Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-74/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, anası - X6 xx.xx.1955-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Hazırda anası uzun müddətdir ki, həm fiziki, həm də psixi pozuntudan əziyyət çəkir. Ona həkimlər tərəfindən " Şizofreniya" diaqnozu qoyulmuşdur və o hal-hazırda 1-ci qrup əlildir. Xəstəliyi səbəbindən anası tamamilə kənar şəxsləri qulluğundan asılıdır və anasının əmək qabiliyyəti də yoxdur. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi isə kifayət qədər əsas olmasına baxmayaraq anasının indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, anası X4 üzərində qəyyum təyin edilməyi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı Rayonu İcra Hakimiyyəti G-1-099 saylı xx.xx.2021-ci il tarixli cavabla bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməs haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyim məqsədəuyğundur. Göründüyü kimi anası X2 əqli pozuntu diaqnozu var. Onun şəxsi təmizliyinə və şəxsi gigiyenasına o, baxır. Eyni zamanda bildirir ki, onun daima nəzarətə və baxıma ehtiyacı var. Məhz bu səbəbdən anası - X6 məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan olmayan şəxs sayılmalıdır. Odur ki, xx.xx.1955-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ekspert rəyi ilə razı olduğunu və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 ekspert rəyi ilə razı olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən veriilmiş 560594 saylı arayışa əsasən, X6 müddətsiz birici qrup əlildir. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli g-1-099 saylı məktuba əsasən, xx.xx.1955-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməyi haqqında ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 1635 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, xx.xx.1955-ci il təvəllüdlü X3 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi qeyd olunur. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1955-ci il təvəllüdlü X6 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X6 qızında üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-74/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-74/2022
20.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver