Məhkəmə qərarları › İş №2(010)-792/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-792/2024

24.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-792/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, o, və oğlu X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev * yaşayır. xx.xx.2005-ci il təvəllüdlü oğlu Əli uşaqlıqdan xəstədir, birinci dərəcəli əlildir, diaqnozu “uşaq autizmi, uşaqauitizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə” qoyulmuşdur. Əlillik müddətsiz təyin edilmişdir. Oğluna özü baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, özü özünə qulluq edə bilmir, əqli inkişafı 3-4 yaşında uşaqda olduğu kimidir, fikrini izah edə bilmir, özü oğlunun yeməyini yedizdirir, gigiyena məsələlərini həll edir, hətta indi hansı ilin olmasını da bilmir, ayın tarixlərini, həftənin hansı günü olduğunu, hansı ölkədə yaşadığını və s. bilmir, hətta alt paltarlarını geyinə bilmir. O, xx.xx.2005-ci il təvəllüdlü oğlu Əli üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, Suraxanı rayonu İcra Hakimiyyəti özünün imtina məktubu ilə oğlunun "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirdi. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2005-ci ildə doğulmuş və valideynləri X6 və Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin 30.**.2023-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müqaviləyə dair məlumat verilməsi arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 müddətsiz birinci dərəcəli ümumi xəstəlikdən əlildir. Diaqnozu: Uşaq autizmi, uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli 6*3 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X3 Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin zəif inkişaf etməklə qeyri-aydın olması, autik şəxs kimi Bakı şəhər X* müalicələrdə olması, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, əqli geriliyi, narahatlığı, yerinə düşməyən hərəkətlər etməsi, qeyri-müəyyən hərəkətlər etməsi, səbəbsiz gülməsi, “Uşaq autizmi, Kanner sindromu. Ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, verbal kontakta praktiki olaraq daxil olmaması, ağır dərəcəli ağıl zəifliyi əlamətləri və s.) sübut edir. X3 Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi müəyyən edilir. Göstərilən xəstəlikdən erkən uşaqlıq dövründən əziyyət çəkir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2005-ci il təvəllüdlü X5 Ərizəçi oğludur. Ərizəçinin oğlu xx.xx.2005-ci il təvəllüdlü X3 Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi aşkar olunur. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar