil tikintisi haqqında 28 iyun 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini iddia etməklə, mübahisəli mənzilin R.X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanındığı üçün qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə vurulmuş zərərin əvəzinə verilməsi, mənzilin iddiaçıya verilməsinə dair Bakı Ağır Cinayətlər Məhəkəməsinin 12 fevral 2014-cü il tarixli ittiham hökmündə və bu barədə iddiaçıya işə baxan hakim Əliövsət Abasov tərəfindən də şikayətlərinə verilmiş cavab məktubunda qeyd edilməsi, bunun əsasında MTK-ın İddiaçıla mübahisəli mənzilə dair müqavilənin bağlanması, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh1 ilə arasında bağlanmış müqavilənin sonradan bağlanması və bu səbəbdən də saxta olması ilə əsaslandırmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı "xxxx" MTK ilə aralarından bağlanmış 09 apel 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini iddia edərək, onu Cavabdeh1 tərəfindən "xxxx" MTK tərəfindən verilmiş 28.06.2011-ci il tarixli 47 saylı maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri olan 27 440 manat MTK-ya ödənilməsi, Cavabdeh1 MTK-ya borcun olmadığını, "xxxx" MTK-nın Cavabdeh1 məxsus mənzilin qanunsuz olaraq heç bir səlahiyyəti olmadığı halda 28.06.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 məxsus olan mənzilin İddiaçı veriməsinə dair müqavilə bağlanması ilə əsaslandırmşdır. Belə ki, işin materiallarından göründüyü kimi "xxxx" Mənzil-Tikinti Kooperativi Cavabdeh1 ilə arasında 28 iyun 2011-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yaşayış binasının inşa etməyi və bu binanın İV giriş 13-cü mərtəbədə, 307 saylı mənzili “Payçı” təhvil verməyi öhdəsinə götürmüş, 1 otaqdan ibarət olan, ümumi sahəsi 68.6 kv m, mənzili payçı tərəfindən qəbul etməyi və mənzilin müəyyən olunmuş 27440 manat məbləğində dəyərin ödəməyi öhdəsinə götürmüşdür. 28 iyun 2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilin ümumi dəyərindən 27440 manat payçı Cavabdeh1 tərəfindən Cavabdeh2nə ödənilmişdir. Həmçinin məhkəmə araşdrılması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə X14 "xxxx" Mənzil Tikinti Kooperativinin sədri kimi 28.07.007-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,3 kv m, 26.07.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 1-cu mərtəbəsində yerləşən ümümi sahəsi 113,5 kv m olan mənzilləri İddiaçı sataraq, ondan 78.595 manat əldə edilməsi ilə əlaqədar X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 3 (üç) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən N.Y.Əliyevə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. N.Y.Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Z.Z.Cabbarov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2012-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alnmışdır. Zərərçəkmiş şəxs İddiaçı mülki iddiası üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Məhkəmə, mübahisəli mənzilin R.X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanındığı üçün qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə vurulmuş zərərin əvəzinə verilməsi, mənzilin iddiaçıya verilməsinə dair Bakı Ağır Cinayətlər Məhəkəməsinin 12 fevral 2014-cü il tarixli ittiham hökmündə və bu barədə həmin məhkəmənin cavab məktubunda qeyd edilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanun normalarının mənasına görə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarında öz əksini tapan işin faktiki halları məcburi preyudisial əhəmiyyətinə malikdir və yenidən araşdırılmasını tələb etmir. Lakin mülki işin materiallarından göründüyü kimi, qeyd olunan cinayət işi üzrə irəli sürülmüş mülki iddianın hüquqi əsası Bakı şəhəri,Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi, 13 «M» saylı binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzil deyil, hökmdə qeyd edildiyi kimi 28.07.007-ci il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,3 kv m, 26.07.2009-cu il tarixli saxta müqavilə ilə binanın 3-cü blok 1-cu mərtəbəsində yerləşən ümümi sahəsi 113,5 kv m olan mənzillər olmuş, qeyd olunan mülki iddianın xitam verilməsinin hüquqi əsası olaraq mübahisəli ünvan 2 binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilin verilməsi qeyd olunan hökmdə birbaşa göstərilməmiş, yalnız Mənzil-Tikinti Kooperativin üzərinə bir qismi zərərçəkmiş şəxslərin, o cümlədən İddiaçı mənzillə təmin olunması vəzifəsi kimi qoyulmuş, MTK tərəfindən cinayət işi üzrə zərərəçəkmiş şəxs İddiaçı mübahisəli ünvan 2 binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzillə təmin edilməsi yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli məktubunda göstərilmiş, həmin məhkəmənin 12 fevral 2014-cü il tarixli hökmündə öz əksini tapmamışdır. Beləliklə, yuxarıda göstərilən prosessual qanunvericiliyinin normalarını, mülki işin materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh2 MTK tərəfindən sırf Bakı şəhəri Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi, 13 «M» saylı binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilin verilməsi halı hər hansı qanuni qüvvəyə minmiş aktında öz əksini tapmadığına görə, "xxxx" MTK İddiaçıla mübahisəli ünvan 2 binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilə dair müqaviləni bağlandığına görə hüquqi cəhətdən preyudisial əhəmiyyətinə malik deyildir. Əksinə Cavabdeh2 MTK qeyd olunan mənzilə dair artıq digər payçı və gələcəkdə mülkiyyətçi ola biləcək şəxslə-gözlənti mülkiyyətçisi ilə bağlanmış və qüvvədə olan müqavilə mövcud olduğu halda Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmünü əsas gətirərək 09 aprel 2012-ci il tarixli, 21 saylı müqaviləni bağlamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, "xxxx" MTK mülki qanunvericiliyinin tələblərinə zidd olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 28 iyun 2011-ci il tarixli müqavilə mövcud olduğu halda, həmin müqavilənin predmeti olan ünvan 2 binasında İV giriş, 13 mərtəbə, ümumi sahəsi 68,6 kv m otağlı, 307 saylı mənzilə dair Cavabdeh1 tam dəyərini ödədiyindən sonra artıq sahiblik hüququnu əldə etdiyi halda həmin mənzilə dair MTK ilə İddiaçı arasında bağlanmış 09 aprel 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 28 iyun 2011-ci il tarixli müqavilənin saxta olduğunu və bununla da onun etibarsızlığını iddia etsə belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı barədə müddəalarında qeyd olunan əsasların mövcud olmasına, o cümlədən qeyd olunan müqavilənin saxta olması, Cavabdeh2 İddiaçı ilə aralarında bağlanmış müqavilədən daha sonradan tərtib olunmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda sadalan qanun normalarına, iş üzrə müəyyən edilmiş işin faktiki hallarına, mülki işin materiallarına, tərəflərin izahatlarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia təmin edilməməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməklə, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09.04.2012-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 09 aprel 2012-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 32085 manat pul vəsaiti "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 09.04.2012-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 09 aprel 2012-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 32085 manat pul vəsaiti Cavabdeh2ndən tutularaq İddiaçı qaytarılsın. İlkin iddia rədd edilidyindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 (on) manat məbləğində pul İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin edilidyindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 (on) manat məbləğində pul "xxxx" MTK-dan tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar