Məhkəmə qərarları › İş №2(010)-816/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-816/2021

07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-816/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “xxxx” ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Suraxanı rayonu “xxxx” ASC tərəfindən yazılan 275.11 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dekabr 2019-cu il tarixində onun adına elektrik işığına görə 275.11 manat məbləğində borc yazılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mənzilə məxsus pilləkən meydançasında quraşdırılmış köhnə elektrik sayğacına “xxxx” ASC-nin Suraxanı RETSİ-nin əməkdaşları tərəfindən 2019-cu ilin dekabrında (onun iştirakı olmadan) baxış keçirilmiş, elektrik sayğacının ekranının oxunulmadığı əsas götürülərək akt tərtib edilmişdir. Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin əməkdaşları tərəfindən akta əsasən sayğac yenisi ilə əvəz olunaraq 275.11 manat məbləğində borc yazılmışdır. Mənzildə elektrik cihazları, elektrik lampaları, əşyalar yoxdur. Mənzildə heç kəs yaşamamışdır və hazırda da yaşamır. Bunu qonşular da təsdiq edə bilər. O, ikinci dərəcəli əlildir və uzun müddətdir ki bacısının yanında yaşayır. Elektrik işığına görə borc 13.09.2016-cı il tarixində elektrik işığı tariflərinin dəyişilməsi zamanı 3.50 manat yazılmış, ondan başqa borc olmamış, o bunu hər dəfə kompüter vasitəsi ilə yoxlamışdır. 11.11.2016-cı il tarixindən 27.12.2019-cu il tarixə qədər mənzilin elektrik sayğacının göstəriciləri “xxxx” ASC-nin əməkdaşları tərəfindən oxunulmamış, bildirişlər verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının X2yə görə heç bir borcu olmamış, üç il ərzində cavabdeh orqan tərəfindən bir dəfə olsun bununla bağlı bildiriş göndərilməmişdir. Əksinə, o, daim borc məbləğini kompüter vasitəsilə izləmiş, borcunun olmadığını dəqiq bilmişdir. Onun yalnız 3.50 manat borcu olmuşdur ki, bu borc da 2016-cı ildə tarif dəyişdiriləndə yaranmışdır. Cavabdeh orqanın əməkdaşları 2019-cu ilin dekabrında özbaşlarına sayğacı onların xəbəri olmadan söküb aparmış, sonra sayğaca baxış keçirərək guya 275.11 manat borc olduğunu müəyyən etmişlər. Halbuki, X2yə görə onların heç bir borcu olmamış, bu məbləğ əsassız olaraq hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya akta görə hər hansı borc hesablanmayıb. Borc X2yə görə hesablanmış sərfiyyat borcudur. Bu borc 2021-ci ilin fevral ayının 4-nə qədər yığılmış məbləğdir. Bu məbləğin 14.75 manatı 2015-ə qədər, 260.36 manatı isə 2015-dən sonra hesablanmışdır. İddiaçı tərəfindən X2yə görə 2005-ci ildən etibarən ödənişlər olsa da bu ödənişlər 2015-ci ildən dayanmışdır. Eyni zamanda, dəbbə pulu və limitdən artıq istifadə üçün də pul hesablanmışdır. Hesablanmış borc qanuni şəkildə sərfiyyata uyğun hesablandığından silinməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş müraciətin araşdırılmasının yekun nəticəsi barədə 16.09.2020-ci il tarixli məktubda qeyd edilir ki: "…Qeyd edilən ünvanda yerləşən 5 nömrəli mənzilin elektrik enerjisi təchizatı “xxxx” ASC-nin balans və xidmətində olan 6/0,4 kV-luq 1682 saylı transformator məntəqəsinin (TM) 0,4 kV-luq PQ-dan çəkilmiş kabel xətti vasitəsilə yerinə yetirilir. Elektrik enerjisi hesabatı pilləkən meydançasında quraşdırılmış Makel markalı, 17050153 zavod nömrəli, dövlət möhürü 268905, alt qapaq möhürü ******* olan hesablaşma elektrik sayğacı vasitəsi İlə aparılır və “xxxx” ASC-nin kompüter məlumat bazasında **********40005 nömrəli abonent kodu ilə İddiaçı adına qeydiyyata alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mənzilə məxsus köhnə (pilləkən meydançasında quraşdırılmış Makel markalı, 13225527 zavod nömrəli, dövlət möhürü 173449) elektrik sayğacına “xxxx” ASC-nin Suraxanı RETSİ-nin əməkdaşları tərəfindən 18.12.2019-cu il tarixində baxış keçirilmiş, elektrik sayğacının ekranının oxunmadığı əsas götürülərək 165798 nömrəli akt tərtib olunmuşdur. Həmçinin aktın qeyd hissəsində bildirilmişdir ki, mənzildə uzun müddətdir yaşayış yoxdur. Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən akta əsasən 20.12.2019-cu il tarixində sayğac yenisi ilə əvəz olunaraq bu barədə ******* nömrəli protokol tərtib edilmiş, çıxardan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “xxxx” ASC-nin laboratoriyasının 27.12.2019-cu il tarixli 165885 nömrəli protokolunda sayğacın qırmızı möhürünün normal olduğu, faza xəttinin giriş yuvasında yanma izinin olduğu, “HATA” yazısının işıqlandığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Laboratoriyanın rəyini nəzərə alaraq, 13225527 zavod nömrəli sayğacın göstəricisinin 05276 olduğu əsas götürülərək abonentin hesabına 275,11 manat məbləğində borc yazılmışdır. Mənzilə məxsus abonent haqqında cədvəlin təhlili zamanı məlum olmuşdur ki, 11.11,2016-cı il tarixindən 27.12.2019-cu il tarixinə qədər mənzilin elektrik sayğacının göstəricisi “xxxx” ASC-nin əməkdaşları tərəfindən oxunmamışdır. Belə ki, 17050153 zavod nömrəli elektrik sayğacı quraşdırılan vaxtdan, yəni 20.12.2019-cu il tarixindən bu günə qədər mənzilin elektrik enerjisi sərfiyyatı sıfırdır. Sayğacın laboratoriyada yoxlanılması zamanı vətəndaşın iştirakı təmin edilməmiş və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.6-cı bəndinin tələbi pozulmuşdur. Həmin bəndin tələbinə əsasən, hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə 'araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, abonentin hesabına yazılmış 2626 kVts elektrik enerjisi sərfiyyatının hesabatına “X2 Qaydaları”nın 8.16-cı bəndinin tələbinə uyğun olaraq yenidən baxılması üçün “xxxx” ASC-yə 28.04.2020-ci il tarixli AERA-18-765/20 nömrəli məktub ünvanlanmış, bu barədə Sizə 28.04.2020-ci il tarixli AERA-18-766/20 nömrəli məktubla məlumat verilmişdir. Lakin sözügedən məktuba müəyyən səbəblərdən cavab verilmədiyi üçün yenidən “xxxx” ASC-yə 17.08.2020-ci il tarixli AERA-18-1436/20 nömrəli məktub ünvanlanmışdır. “xxxx” ASC tərəfindən verilmiş 02.09.2020-ci il tarixli 0199/1954 nömrəli cavab məktubunda **********40005 saylı kod ilə qeydiyyatda olan mənzilin abonent dövriyyəsinin təhlil olunduğu, 27.12.2019-cu il tarixinə elektrik sayğacının “5276” göstəricisinə əsasən yaranmış 275,11 manat debitor borcun reallığının Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 27.12.2019-cu il tarixli 165885 saylı protokoluna əsasən təsdiq edildiyi bildirilmiş və kompüter məlumat bazasında silinmə aparılmamışdır. ünvan 1 ünvanında yerləşən abonent haqqında məlumat cədvəlindən görünür ki, abonentə 27.12.2019-cu il tarixdə 183.82 manat X2yə görə borc hesablanmışdır. Həmin cədvələ əsasən, abonentin 27.12.2019-cu il tarixdən 04.02.2021-ci il tarixə qədər borcu olmamışdır. Eyni zamanda, 27.12.2019-cu il tarixdə limitdən artıq sərfiyyata görə 91.29 manat məbləğində borc hesablanmışdır. Beləliklə, 27.12.2019-cu il tarixdə abonent İddiaçı hesablanmış borc 275.11 (183.2+91.29) manat təşkil etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin pilləkən meydançasında quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, elektrik sayğacının ekranının oxunmadığı əsas gətirilərək akt tərtib edilmişdir. Bundan sonra, 20.12.2019-cu il tarixdə sayğac yenisi ilə əvəz edilmiş, çıxarılan köhnə sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “xxxx” ASC-nin laboratoriyasının 27.12.2019-cu il tarixli protokolunda sayğacın qırmızı möhürünün normal olduğu, faza xəttinin giriş yuvasında yanma izinin olduğu, “hata” yazısının işıqlandığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Laboratoriyanın rəyi nəzərə alınaraq abonentin hesabına 275.11 manat məbləğində borc yazılmışdır. Müəyyən edilmişdir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 11.11.2016-cı il tarixdən 27.12.2019-cu il tarixinə qədər elektrik sayğacının göstəricisi oxunmamış, yalnız 27.12.2019-cu il tarixdə əvvəlki dövr üçün X2yə görə 183.2 manat, limitdən artıq sərfiyyata görə 91.29 manat olmaqla, cəmi 275.11 manat borc hesablanmışdır. Yeni elektrik sayğacı quraşdırıldıqdan sonra mənzilin enerji sərfiyyatı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus mənzildə X2yə görə hesablanmış 275.11 manat borc əsassız olmuşdur. Çünki bu borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın tələblərini pozmaqla hesablanmışdır. Belə ki, bu Qaydaların: 7.6-cı bəndinə əsasən, ... İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya əsassız yerə borc hesablanmışdır. Belə ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 11.11.2016-cı il tarixdən 27.12.2019-cu il tarixinə qədər elektrik sayğacının göstəricisi oxunmamış, heç bir borc hesablanmamış, elektrik enerjisindən isifadəyə görə iddiaçıya heç bir bildiriş təqdim edilməmiş, yalnız 18.12.2019-cu il tarixdə sayğaca baxış keçirilmiş, sayğacın ekranının oxunmadığı əsas gətirilərək akt tərtib edilmiş, sayğac sökülərək yenisi ilə əvəz edilmiş, köhnə sayğac laboratoriyaya göndərilmiş, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, abonentin hesabına sərfiyyat, eləcə də limitdən artıq sərfiyyat adı ilə 275.11 manat borc hesablanmış, bütün bu proseslər istehlakçının iştirakı və məlumatı olmadan baş vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, bu proseslərin hamısı özbaşına, istehlakçının iştirakı olmadan keçirildiyinə görə yuxarıda qeyd edilən “X2 Qaydaları”nın tələbləri pozulmuşdur. Digər tərəfdən, cavabdeh orqan üç il ərzində sayğacın göstəricisini oxumadığına, heç bir hesablaşma aparmadığına görə də pozuntuya yol vermiş, üç il sonra yarasız olduğunu müəyyən etdiyi sayğacın göstəricilərinə əsasən istehlakçıya əvvəlki dövr üçün sərfiyyata və limitdən artıq sərfiyyata görə əsassız borc hesablamaqla iddiaçının istehlakçı kimi hüquqlarını pozmuşdur. Üstəlik, sayğacın yararsız vəziyyətə düşməsinə görə cavabdeh orqan istehlakçını təqsirli bilməmiş, bununla bağlı akt tərtib etməmiş, dəymiş zərər hesablamamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də borcun akta görə dəymiş zərər kimi yox, sərfiyyat borcu kimi hesablandığını vurğulamışdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən, bu bəndin tələbləri çərçivəsində elektrik enerjisi sərfiyyatı hesablanmalı olduğu halda bu tələb pozulmuş, tamamilə əsassız olaraq istehlakçıya 275.11 manat məbləğində borc hesablanmışdır. Bütün bu qeyd edilənlər şübhəsizdir, çünki qeyd edilən pozuntulara yol verilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş müraciətin araşdırılmasının yekun nəticəsi barədə məlumatda da öz əksini tapmış, əlavə olaraq məlumatda qeyd edilmişdir ki, bu pozuntular barədə “xxxx” ASC-yə məlumat verilmiş, “xxxx” ASC tərəfindən 02.09.2020-ci il tarixli cavab məktubu göndərilmiş, məktubda qeyd edilmişdir ki, 27.12.2019-cu il tarixinə elektrik sayğacının göstəricisinə əsasən yaranmış 275.11 manat debitor borcun reallığı Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 27.12.2019-cu il tarixli protokoluna əsasən təsdiq edilir və kompüter bazasında silinmə aparılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı məxsus mənzildə X2yə görə 275.11 manat borc hesablanması əsassız olmuş və istehlakçının hüquqlarını pozmuşdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək istehlakçıların hüquqlarından biridir. Bu Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir; istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prоsessuаl Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 275.11 manat (iki yüz yetmiş beş manat on bir qəpik) borc onun hesabından silinməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 275.11 manat (iki yüz yetmiş beş manat on bir qəpik) borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar