Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-746/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Mexraliev Duşner adına verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun mərhum X2na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, xx.xx.*950-ci il tarixində Bakı şəhərində anadan olmuş, X2, anası isə Mehrəliyeva (Zaidova) Yazgülü Polat qızıdır. X2 08.05.*963-cü ildə hipertoniya xəstəliyindən, anası X9 isə 0*.**.2007-ci ildə ürəyin dayanması səbəbindən vəfat etmişdir. Hal-hazırda isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi, ev 3D, mənzil 7* ünvanında yerləşən evdə qeydiyyatdadır və həmin ünvanda yaşayır. X* ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Bakı şəhəri 35 saylı notariat ofisi vərəsəlik işi ilə əlaqədar 29.*0.20*9-cu il tarixli məktubla mərhum X4 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın verilməsi bildirilmiş və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətin icrası ilə bağlı həmin fərdi yaşayış evinin ilkin texniki pasportu Arxiv idarəsindən ona təqdim edilmiş, lakin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda atasının adı və soyadı Mexraliev Duşner kimi qeyd edilmişdir. Baxmayaraq ki, atasının adı, soyadı və ata adı X6r. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin atasına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportunda mərhum atasının adı «Duşner», soyadı «Mexraliev» göstərildiyindən, adında olan uyğunsuzluqla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı şəhər Ərazi İdarəsi *3.03.2020ci il tarixli məktubla sənədləri qəbul etməkdən imtina etmişdir. Qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və vərəsəlik isinin açılması üçün lazımdır. Atasına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda - Mehrəliyev Dusner qeydinin düzəldilməsi artıq qeyri-mümkündür. Belə ki, qeyd edilən sənədi tərtib etmiş qurum - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi artıq mövcud deyil. Məhz bu səbəbdən sənəddəki yanlışığın aradan qaldırılması da mümkünsüzdür. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 2030**7447 nömrəli, *4.02.2020ci il tarixli ərizəsinə baxılmış, elektron kadastr baza məlumatına əsasən arxiv texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsinin 20 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür. Həmçinin təqdim olunmuş texniki pasportda adında uyğunsuzluq var. Bununla yanaşı torpaq sahəsində əlavə olaraq bir mərtəbəli fərdi yaşayış evi inşa edilmiş və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”n surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “Mexraliev Duşner” kimi qeyd edilmişdir. İş materiallarında olan İİ-ИE №*62*89 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 08.05.*963-cü ildə ölmüşdür. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3D, mənzil 7* ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİ-ИE *29703 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X*0 20.03.*96*-ci il tarixdə anadan olmuş, X2, anası X7r. İş materiallarında olan AZ-T №*34834 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.*950-ci il tarixdə anadan olmuş, X2, anası X**r. İş materiallarında olan ИЖ 0*7874 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş Surətindən müəyyən olunur ki, X*2 0*.07.*952-ci il tarixdə anadan olmuş, X2, anası X*5r. İş materiallarında olan İ-ИE 264303 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*3 06.08.*956-cı il tarixdə anadan olmuş, X2, anası X*5r. İş materiallarında olan ИЖ 276484 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X*4 06.08.*954-cü il tarixdə anadan olmuş, X2, anası X*5r. İş materiallarına əlavə edilmiş ИE *94409 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X*9 *5.*0.*953-cü il tarixdə nikahlarını bağlamışlar və nikah haqqında akt qeydiləri kitabında 523 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Mehrəliyeva, ərə Mehrəliyev soyadı verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş 29.*0.20*9-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, vərəsəlik işi ilə əlaqədar 08.05.*963-cü ildə vəfat etmiş X4 vərəsəsi, oğlu Ərizəçidur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 08.05.*963-cü ildə ölmüş X5 məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Mexraliev Duşner” adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un 08.05.*963-cü ildə ölmüş “X*6” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-746/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-746/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver