Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-861/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əlavə edilmiş siyahının “*726. Babək Səməd oğlu 0,*0” hissədə (arxiv kitabının 42-ci səhifəsinin 20-ci sətri) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin ləğv olunmuş X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Ərizəçi fərdi yaşayış evin tikintisi üçün 2-*726 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ərizəçiyə faktiki yerində təhvil verilmiş və 20 ildən çoxdur ki, həmin torpaq sahəsi istifadəsindədir. Ayrılmış torpaq sahəsinə qanuni əsaslarla əldə etdiyi hüququ Dövlət Reyestrində qeydə alınması üçün tələb olunan adı çəkilən 2* may 2003-cü il tarixli 28 saylı əmr və həmin əmrlə əlaqəli (sərəncam, torpaq sahəsinin cizgi-sxemi və s.) sənədləri təsdiqlənmiş arxiv nüsxələrinin verilməsi barədə sorğuya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 verdiyi 2*.*2.2023-cü il tarixli cavabında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 2-*726 saylı həyatyanı torpaq sahəsinin X7 ayrıldığının müəyyən edildiyini qeyd etmiş və sorğuda qeyd olunan məsələnin həlli məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Nəticədə məlum olmuşdur ki, ərizəçi - Ərizəçi ayrılmış torpaq sahəsi ilə bağlı əmrdə sıra ilə qeyd edilən şəxslərin soyadı *-ci sətrdə “Tağıyev” qeyd edilmiş, sonrakı sıralarda gələn şəxslərin adlarından əvvəl xətt çəkilib, adı və ata adı qeyd edilmişdir. Ərizəçinin də ad və ata adının qabağında xətt qoymaqla “ ” Babək Səməd oğlu kimi yazılmışdır. Bu da oxşar olaraq, sonrakı sıralarda qeyd olunan şəxslərin soyadının, *-ci sırada qeyd olunan soyad “Tağıyev” olduğu anlamına gəlir. Buna da səbəb həmin əmrdə qeyd olunan digər ailə üzvlərinin soyadı Tağıyev olduğundan, texniki olaraq ərizəçinin soyadında “Tağıyev” kimi yazılmışdır. Həmin əmri vermiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) ləğv edildiyindən, hazırda mövcud olmadığı baxımından, onun tərəfindən adı çəkilən əmrdə düzəliş edilməsi mümkün deyildir. Lakin adı çəkilən əmrin, şəxsən ərizəçiyə mənsubluğu faktın müəyyən edilməsi vacibdir və bu məhkəmə qaydasında mümkündür. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7 may 2003-cü il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, aşağıdakı siyahıda qeyd olunan X3 işçilərinə və vətəndaşlara 0,*0 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılsın. *726. X*0 0,*0 Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 2* may 2003-cü il tarixli, 28 saylı əmrindən görünür ki, Kənd X* Təşkilatı Komitəsinin *7 may 2003-cü il tarixli 02 saylı protokolundan çıxarışa əsasən siyahıda adları göstərilən X3 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,*0 ha torpaq sahəsi ayrılması əmr edilmişdir. Siyahı əmrə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi İctimai-Siyası sənədlər arxivinin 25.*0.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 ( keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 2-*726 saylı həyətyanı torpaq sahəsinin X7 ayrıldığı müəyyən edilmişdir. Təqdim olunan şəxsiyyət vəsiqəsində Ərizəçi qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi məxsus olması faktını müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunur. 03.*0.*963-cü il tarixli AZ N 542407 saylı ərizəçinin atasına məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *5.**.*945-ci ildə Naxçıvan şəhəri Noraşen rayonu Şaxtaxtı kəndində doğulmuşdur. *0.*2.*95*-ci il tarixli İE N 64773* saylı ərizəçinin bibisinə məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *0.**.*95*-ci ildə Naxçıvan şəhəri Noraşen rayonu Şaxtaxtı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 28 saylı, 2* may 2003-cü il tarixli əmrindən çıxarışından görünür ki, X4 *725 nömrəli həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 işçisi kimi istifadəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq istədikdə aidiyyəti orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Buna səbəb torpaq sahəsi ayrılan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrində fərdi mənzil tikintisi üçün 2-*726 saylı həyatyanı torpaq sahəsinin ayrıldığı şəxslə (X*0) Ərizəçi adı arasında uyğunsuzluq olması olmuşdur. Hazırda ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əlavə edilmiş siyahının “*726. Babək Səməd oğlu 0,*0” hissədə (arxiv kitabının 42-ci səhifəsinin 20-ci sətri) ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 işçisi olmuşdur və ona işçi kimi siyahıda *726 nömrə ilə qeyd edilmiş 0,*0 ha torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsi ayrılan işçilərin siyahısında 2-*726 saylı həyatyanı torpaq sahəsinin X7 ayrıldığı qeyd edilmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin müəssisənin işçisi kimi məhz Ərizəçi ayrılmış olması iş materiallarından aşkar görünür. Belə olan halda məhkəmə müvafiq siyahıda ərizəçinin soyadının düzgün qeyd edilmədiyi nəticəsinə gəlir. Məhkəmə həmçinin müəyyən edir ki, ərizəçi tələbini onunla əsaslandırır ki, siyahıda onunla yanaşı qohumlarına da torpaq sahəsi ayrılmış, siyahıda onun adından yuxarıda bibisi X5 da torpaq sahəsi ayrılmışdır. Yəni ki, siyahını tərtib edən şəxs ərizəçinin də digər torpaq sahəsi ayrılanlarla qohumluq əlaqəsi baxımından soyadlarının eyni olmasını zənn edərək ərizəçinin də soyadını Tağıyev kimi qeyd etmişdir. İş materiallarına əlavə edilmiş ərizəçinin bibisi X5 məxsus doğum haqqında şəhadətnamənin surətindən də məlum olur ki, soyadı əvvəllər Mahmudova olmuş, sonradan Tağıyeva kimi dəyişdirmişdir. Bundan başqa 28 saylı, 2* may 2003-cü il tarixli əmrdən çıxarışa əsasən məhkəmə müəyyən edir ki, X4 *725 nömrəli həyətyanı torpaq sahəsi ayrılmış, halbuki siyahıda da həmin şəxsin də soyadı səhvən Tağıyev kimi qeyd edilmişdir. Bununla yanaşı məhkəmə müəyyən edir ki, ərizəçiyə ayrılmış 0,*0 ha torpaq sahəsi hazırda onun istifadəsindədir. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən müvafiq quruma müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu 2* may 2003-cü il tarixli, 28 saylı əmri və ona əlavə edilmiş siyahı hüquq müəyyən edən sənəddir. Belə ki, həmin sənədlər əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Hətta ərizəçi bunun üçün müvafiq orqana müraciət etmiş, siyahıdakı ad uyğunsuzluğuna görə onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əlavə edilmiş siyahının “*726. Babək Səməd oğlu 0,*0” hissədə (arxiv kitabının 42-ci səhifəsinin 20-ci sətri) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 357 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əlavə edilmiş siyahının “*726. Babək Səməd oğlu 0,*0” hissədə (arxiv kitabının 42-ci səhifəsinin 20-ci sətri) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-861/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-861/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver