Məhkəmə qərarları › İş №2(010)-87/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-87/2022

10.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-87/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "bağ evi və torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun verilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Naib oğluna qarşı "özbaşına qoyulmuş darvazanın sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh qanunsuz tikinti aparmaqla iddiaçıya məxsus bağ sahəsinin avtomaşınla giriş-çıxış yolunu bağladığı üçün həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsi. Qarşılıqlı iddia tələbi Qarşılıqlı iddiaçının istifadəsində olan bağ sahəsində qanunsuz özbaşına qoyulmuş darvazanın sökülməsi. İddia tələbinin dəlilləri İlkin iddia üzrə Cavabdeh 15 ildən çoxdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Abşeron» bağçılıq-yoldaşlığına məxsus sahədə qanunsuz tikdiyi bağ evində yaşayır. İddiaçı isə 15 ildən çoxdur ki, DİN-in əməkdaşı olaraq ona ayrılmış 46 saylı bağ evində yaşayır. Ona məxsus bağ evində yaşamasını həm qonşuları, həm də uzun illər xidmət göstərdiyi Daxili İşlər Nazirliyinin digər əməkdaşları təsdiq edə bilərlər. Eləcə də işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki "Abşeron" bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri verilmiş bağçılıq üzvlərinin xx.xx.2011-ci il tarixli Siyahısında 41-ci sırada 621 kv.metr ölçüdə göstərilmişdir. Həmin bağ sahəsi tərəfindən özəlləşdirilmiş və ona DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da verilmişdir. Lakin Cavabdeh adı bu siyahıda yoxdur. Çünki, bu siyahıya yalnız Daxili İşlər Nazirliyinin əməkdaşlarının adları daxil edilmişdir. İddiaçı özü istefada olan polis mayorudur. Onun bağ evinin hasarında avtomaşın yolu üçün dəmir darvaza qoymuşdur. O, bu darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilmir. Onun darvazasının açıldığı yerdə digər hər hansı bağ sahəsi yoxdur və bu bağçılığın cizgi-sxemindən də görünür. Lakin Cavabdeh gözünün qarşısında onun maşın yolunu bilərəkdən kəsərək orada daş hasar tikməyə başlamışdır. O, cavabdehdən qanunsuz tikintidən əl çəkməyi, onun yolunu açmağı tələb etdikdə, yalandan uydurdu ki, guya bu kiçik sahəni ona kənd bələdiyyəsi verib. O, cavabdehə həmin ərazinin bələdiyyə ərazisi olmadığını dəfələrlə izah etmiş, lakin cavabdeh oranı qanunsuz tikib gələcəkdə kiməsə bağ sahəsi kimi satıb qazanc əldə etmək niyyəti olduğundan öz qanunsuz hərəkətini davam etdirdi. O, cavabdehin hərəkətləri barədə Suraxanı RPİ 30-cu polis bölməsinə müraciət etmiş, orada da rəsmi araşdırma aparılmış və torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti olmadığı və ona bu məsələ ilə bağlı məhkəməyə mülki qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubla təsdiq edilmişdir ki, ona məxsus 46 saylı bağın giriş-çıxış darvazası qarşısında qanunsuz hasar tikilmiş və bu hasarın sökülməsi barədə tədbir görülməsi üçün müvafiq orqanlara məlumat verilmişdir. Onun bağ sahəsinə dair verilmiş sənədlərdən- DƏDRX-nin verdiyi RX № ******* saylı çıxarış,torpaq sahəsinin planı və ölçüsü, cizgi-çertyoj və DİN-nin Hövsan qəsəbəsindəki «Abşeron» bağçılıq yoldaşlığının siyahısı aiddir. Həmin siyahıdan görünür ki, 46 saylı bağ sahəsi ona aiddir. Eləcə də bu siyahıda Cavabdeh adı yoxdur. Qarşılıqlı iddia tələbinin dəlilləri Həmin bağ sahəsi Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ayrılmışdır. İddiaçı Naib oğlu xx.xx.2020-ci il tarixdə onun xəstəxanada olmasından istifadə edərək istifadəsindəki mübahisəli nömrəsiz bağ sahəsinin daş hasarında qanunsuz olaraq özbaşına dəmir darvaza qoyaraq onun torpaq sahəsinə giriş-çıxış yolu açmışdır. O, bu hərəkəti ilə onun bağ sahəsi üzərində istifadə və sahiblik hüquqlarını pozmuşdur. Həmin bağ sahəsi onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağlar massivinin qonşuluğunda yerləşir. Bu bağ sahəsindən o, 16 ildən çoxdur ki istifadə edir. Lakin bu bağ sahələrinin arasında terləşən torpaq sahəsi təxminən 200 kv.m. olan onun istifadəsindəki torpaq sahəsinin adı qeyd olunan qərarla heç bir əlaqəsi yoxdur. Bu torpaq sahəsi onun həyat yoldaşı X3 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bələdiyyəsi arasında şifahi razılaşmaya (bağlanmış icarə müqaviləsinə) əsasən öz ailəsinin istifadəsindədir. Arvadı tərəfindən torpaq sahəsindən istifadə edilməsinə görə ildə 22,40 (iyirmi iki manat qırx qəpik) icarə haqqı ödənilir. Özü də hərbi xidmət borcunu yerinə yetirərkən yaralandığı üçün ömürlük 2-ci qrup əlil olmuşdur. O, bir neçə dəfə bu qanunsuz hərəkətlərinə son qoyulması, qonşuluq münasibətlərini gözləməsini ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xahiş etmiş, lakin İddiaçı onlara qarşı öz qərəzli hərəkətlərini davam etdirir, bir keçmiş polis mayoru kimi öz imkanlarından istifadə etməklə onu həbs etdirəcəyi və ya öldürəcəyi ilə hədələyir, onun haqqında müvafiq dövlət orqanlarına qərəzli ərizələr yazdırır. Hər dəflə onu görəndə hədələyib deyir ki, onun təklifinə razı olmasa onun və ailəsinin həyatını çox pis günlər gözləyir. O, bildirir ki, sən kimsəsiz, xəstə adamsan, onsuz da özü öz istəyinə nail olacaqdır. Faktiki olaraq o, hazırda Daxili İşlər və digər hüquq mühafizə orqanlarında fəaliyyət göstərən tanışlarına arxalanaraq onlara hədə-qorxu gəlir, daima onu və ailəsini həyəcan və qorxu içində saxlamaqla öz qanunsuz istəyinə nail olmaq istəyir. Tərəflərin izahatları İlkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Cavabdehin yaşadığı evlə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. Özü 32 ildir ki, bağda yaşayır. Odur ki, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, iş üzrə verilmiş rəylə razıdır. O, 25 ildir orada yaşayır. İlkin iddiaçını tanımır, özünün yolu var, ikinci yol açmaq istəyir, o da mümkün deyil. O, torpağa vergi ödəyir. Odur ki, məhkəmədən ilkin iddia üzrə iddianın rədd edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyə olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Abşeron» b/y-nın 46 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 532 nömrəli reyestr kitabının 50385 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Hövsan qəsəbəsindəki «Abşeron» bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri verilmiş bağçılıq üzvlərinin adlı siyahısı ilə müəyyən olunur ki, siyahının 41-ci səhifəsində qeyd olunmuş X1 ölçüsü 621 m2 olan 46 nömrəli torpaq sahəsi verilmişdir. Suraxanı rayon İcra hakimiyyəti Başçısının Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, sözü gedən əraziyə yerində baxış keçirilmiş və məlum oldu ki, həqiqətəndə ərazidə qanunsuz olaraq hasar tikilmişdir. Nəzərinə çatdırılmışdır ki, “Abşeron” bağçılıq- yoldaşlığının ərazisində aparılan qanunsuz tikinti barədə aidiyyatı orqanlara məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3234 saylı xx.xx.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasar iddiaçının iddia etdiyi və eni 3 metr olan darvaza qoyduğu yolun qarşısında inşa edərək, həmin yoldan istifadəyə məhdudiyyət yaradır. Həmin məhdudiyyətin aradan qaldırılması üçün daş hasarın 3 metr enində sökülməsi lazımdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/599 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, DİN-nin «Abşeron» b/y-nın 46 saylı bağ sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş əsas avtomobil yolundan istifadəsinə məhdudiyyət və ya maneçilik yaratmır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri, ekspert rəyini nəzərdən keçirib hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları n hesabına həyata keçirilir Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçı iddia tələbini “özünün bağ evinin hasarında avtomaşın yolu üçün inşa etdiyi dəmir darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilməməsi” kimi dəlillərlə əsaslandırsa da, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulmuş əsas avtomobil yolunun zəbt edilməsi halı görünmür. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslı hesab edilməsi üçün tutarlı dəlillər mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli torpaq sahəsinə dair qarşılıqlı iddiaçının mülkiyyət hüququnu təsdiqləyən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. İlkin və qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə mütəxəssis rəyini verilməsinə görə 311 manat məbləğində ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat ilkin iddia üzrə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "bağ evi və torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun verilməsi" tələbinə dair ilkin iddası rədd olunsun. İddiaçı Cavabdeh İddiaçı Naib oğluna qarşı "özbaşına qoyulmuş darvazanın sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. İş üzrə verilmiş mütəxəssis rəyinə görə 311 manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 (bir yüz) manat ilkin iddia üzrə İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar