Məhkəmə qərarları › İş №2(010)-71/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-71/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-71/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC məhkəmədə Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi tələbinə dair iddia qaldırıb, Cavabdeh 2184,76 ABŞ dolları məbləğində əsas borc, 323,26 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 2568,02 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2013, ban – KMHDH41EBDU807542, rəngi – ağ) minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalsa, qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Süleyman Bəkirov məhkəməyə yazılı ərizə verib, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi üçün işin əmtəəşünaslıq ekspertizasından geri çağırılması, iddia təmin tədbirinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, işin sənədlərini nəzərdən keçirib hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər və bu yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiasından imtina etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtinasını təsdiq edənə qədər, ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtina etməsi qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də imtina qəbul edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5924/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, iddianın təmin tədbiri barədə qərardadı ləğv edilməli və Cavabdeh məxsus “Hyundai Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2013, ban – KMHDH41EBDU807542, rəngi – ağ) avtomobilin üzərinə qoyulmuş həbs götürülməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5924/2019 nömrəli, xx.xx.2019cu il tarixli, iddianın təmin tədbiri barədə qərardadı ləğv edilsin və Cavabdeh məxsus “Hyundai Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2013, ban – KMHDH41EBDU807542, rəngi – ağ) avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar