Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-698/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33053 iPhone 11 Pro markalı telefon üçün 1911.8 (min doqquz yüz on bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 614.2 (altı yüz on dörd manat, iyirmi qəpik) manat dəbbə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84270 iPhone 11 Pro Max markalı telefon üçün 3454 (üç min dörd yüz əlli dörd) manat ödənilməmiş hissə, 1003 (min üç) manat dəbbə, ümumilikdə 6983 manat borc və 89.83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.03.2020-ci il və 19.06.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********33053 iPhone 11 Pro markalı telefon və İMEİ kodu **********84270 iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 6983 (altı min doqquz yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3082.8 (üç min səksən iki manat, səksən qəpik) manat (12 ay x 256.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********33053 iPhone 11 Pro markalı telefon üçün ümumilikdə, 2526 (iki min beş yiiz iyirmi altı) manat olmaqla ondan, 1911.8 (min doqquz yüz on bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 614.2 (altı yüz on dörd manat, iyirmi qəpik) manat dəbbə; 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4014 (dörd min on dörd) manat (18 ay x 223 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********84270 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 4457 (dörd min dörd yüz əlli yeddi) manat olmaqla ondan, 3454 (üç min dörd yüz əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1003 (min üç) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1731 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkaıiambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.03.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 256.9 manat ödəmək şərtilə İMEİ kodu **********33053 olan iPhone 11 Pro markalı telefon satılmışdır. İş materiallarında olan 19.06.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 223 manat ödəmək şərtilə İMEİ kodu **********84270 olan iPhone 11 Pro Max markalı telefon satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh 09.03.2020-ci il tarixli müqavilə üzrə 1911.8 manat ödənilməmiş hissə, 614.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 2526 manat , 19.06.2020-ci il tarixli müqavilə üzrə 3454 manat ödənilməmiş hissə, 1003 manat dəbbə pulu olmaqla, cəmi 4457 manat, ümumilikdə isə 6983 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı 09.03.2020-ci il tarixli müqavilə üzrə 50 manat, 19.06.2020-ci tarixli müqavilə üzrə isə 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 74.65 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33053 İphone 11 Pro markalı telefon üçün 1911.8 (min doqquz yüz on bir manat səksən qəpik) manat məbləğində əsas borc və 50 manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********84270 İphone 11 Pro max markalı telefon üçün 3454 (üç min dörd yüz əlli dörd) manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 5465.8 (beş min dörd yüz altmış beş manat səksən qəpik) manat məbləğində pul və 74.65 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33053 İphone 11 Pro markalı telefon üçün 1911.8 (min doqquz yüz on bir manat səksən qəpik) manat məbləğində əsas borc və 50 manat dəbbə pulu, 19.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********84270 İphone 11 Pro max markalı telefon üçün 3454 (üç min dörd yüz əlli dörd) manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 5465.8 (beş min dörd yüz altmış beş manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 74.65 manat hissəsi Cavabdeh tutularaq, iddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin, rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-698/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-698/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver