Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-75/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)-1636/2020 saylı qətnaməsinə əsasən "xxxx" QSC-yə ödədiyi 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh Mahmouddan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbi müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İsmayılova Samaya Nurəli qızının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onunla "xxxx" QSC arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, İsmayılova Samaya Nurəli qızının bank qarşısında olan öhdəliklərini öz üzərimə götürmüşdür. Belə ki, İsmayılova Samaya Nurəli qızı 12 oktyabr 2017-ci il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-dən kredit götürmüş, o, 09 iyul 2018-ci ildə öldüyündən onun Banka 027R********** saylı kredit razılaşması üzrə 10 927 manat və 027R********** saylı kredit razılaşması üzrə 12 677 manat kredit borcu yaranmışdır. İsmayılova Samaya Nurəli qızı 09 iyul 2018-ci ildə öldükdən sonra onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 4-də yerləşən, 18 saylı fərdi yaşayış evi oğlu X4 və əri Cavabdeh Mahmoud tərəfindən miras payı kimi qəbul edilmiş və onların mülkiyətinə keçmişdir. İsmayılova Samaya Nurəli qızma məxsus əmlak hüquqları (miras aktivi) X4 və əri Cavabdeh Mahmouda keçdiyindən, İsmayılova Samaya Nurəli qızına məxsus vəzifələri də (miras passivi) X4 və əri Cavabdeh Mahmouda keçmiş, məhz bu səbəbdən "xxxx" QSC İsmayılova Samaya Nurəli qızının kredit borcuna görə onun mirası qəbul etmiş vərəsələrinə - X4 və əri Cavabdeh Mahmouda və zamin qismində isə ona qarşı məhkəmədə iddia qaldırmış, yaranmış kredit borcunun iddiaçıdan tutulmasını tələb etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)- 1636/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970,76 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, 027R********** saylı kredit razılaşması üzrə 7118,37 manat məbləğində kredit borcu, 2163,36 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimənin tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra o, zamin kimi Banka müraciət edərək, əsas borcluların öhdəliklərinin yerinə yetirilməsi üçün Banka 8000 manat ödənilməsi barədə bankla razılıq əldə etmiş, bundan sonra o, "xxxx" QSC-yə 8000 manat məbləğində pul vəsaiti ödəyərək, banka olan borcu bağlamış, artıq "xxxx" QSC-nin əsas borclulara qarşı heç bir tələbi qalmamışdır. Belə olduqda isə Mülki Məcəllənin 475.1ci maddəsinə əsasən öhdəliyi icra etmiş zamin kimi "xxxx" QSC-nin həmin öhdəlik üzrə hüquqları iddiaçının kreditorun tələbini ödədiyi həcmdə ona keçmişdir. Yəni o, "xxxx" QSCnin əsas borclulara qarşı olan tələbi 8000 manat həcmdə icra etdiyinə görə, onun həmin məbləğdə pul vəsaitini əsas borclulardan tələb etmək hüququ yaranmışdır. Onun iddiası özü üçün daha əlverişli olan cavbadehə qarşı qaldırmaq hüququm vardır. X5 Nurəli qızına məxsus fərdi yaşayış evi X2 və Cavabdeh Mahmouda keçməsinə baxmayaraq, Vüqar Abbasovun hal-hazırda borclu olduğu digər şəxslərin olduğuna, onun ödəniş qabiliyyəti olmadığına, hazırki borcu ödəmək iqtidarında olmadığına, həmin yaşayış evi Vüqar Abbasovun yeganə yaşadığı ev olduğuna və onun borcunun yaşadığı yeganə yaşayış evinə yönəldilməsi qanunla qadağan edildiynə görə o, Banka ödədiyi məbləği ondan deyil, onun üçün daha əlverişli olan Cavabdeh Mahmouddan tələb etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələbindən də görünür ki, onun birgə borclulardan biri hesab edilən Cavabdeh Mahmouddan ödədiyi pulu tələb etmək hüququ vardır, bu zaman, onun digər vərəsəyə qarşı tələb hüququm Cavabdeh Mahmouda keçir. Ona görə də, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)- 1636/2020 saylı qətnaməsinə əsasən "xxxx" QSC-yə ödədiyim 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh Mahmouddan tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: Suraxanı Rayon Məhkəməsinin 2(010)-1636/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163,36 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1636/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsində göstərilmiş, xx.xx.2017-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilərək, kredit xəttinin müddəti 203 (iki yüz üç) ay müddətində, kredit xəttinin məbləği 500000 (beş yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli kreditin verilməsi haqqında sənəddən müəyyən olunur ki, İsmayılova Samaya Nurəli qızı 10.000 manat pulu qəbul etmişdir. Kredit xətti müqaviləsi üzrə İsmayılova Samaya Nurəli qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İsmayılova Samaya Nurəli qızının vərəsəsi olan X4 ilə “AccessBank" QSC-nin bağladığı xx.xx.2018-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2020- ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İsmayılova Samaya Nurəli qızının 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 2889.85 manat məbləğində cərimə borcu olmaqla,cəmi 10927 (on min doqquz yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində borcu vardır. AZ-İ seriyalı, 957519 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İsmayılova Samaya Nurəli qızı xx.xx.2018-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1962-ci il tarixində Gəncə şəhərində anadan olmuş ünvan 1 ünvanında yaşamış, xx.xx.2018- ci il tarixində vəfat etmiş İsmayılova Samaya Nurəli qızının vərəsəsi olaraq oğlu ünvan 1 ünvanında yaşayan X4 xx.xx.2018-ci ildə əri İran İslam Respublikası vətəndaşı X3 mirası qəbul etmiş uçot kitabında 50/2018-nömrə ilə qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" ASC-nin hesabına 3700 manat və 4300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 16 aprel 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, "xxxx" QSC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020ci il tarixli 2(010)-1636/2020 saylı qətnaməsinə əsasən cavabdehlər X1, Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmalı olan kredit borcunun kim tərəfindən, nə zaman və hansı məbləğdə ödənilməsi və hal-hazırda həmin qətnamə üzrə hər-hansı bir borc məbləğinin qalıb-qalmaması barədə məlumat verilməsi və bununla əlaqədar bütün sənədlərin surətləri məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsi ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 453.1-ci maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Həmin Məcəllənin 453.2-ci maddəsinə əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Həmin Məcəllənin 453.3-cü maddəsinə əsasən əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. Həmin Məcəllənin 453.4-cü maddəsinə əsasən subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Beləliklə, İsmayılova Samaya Nurəli qızının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onunla "xxxx" QSC arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, İsmayılova Samaya Nurəli qızının bank qarşısında olan öhdəliklərini öz üzərimə götürmüşdür. Belə ki, İsmayılova Samaya Nurəli qızı 12 oktyabr 2017-ci il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-dən kredit götürmüş, o, 09 iyul 2018-ci ildə öldüyündən onun Banka 027R********** saylı kredit razılaşması üzrə 10 927 manat və 027R********** saylı kredit razılaşması üzrə 12 677 manat kredit borcu yaranmışdır. İsmayılova Samaya Nurəli qızı 09 iyul 2018-ci ildə öldükdən sonra onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 4-də yerləşən, 18 saylı fərdi yaşayış evi oğlu X4 və əri Cavabdeh Mahmoud tərəfindən miras payı kimi qəbul edilmiş və onların mülkiyətinə keçmişdir. İsmayılova Samaya Nurəli qızma məxsus əmlak hüquqları (miras aktivi) X4 və əri Cavabdeh Mahmouda keçdiyindən, İsmayılova Samaya Nurəli qızına məxsus vəzifələri də (miras passivi) X4 və əri Cavabdeh Mahmouda keçmiş, məhz bu səbəbdən "xxxx" QSC İsmayılova Samaya Nurəli qızının kredit borcuna görə onun mirası qəbul etmiş vərəsələrinə - X4 və əri Cavabdeh Mahmouda və zamin qismində isə ona qarşı məhkəmədə iddia qaldırmış, yaranmış kredit borcunun iddiaçıdan tutulmasını tələb etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)-1636/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970,76 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, 027R********** saylı kredit razılaşması üzrə 7118,37 manat məbləğində kredit borcu, 2163,36 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimənin tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra o, zamin kimi Banka müraciət edərək, əsas borcluların öhdəliklərinin yerinə yetirilməsi üçün Banka 8000 manat ödənilməsi barədə bankla razılıq əldə etmiş, bundan sonra o, "xxxx" QSC-yə 8000 manat məbləğində pul vəsaiti ödəyərək, banka olan borcu bağlamış, artıq "xxxx" QSC-nin əsas borclulara qarşı heç bir tələbi qalmamışdır. Belə olduqda isə Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zamin kimi "xxxx" QSC-nin həmin öhdəlik üzrə hüquqları iddiaçının kreditorun tələbini ödədiyi həcmdə ona keçmişdir. Yəni o, "xxxx" QSC-nin əsas borclulara qarşı olan tələbi 8000 manat həcmdə icra etdiyinə görə, onun həmin məbləğdə pul vəsaitini əsas borclulardan tələb etmək hüququ yaranmışdır. Bununla əlaqədar İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)-1636/2020 saylı qətnaməsinə əsasən "xxxx" QSC-yə ödədiyi 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh Mahmouddan tutulmasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməklə cavabdehə qarşı tələb hüququ əldə etdiyindən, maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hazırkı tələbi əsaslı olmaqla, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh əvəzinə 027R********** saylı kredit razılaşması üzrə və 027R********** saylı kredit razılaşması üzrə zamin kimi Banka 8000 manat məbləğində ödənilmiş pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 027R********** saylı kredit razılaşması üzrə və 027R********** saylı kredit razılaşması üzrə zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 8000 (səkkiz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-75/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-75/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver