Məhkəmə qərarları › İş №2(010)-814/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-814/2020

20.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-814/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii X6nın pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və **********20210 saylı abonent X1 qanunsuz olaraq hesablanmış 904 (doqquz yüz dörd) manat borcun (pulun) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh əməkdaşları onun iştirakını təmin etmədən və rəsmi xəbərdarlıq etmədən yaşadığı bağ evinə quraşdırlmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Eyni zamanda təbii X6nın pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bu azmış kimi cərimə edildiyi və 904 (doqquz yüz dörd) manat borcunun olduğu bildirilmişdir. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bildirir və həmin əməkdaşların sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda deşiyin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan suiistifadədir. Quraşdırılan sayğac elektron tipli sayğacdır və kartın balansına nə qədər pul yüklənirsə o qədər də təbii qaz işlədilir. Yəni kartın balansına 5 manat yükləyirsə, 5 manatlıq da təbii qaz işlədir. Kartın balansında qaz qurtardıqda avtomatik olaraq təbii qazın verilməsi dayanır. Sayğaca müdaxilə etməklə nə təbii qazın verilməsi bərpa olunur, nə də kartın balansına pul yüklənmir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Eyni zamanda bildirir ki, abonent kimi onun atası X2 qeyd olunsa da, həmin ünvanda o yaşayır və onun atası 2006-cı ildə vəfat etmişdir. Bundan başqa ona məxsus olan evdə yalnız 1 ədəd kombidən və 1 ədəd dördgöz qaz plitəsindən istifadə olunur. Abonent saldosunda isə onun guya 4 ədəd qaz cihazlarından istifadə etməsi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı yaşadığı mənzildə “X6”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən onun tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 896.40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin məbləğ isə abonent saldosunda qeyd olunmuş qaz cihazlara əsasən hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacın giriş vintilin arxasını açıb rezin boru ilə birləşdirmiş, sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən olunur ki, abonent X1 məxsus ünvan 1 mənzil 21 ünvanında quraşdırılmış sayğaca əsasən 896.40 manat borc yaranmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspretiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş 10/2062 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan təbii X6nın pozulması haqqında akta əsasən ünvan 1 mənzil 21 ünvanında yerləşən yaşayış evini təbii qazla təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Aktın mötəbərliyinə məhkəmə tərəfindən qiymət verilə bilər. xx.xx.2020-ci il tarixli, 10/2062 saylı vəsatət təmin edilmədiyinə görə Cavabdeh İB-nə vurulmuş ziyan müəyyən edilmədiyinə dair sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və atası X2, anası isə X4r. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 5-ci bəndinə əsasən Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı oğluna məxsus ünvan 1 21 saylı evdə qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 896.40 manat məbləğində Cavabdeh İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh İB-nin əməkdaşları dəymiş ziyanı mövcud vəziyyətdə evdə quraşdırılmış qaz cihazlarına deyil, abonent saldosunda qeyd olunmuş qaz cihazlarına uyğun hesablamışlar. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq iddiaçı tərəfindən evdə istifadə olunan 2 ədəd qaz cihazına görə hesablanmış məbləğ (972x0.20=194.40) çıxılmaqla, yerdə qalan (896.40-194.40)702 manat borc Cavabdeh İB-yi tərəfindən silinməlidir. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat Cavabdehndən alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 mənzil 21 ünvanında yaşayan abonent (kod **********20210) İddiaçı tələb olunan 702 (yeddi yüz iki) manat borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat Cavabdehndən alınaraq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar