Məhkəmə qərarları › İş №2(010)-738/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-738/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-738/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Əliyeva Qönçə Məhərrəm qızının Cavabdeh X1 iştirakı ilə, İddiaçı Əliyeva Qönçə Məhərrəm qızının cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əliyeva Qönçə Məhərrəm qızı məhkəmədə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia qaldırıb, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00000) hesablanmış 1599,20 manat borcun əsassız hesab edilərək həmin borcdan ödənilməmiş qalan 726,48 manat hissəsinin silinməsi, həmin borcdan ödənilmiş 872,72 manat pulun və qaz sayğacının dəyəri olaraq tərəfindən ödənilmiş 235,88 manat ümumilikdə 1108,60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Suraxanı rayonu, Zığ qəsəbəsi, Cənub-Şərq hissə, ev 38 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona bildirmişlər ki, guya qaz sayğacına müdaxilə olunduğu üçün 1599,20 manat məbləğində cərimə hesablanmışdır. Bundan başqa istismara yararsız hesab edilmiş qaz sayğacının da dəyərini ödəməlidir, əks təqdirdə qaz təchizatını dayandıracaqlar. Məcburiyyət qarşısında qalıb sayğacın dəyərini ödəmişdir. Sayğaca müdaxilə dedikdə iddiaçıya bildirdilər ki guya o, qaz sayğacının çıxış plastmas borusunu deşmiş və buna görə 1599,20 manat cərimə hesablanmışdır. Bu qanunsuz əməl azmış kimi hesablanmış əsassız məbləğ yenədə qanunsuz olaraq onun razılığı olmadan smart karta etdiyi ödənişlərdən tutulur və bu günədək əsassız hesablanmış borcun 726,48 manat hissəsi iddiaçıdan qanunsuz olaraq tutulmuşdur. Qaz sayğacı yaşayış evindən kənarda yol tərəfdə iddiaçının mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən qaz sayğacı çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. O, istifadəsində olan qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bütün bunlar onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdehin tələbinin əsassız olmasına baxmayaraq, o, hazıra bu məsələ ilə bağlı problem yaşayır. İddiaçı Əliyeva Qönçə Məhərrəm qızı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, qaz sayğacının çıxış plastmas borusunun deşilməsi barədə laboratoriya rəyi gəlib. Sayğacın dəyəri 235.88 manatdır. Hazırda ödənilməmiş qalan borc 704.50 manat məbləğindədir. Sayğacın dəyəri isə 1599 manatdan ayrıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli aktdan görünür ki, xx.xx.2017-ci il tarixli laboratoriyanın 29/1710-00577-3 №li MSK-ya əsasən G-4 N 1002AQ**********7 sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli aktından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üçün mövcud sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi müəyyən olunub. İş materiallarına əlavə edilmiş AR Dövlət Neft Şirkəti “Cavabdeh” İB-nin 29/1710- 00577-3 saylı xx.xx.2017-ci il tarixli aktından görünür ki, istehlakçı Əliyeva Qönçə Məhərrəm qızına məxsus zavod nömrəsi 1002AQ**********7 olan dəyişdirilmiş qaz sayğacının labaratoriya yoxlanışı zamanı sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beynəlxalq Bankının Sabunçu filialının hesabına ödənilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli qəbzlərin surətindən görünür ki, müdaxilə olunmuş sayğacın dəyəri olaraq X3 tərəfindən 123 manat və 50 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Əliyeva Qönçə Məhərrəm qızına məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, Əliyeva Qönçə Məhərrəm qızına 1599.20 manat məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışında təqdim edilən saldodan müəyyən edilir ki, hazırda iddiaçının mübahisəli borc üzrə 704.5 manat borcu qalmaqdadır. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dəyişdirilmənin səbəbi sayğacın çıxış plastmas borusunun deşilməsi olmuşdur. Yoxlamadan keçirilərkən sayğacın çıxış plastmas borusunun kənar müdaxilə nəticəsində deşilməsi aşkar edilmişdir. İş materiallarından həmçinin o da məlum olur ki, müdaxilənin kim tərəfindən yetirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğacın plastmas borusunun deşilməsinin məhz iddiaçı tərəfindən yetirildiyi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış ünvanı üzrə hesablanmış 704.50 manat məbləğində borc silinməli, iddiaçıdan əsassız olaraq borca görə tutulmuş 872,72 manat məbləğ sonuncuya geri qaytarılmalı, eyni zamanda xx.xx.2018-ci il tarixdə quraşdırılmış sayğaca görə ödənilmiş 173 manat pulun iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (kod:**********00000) hesablanmış 704,50 (yeddi yüz dörd manat əlli qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyindən 872,72 manat məbləğində ödənilmiş pul və qaz sayğacının dəyəri olaraq iddiaçı tərəfindən ödənilmiş 173 manat olmaqla, ümumilikdə 1045,72 (bir min qırx beş manat yetmiş iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar