Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-811/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Quliyeva (Bağırova) Leylan Hüseyn qızının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və elektrik enerjisinin verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quliyeva (Bağırova) Leylan Hüseyn qızı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi və elektrik enerjisinin verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixdə tərəflər məhkəmə hazırlıq iclasında iştirak etmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, mülki işin məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 11:30-a keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı Quliyeva (Bağırova) Leylan Hüseyn qızının cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi və elektrik enerjisinin verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Quliyeva (Bağırova) Leylan Hüseyn qızının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və elektrik enerjisinin verilişinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-811/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-811/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver