Məhkəmə qərarları › İş №2(010)-735/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-735/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-735/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı (iddiaçılar İddiaçı3, İddiaçı8 və İddiaçı7 nümayəndəsi) İddiaçı1, İddiaçı1 və İddiaçı6 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Cavabdeh qarşı “cavabdehin oğlu ilə birlikdə mənzilə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Cavabdeh qarşı “cavabdehin oğlu ilə birlikdə mənzilə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi 11 saylı evdə yerləşən 18 saylı mənzilə olan istifadə hüquqlarına tərəflərindən Cavabdeh 6500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və Cavabdeh 02 aprel 2011-ci il təvəllüdlü oğlu, X3 ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddaçı İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, icraatda olan iddia ərizəsilə bağlı bildirmişdir ki, Cavabdeh 7000 manat məbləğində kompensasiya təklif edirlər və nəzərə alınmasını xahiş edirlər. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evdə yerləşən 18 saylı mənzil vəfat etmiş ailə başçısından onlara miras əmlak kimi qalmış, onların hər birinin həmin mənzilə 1/8 hissədə xüsusi mülkiyyət hüquqları MH seriyalı ******* saylı Çıxarışla 16 noyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırkı iş üzrə Cavabdeh İddiaçı7 ilə xx.xx.2010-cu il tarixdə nikahları qeydə alınmış, Cavabdeh onlara məxsus mənzilə gəlin gəlmiş, tərəflərin birgə nikahlarından 02 aprel 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Uşaq anadan olandan sonra tərəflər arasında münasibət pisləşmiş, Ümüdvar Qafarov 2013-cü ildə Almaniya Federativ Respublikasına getmişdir, həmin vaxtdan həmin Respublikada yaşayır. Tərəflər arasında nikah Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(010)-2081/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Onlara məxsus olub, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 11 saylı evdə yerləşən 18 saylı mənzil 49,8 kv.m yaşayış sahəsi olmaqla, 2 otaqdan ibarətdir, otaqlardan birində Cavabdeh oğlu İbrahimlə birlikdə fasilələrlə yaşayır, əksər vaxtlar valideynlərinə məxsus mənzildə qalır. Bu səbəbdən həmin otaqdan onlar istifadə edə bilmirlər. Belə bir halın nəticəsidir ki, bir qismi mülkiyyətçi olduqları halda kirayələrdə yaşamalı olurlar. Həmçinin, Cavabdeh onların hər birinə qarşı münasibəti uzun müddətdir ki, kəskin, mənfi xarakter daşıyır, münasibətləri pisləşmişdir. Tez-tez aralarında məişət xarakterli söz-söhbətlər olur. Cavabdehin birgə yaşamaqlarını mümkünsüz edən hərəkətləri səbəbindən onunla bir mənzildə yaşamaq qəti surətdə mümkün deyildir. Onun hərəkətləri onların mülkiyyətçi olaraq hüquqlarını pozur, mülkiyyətçi kimi mənzil barəsində öz mülahizələrinə görə mülkiyyət hüquqlarını, yəni sahiblik, sərəncam və istifadə etmək hüquqlarını real, sərbəst surətdə həyata keçirə bilmirlər. Hazırkı iş üzrə cavabdehlə birgə yaşayışın mümkünsüzlüyünü nəzərə alaraq Cavabdeh, oğlu İbrahim Dəmirovla birlikdə onların mülkiyyətlərində olan mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üzrə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Bu hallar da onların hazırki iddia tələbi ilə məhkəməyə müraciətləri zərurililiyini əsaslandırmışdır. Hesab edirlər ki, onların tələbləri ilə iş üzrə cavabdehin mülkiyyətlərində olan mənzilə olan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi onların mülkiyyətçi kimi hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanlarını yarada biləcəkdir. Hazırkı vaxtda onlara məxsus mənzilin yerləşdiyi inzibati ərazidə iki otaqlı mənzilin aylıq kirayəsi 200-250 manat təşkil edir. Bunu nəzərə alaraq cavabdehə və onun övladına yaxın üç il ərzində mənzil kirayələnməsi, onlar mülkiyyətçilərin hesabına davamlı surətdə və bu müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradılmasında israrlıdırlar və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olurlar. Cavabdehin etiraz ərizəsi. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz vərərək, Cavabdeh etirazının dəlillərini əsaslı sayaraq iş üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiasının təmin olunmamasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı6 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddia tələbini cavabdehin mənzilə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi təşkil edir. Həmin mənzil 8 nəfərin birgə mülkiyyətindədir. Mənzil 3 otaqlıdır, 49,8 kv.m sahəsi var. Otaqlardan birində cavabdeh 2010-cu ildən yaşayır. Gülnarə xanımla Ümidvar arasında olan nikah pozulmuşdur. Ümidvar 2013-cü ildən sağlamlığı və ailə münasibələrinin kəskinləşməsi səbəbi ilə Almaniyada yaşayır. İddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdilər. İddiaçılar və cavabdeh arasında münasibətlər kəskinləşmişdir, onların birgə yaşaması mümkün deyil. İddiaçıların mənzilə ehtiyacları var. İddiaçıların bəziləri məcburi kirayədə qalırlar. İddiaçılar hazırda cavabdehə 7000 manat kompensasiya vəsaiti təklif edirlər. Hesab edirlər ki, 7000 manat kirayədə yaşamaq üçün kifayət edir. Həmin ərazidə kirayə haqları 100-120 manat təşkil edir. İclasda iştirak edən şahidlər də öz ifadələri ilə bunu təsdiq etmişdilər. Şahid2 100 manata kirayə qaldığını, daha sonra qiymətlərin artması səbəbi ilə hazırda 120 manat ödədiyini bildirmişdir. Bu evlər 100 ildir tikilmişdilər. Qiymətləndirmə ilə bağlı ekspertiza keçirilmişdir. Ekspert rəydə internet məlumatlarının olmadığını bildirmişdir. 7000 manat 3 ilə bölündüyü zaman aylıq 200 manat kirayə haqqı edir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, 100 manat aylıq icarə haqqı ödənişi real görünmür. Əllərində buna dair sübut yoxdur. Ən azı 300 manat ödənilməlidir. Hövsanda qiymətlər qalxıb, 60000-70000 manat evlər hazırda 100000 manatdan yuxarıdır. İddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, o yaxşı məbləğ təklif etmişdir. Oğlu ilə heç 2-3 il bərabər yaşamayıblar. Nəvəsinin xətrinə o evdə yaşamasına heç nə deməmişdir. Özü şəkər və təzyiq xəstəsidir. Əlil övladı var. 7000 manatdan artıq verə bilməz. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, iddiaçıların qonşusudur. Kirayəçi saxladığını, nə qədər kirayə haqqı aldığını təsdiq etmək üçün gəlmişdir. 2 evi var. 11 nömrəli mənzili kirayə verir. 15 nömrəli mənzildə özü yaşayır. Kirayəçi birinci mərtəbədə, o isə ikinci mərtəbədə qalır. Birinci mərtəbədəki mənzil 39 kv.m, onunku 55 kv metrdir. Kirayə müqaviləsi yoxdur. 120 manat kirayə haqqı alır. Əvvəl 100 manat alırdı. İki ildir 120 manat alır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, iddiaçılar ilə qonşudurlar. O Alina xanımın evində 10 ildir kirayə qalır. Qızı ilə qalır. 120 manat kirayə haqqı ödəyir. Əvvəl 100 manat ödəyirdi, 2 ildir 120 manat ödəyir. Öz evi yoxdur. Köhnə tikilidir. Hamam-tualet çöldədir. Anasıgildə 5 otaqdır, şəraitlidir. Uşaq hazırlaşdırır deyə ayrı qalır. Kirayə müqaviləsi yoxdur. S.Bəhlulzadə küçəsi, döngə 1, ev 3A ünvanında qeydiyyatdadır. Birinci mərtəbədə qalır. Başqa qonşuları da var. İkinci mərtəbədə Alina xanım qalır, amma onun girişi fərqlidir. İddiaçılar onlara qonşudur. Eyni binadır. Gülnarə xanımın şəraiti yaxşıdır. Onlarda hamam-tualet çöldə deyil. Gülnarə xanımı tanıyır. Bir qonşu da var, o da kirayədə qalır. Baha qalmırlar, maksimum 150 manat olar. İş materialları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ******* nömrəli xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı1 ilə birlikdə X12, İddiaçı8, İddiaçı1 Hikmət qızı, İddiaçı7, X4, İddiaçı2, X8, İddiaçı5, X9, X5, İddiaçı3, X11, X10, İddiaçı6, X13, Cavabdeh, İddiaçı4, X7, X3 da həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində istifadədə olan 0.4436 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada yerləşən 89.8 kv.m ümumi, 49.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 18 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, İddiaçı4 1/8 hissə, İddiaçı5 1/8 hissə, İddiaçı6 1/8 hissə, İddiaçı7 1/8 hissə, İddiaçı8 1/8 hissə, İddiaçı1 1/8 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 584 nömrəli reyestr kitabının 53656 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2081/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı7 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 319 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, İddiaçı7 xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Mediasiya Şurası Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X6 iştirak edilməməsi barədə” MŞB/3/2023-01174 nömrəli arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı1 iştirak etmiş, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı1 tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat məbləğində poçt-kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1962-9/1957 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən 11 saylı evin, 18 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 87000 manat məbləğində müəyyən olunmuşdur. Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən 11 saylı evin, 18 saylı mənzilin yerləşdiyi ərazi üzrə internet saytlarında mənzillərin kirayə haqlarına dair məlumat olmadığından sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş internet saytından çıxarışlardan görünür ki, mənzillərin kirayə qiyməti ilə bağlı məlumatlar mövcud deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı

1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

2. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində istifadədə olan 0.4436 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada yerləşən 89.8 kv.m ümumi, 49.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 18 nömrəli mənzil paylı mülkiyyət hüququ ilə hər biri 1/8 hissə olmaqla, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı1 mülkiyyətindədir. Cavabdeh – İddiaçı7 keçmiş həyat yoldaşı, X3 isə İddiaçı7 və Cavabdeh övladıdır. Onların arasında nikah 2010-ci ildə bağlanmış və 2022-ci ildə pozulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına istinadən, iddiaçıların mülkiyyətində olan əmlaka cavabdehin istifadə hüququnun yaradılmasına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı7 və cavabdeh arasında nikah 2010-cu il tarixdə bağlanmışdır və İddiaçı7 yaşayış sahəsinin mülkiyyətçisi kimi öz ailə üzvlərini (arvad və uşağını) yaşayış sahəsinə köçürmüşdür və onun ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinə istifadə hüquqları yaranmışdır. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün (cavabdehin) həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Bunu nəzərə alaraq, məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ artıq itirilmişdir, çünki İddiaçı7 ilə cavabdeh arasında nikah 2022-ci ildə pozulmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən yaşayış sahəsindən istifadə hüquqlarının davam etdirilməsi ilə bağlı razılaşma və ya bu hüququn saxlanmasına əsas ola biləcək hallar üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda isə iddiaçılar cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbi ilə müraciət etmişdirlər, lakin istifadə hüququ artıq itirilmiş hesab olunduğundan, iddiaçılar bunu əsas tutaraq, cavabdehin həmin yaşayış sahəsindən çıxarılması tələblərində haqlı olmuşdular. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan mübahisələndirilən mənzildən çıxarılmalıdır. Həmçinin, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 anası Cavabdeh himayəsində qalması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı övladı 02 aprel 2011-ci il təvəllüdlü X3 ilə birlikdə mübahisələndirilən mənzildən çıxarılmalıdır. İddia tələbinin “mənzilə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilmiş və göstərilmiş qanunvericilikdə mənzilə istifadə hüquqlarına xitam verilərkən kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Lakin, nəzərə alınmalıdır ki, İddiaçı1 öz izahatında gələcəkdə nəvəsini düşündüyünü qeyd edərək, cavabdehin mənzilə istifadə hüquqlarına xitam verilərkən ona kompensasiyanın ödənilməsində israrlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən cavabdehə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləği məqbuldur və bu səbəbdən bu hissədə iddia tələbi təmin edilməlidir. Ödəniləcək kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçılar ilk olaraq 6500 manat məbləğində kompensasiyanın ödənilməsini təklif etdikləri halda, ərizə ilə müraciət edərək, cavabdehə 7000 manat məbləğində kompensasiya təklif etdiklərini və nəzərə alınmasını xahiş etmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi kompensasiya məbləği hissəsinə münasibətdə təmin edilməli və cavabdehə 7000 manat məbləğində kompensasiya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi 11 saylı evdə yerləşən 18 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə, Cavabdeh azyaşlı övladı 02 aprel 2011-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzildən çıxarılmalı və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 tərəfindən müştərək qaydada Cavabdeh 7000 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi 11 saylı evdə yerləşən 18 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə, Cavabdeh azyaşlı övladı 02 aprel 2011-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzildən çıxarılsın və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 tərəfindən müştərək qaydada Cavabdeh 7000 manat məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar