Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-757/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə müraciət edərək, onun ölümü haqqında 23 iyul 1970-ci ildə 271 № akt qeyd tərtib olunmuş ölüm haqqında Sultanov X8 1963-cü ildə verilmiş texniki passportda fərdi yaşayış evinin Sultanov X10 kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, 1963-cü ildə verilmiş texniki passportda 23 iyul 1970-ci ildə vəfat etmiş Sultanov X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, atası rəhmətə gedəndən sonra hər iki valideynini itirdiyi səbəbdən onda evdə qalmış sənədlərdən görünür ki, yaşadığı ünvan babası Sultanov X8 adına texniki passport 1963- cü ildə qeydiyyata alınmış, qeydiyyat zamanı Məmməd sözünün yerinə Namaz yazılmışdır. Halhazırda 1 saylı Daşınmaz Əmlak Register Xidmətinə müraciət etsə də, babasının adına olan texniki passportda babasının adında olan nasazlıq buna imkan vermir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı tərəf – Azərbaycan Respublikası DƏDRX-nın Bakı şəhər Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi babası Sultanov X8 olmuş və sonuncu 1970-ci ildə vəfat etmişdir. Sonuncunun adına olmuş texniki passportda atasının adı adı səhvən Məmməd sözünün yerinə Namaz kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Belə ki, İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sultanov X8 23 iyun 1970-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 7 saylı Notariat Ofisinin X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmışç 29 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilir ki, 23.06.1970-ci il tarixdə ölmüş Sultanov X6istifadəsində olan evin texniki pasportunda Sultanov X10, digər sənədlərdə isə (ölüm haqqında şəhadətnamədə) Sultanov X10 qeyd edilmişdir. Aparılılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Sultanov X8 ilə Sultanov QədimƏli namaz Əli oğlu eyni şəxsdir və mərhumun yeganə varisləri Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin 26.01.2022-ci il tarixli Bildirişindən görünür ki, hüquq sahibi Sultanov X3 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı təqdim olunmuş sənədlərdə mərhumun ata adında uyğunsuzluq mövcüddur. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və iş materialları ilə təsdiq olundu ki, 1963-cü il tarixli Texniki Pasportu 23 iyun 1970-ci il tarixdə vəfat etmiş Sultanov X5 verilmiş və sonuncuya məxsus olmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1963-cü il tarixli Texniki Pasportun 23 iyun 1970-ci il tarixdə vəfat etmiş Sultanov X5 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-757/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-757/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver