Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-761/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “borun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi
1. İddiаçı İddiaçı Cavabdeh (bundan sonra Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ın, xx.xx.2023-cü il tarixində tərtib olunmuş “İtirilmiş qazın dəyərinin hesablanması və ödənilməsi haqqında” qərarın ləğv olunması, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********00053) qanunsuz hesablanmış 1399.68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırılması.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanı üzrə Cavabdeh İB-nin **********00053 saylı kodu ilə abonentdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurluq barədə dərhal Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-yə oğurluq barədə məlumat vermiş və onlar tərəfindən xx.xx.2023-cü il tarixdə oğurlanmış sayğac barədə akt tərtib olunmuş və 3 iş günü müddətində yeni qaz sayğacı quraşdırılacağı bildirilmişdir. Lakin həmin müddətə yeni qaz sayğacı quraşdırılmadığına görə Cavabdeh İB-nin işçiləri ona müvəqqəti sayğacsız qazdan istifadə etməyə icazə vermişlər. Yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış və ******* nömrəli akt tərtib olunmuşdur. Bu günlərdə ona məlum olmuşdur ki, üzərinə 1399.68 manat borc hesablanıb. Hazırda üzərinə qoyulan borcun yaranmasının səbəblərini araşdırarkən ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin işçiləri tərəfindən onun ünvanında “Təbii qazın uçotu və təbii qazın istifadə qaydalarına riayət olunmasının yoxlanılması və təbii qazın istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta baxış keçirilən zaman aşkar olunmuş nöqsan kimi “Mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” qeyd olunmuşdur. Akta qaz borusuna müdaxilə yerinin və sayğacın fotoşəkili əlavə olunmuşdur. Baxışın onun iştirakı olmadan keçirildiyinə baxmayaraq, aktda qeyd olunmuşdur ki, guya o, imza etməkdən imtina etmişdir. Bu ağ yalandır. ”Azəriqaz” İB-nin işçiləri tərəfindən saxtakarlığa yol verilərək qanunsuz olaraq onun üzərinə cərimə qoyulmuşdur. Bu absurd bir haldır. Cavabdeh İB-nin işçilərinin qanunsuz hərəkətləri nəticəsində o, ziyan çəkir. Məhkəmənin nəzərini Cavabdeh İB-nin işçilərinin saxtakar hərəkətlərinə cəlb etmək istəyir. Belə ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin işçiləri tərəfindən tərtib olunmuş, lakin ona əlavə edilmiş fotoşəkillər xx.xx.2023-cü il tarixdə çəkilmişdir, yəni sayğacın oğurlandığı dövrdə çəkilmişdir. xx.xx.2023-cü il tarixdən ünvanında qaz sayğacı olmasına baxmayaraq, nədənsə qaz sayğacının yox, ünvanında olan elektrik enerjisinə aid sayğacın fotoşəkli akta əlavə edilmişdir. Bu nə dərəcədə düzgündür? Bu Cavabdeh İB-nin işçilərinin saxtakar əməllərinin nəticəsidir. O, sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. Qazdan sayğacsız cəmi 10 gün, yeni sayğac quraşdırılana qədər Cavabdeh İB-nin işçilərinin razılığı ilə istifadə etmişdir, çünki sayğacı oğurlanmışdır. Yeni sayğac quraşdırılanda işçilər bunu görmüş və ona heç bir irad tutmamışlar, çünki özləri ona icazə vermişlər. xx.xx.2023cü il tarixdə tərtib olunmuş “Oğurlanmış sayğac barədə” aktda göstərilmiş 3 iş günü müddətində ünvanına yeni qaz sayğacı quraşdırılsaydı, hazırki qondarma hal da olmazdı. Üzərinə qoyulmuş borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişdir.
İddia tələbinin azaldılması.
3. Daha sonra iddiаçı İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********00053) qanunsuz hesablanmış 1399.68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinə etiraz.
4. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlanmış, iddia əsassız olduğu üçün məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir.
İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar.
5. Cavabdeh iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən çıxarılmış təbii qazdan istifadən qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00053 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1399.68 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh İB ilə abonent İddiaçı arasında xx.xx.2023-cü il tarixində 12/4964 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Belə ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00053 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4T mexaniki markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (iddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt araşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 11664 m3 təşkil etmişdir. Hesablanmış 1399.68 manat məbləğində dəymiş ziyan 2023-cü ilin avqust ayından abonentin koduna yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq, bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçıların təqsirli hərəkətləri (hərəkətsizliyi)), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00053 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan, itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni Cavabdeh İB və iddiaçı arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. “Qaz paylaycısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” bağlanmış xx.xx.2023-cü il tarixli, 12/4965 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB (paylayıcı) Zamin Mehrəliyev şəxsindən bir tərəfdən İddiaçı (istehlakçı) şəxsində digər tərəfdən Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli, “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq müqavilə şərtlərinə uyğun olaraq müqavilə bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 2 il müəyyən edilmişdir.
9. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-13-54-1/2-R-5205/11/23 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə AR-nın DİN-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmiş, həmin tarixdə yaşadığı ünvanın “**********00053” nömrəli abonent kodlu qaz sayğacının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını qeyd etmişdir. Daxil olmuş müraciətlə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-də araşdırma aparılır.
11. İddiaçı tərəfindən Cavabdeh İB-nin Baş direktoruna xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, İddiaçı ********** nömrəli qaz sayğacının oğurlandığını, ünvana baxış keçirilərək invertar akt tərtib edilməsini xahiş etmişdir.
12. BQRSD “Müştəri xidməti” şöbəsinin təmsilçisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, “Oğurlanmış sayğac barədə” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus sayğacın (abonent kodu **********00053, sayğac nömrəsi **********4) itməsi və ya oğurlanması barədə təqdim olunan sənəd kimi Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin № 3-13-54-1/2-R-5205/4/23 saylı arayışı qeyd olunmuşdur. “İstehlakçı” tərəfindən daxil olmuş müraciət əsasında “Təchizatçı” tərəfindən müvəqqəti olaraq 3 (üç) iş günü müddətinə yeni qaz sayğacının quraşdırılması və təbii qaz təhcizatı müvafiq qaydada təmin edilir.
13. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Aktda istehlakçının (İddiaçı) imza etməkdən imtina etməsi qeyd edilmişdir.
14. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 11664 m3 təşkil etmişdir.
İşin faktiki halları.
15. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı oğlunun abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə edilməsinə dair akt tərtib edilmiş və 1399.68 manat məbləğində borc hesablanmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (xx.xx.2022-ci il tarixdə 13-cü maddəyə yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir.)
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. .5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. (xx.xx.2023-cü il tarixdə 6-cı maddəyə yeni məzmunda 6.5- ci hissə əlavə edilmişdir.)
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
21. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hаllаrındаn göründüyü kimi, Cavabdeh İB tərəfindən sayğacdankənar, qeyri-qanuni istifadə edilməsinə dair akt tərtib edilmiş və iddiaçıya 1399.68 manat məbləğində borc hesablanmışdır.
23. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödəməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi məhkəmənin və ya inzibati orqanın qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilməlidir.
24. Halbuki yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...
25. Göründüyü kimi, yalnız sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirinı təsdiq edən belə bir sübut təqdim edilməmişdir.
26. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verən iddiaçı 10 gün ərzində təbii qazdan qanunsuz istifadə etdiyini qəbul etmişdir. Belə olan halda iddiaçının təbii qazdan 10 gün qanunsuz istifadə etdiyi sübut edilmiş hesab edilməli, həmin 10 gün üçün istehlak olunmuş qazın dəyəri iddiaçıdan tutulmalıdır.
27. İddiaçı aid abonent saldosundan 1 ədəd qaz plitəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd qızdırıcı radiator peçi qeydə alındığı görünür. Belə olan halda məhkəmə cihazların təyinatına və istifadə edilməsinİ nəzərə alıb hesab edir ki, hesablama qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi 12 saat, su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat əsas götürülməklə aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində də 10 günlük müddət üçün istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri qaz plitəsi üzrə (1,2 x 12 saat x 10 gün x 0,12 manat =15,6) 15.6 manat, su qızdırıcısı üzrə (1,5 x 12 saat x 10 gün x 0,12 manat =19.2) 19.2 manat cəmi (15,6 + 19.2= 34.8) 34.8 manat təşkil edir.
28. Qeyd edək ki, akt yay aylarında tərtib olunmuşdur və qızdırıcı radiator peçinin yay aylarında istifadə olunması istisna olundğundan, həmin cihazla bağlı itirilmiş qazın dəyərinin hesablanması da istisna olunur.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən (1399.68 manat - 34.8 manat = 1364.88) 1364.88 manat məbləğində cərimənin silinməsi ilə bağlı hissədə təmin edilməli, qalan hissədə isə rədd olumalıdır. Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1364.88 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı akta görə hesablanmış 1364.88 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva