Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-741/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Әrizəçi Әrizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası) şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜӘYYӘN ETDİ: Әrizəçi Әrizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Әrizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, X2 xx.xx.1988-ci tarixində doğulmuşdur. Onun psixi problemləri vardır və hal-hazırda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Psixatriya kabinetində qeydiyyatdadır. Onun xəstəlik diaqnozu “üzvi emosional lyabil pozuntu F 06.6” xəstəliyidir. X2 dəfələrlə müalicə olub, hal-hazırda 1 saylı Respublika Psixatriya xəstəxanasında yatır. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X4 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Suraxanı rayon İcra Hakimiyyətində bildirilmişdir ki, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcud deyildir. X4 daha əsaslı və uzun müddətli müayinə olunması məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zərurəti yarandığından ərizənin təmin və ya rədd olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Әrizəçi ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.1988-ci il tarixdə verilmiş doğum haqqında haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X5, anası X3r. İş materiallarına əlavə edilmiş 15 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü X6 müəssisənin psixatriya kabinetində qeydiyyatdadır və ona üzvi emosional lyabil pozuntu F 06.6 diaqnozu qoyulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-741/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 1039 saylı rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Zahirən bir qədər narahatdır. Şəxsiyyətinə görə bələdliyi saxlanılıb. Lakin cari tarixi və anadan olduğu ili göstərə bilmir. Ünsiyyətə həvəs göstərmir, verilən suallara əksər hallarda “bilmirəm” cavabını verir. Әvvəllər xəstəxanada müalicədə olduğunu bildirsə də, hansı xəstəliklə əlaqədar, nə zaman və harada müalicədə oduğunu xatırlamadığını bildirir. Hazırda onu nə narahat etdiyini soruşduqda əli ilə başını göstərir. Sadə toplama əməliyyatlarını bəzilərini səhvlərlə icra edir. İntellektual imkanlarının məhdud olması təəssüratı yaradır. Göstərilənlərə əsasən qeyd olunur ki, X4 hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirilməsinin çətinliyini, məhkəmə tərəfindən onun barəsində qoyulmuş sualları cavablandırmaq mümkün olmamasını nəzərə alaraq daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Әrizəçi oğlu xx.xx.1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1039 saylı rəyində qeyd olunmuşdur ki, X4 hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirilməsinin çətinliyini, məhkəmə tərəfindən onun barəsində qoyulmuş sualları cavablandırmaq mümkün olmamasını nəzərə alaraq daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar mövcud deyildir və ərizəçi tərəfindən bununla bağlı kifayət qədər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QӘT ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası) şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə təmin olunmasın. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-741/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-741/2022
06.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver