Məhkəmə qərarları › İş №2(010)-872/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-872/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-872/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi Əliyusif qızının nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi Ərizəçi Əliyusif qızının (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsi) “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi Əliyusif qızı (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsi) “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" ərizə ilə məhkəməyə müraciət edərək, X*7 ərizəçinin atası olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun atası, yəni X*0 *977-ci ildə bilmədiyi səbəbdən adını, soyadını və ata adını dəyişdirirərək X2* dəyişdirmişdir. Həmin vaxtdan sonra da *5.*2.*977-ci ildə yeni pasportunu X26 adı ilə almışdır. Lakin ərizəçinin və digər övladları bu dəyişiklikdən əvvəl doğulduğu üçün onların sənədlərində atasının adı Əliyusif, soyadları isə Qasımov kimi göstərilmişdir. Hətta atalarından onlara miras qalmış mənzilində qeydiyyat vəsiqəsində də atasının adı X9 göstərilmişdir. Atası *9.03.2009-cu ildə vəfat etmişdir. Bundan başqa anası ilə atasının nikah haqqında şəhadətnaməsinin surətindən də atasının əsl adının X*0 olması görünür. Hazırda atasının adına olan əmlakla bağlı sənədləşmə və vərəsəlik məsələsi qeyd olunan dəyişikliklə əlaqədar mümkün deyildir. Bununla bağlı qeydiyyat orqanına müraciət etsə də həmin orqandan ərizəçiyə imtina verilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi Əliyusif qızının nümayəndəsi və vəkili X*4 ərizəni müdafiə edərək izahatında tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş mateiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQB tərəfindən verilmiş İE seriyalı 494976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx *950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X**, ana qrafasında X*3 qeyd edilmişdir. Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən 26.**.*975-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında nikah 26.**.*973-cü il tarixdə bağlanmışdır. Vİ-JQ № 686**9 saylı SSR pasoprtundan görünür ki, X26 *9.05.*934-cü ildə Xızı rayonunda anadan olmuşdur. Siyəzən rayonu ZAQS Bürosu tərəfindən 28 iyun *948-ci ildə verilmiş Evlənmə haqqında şəhadətnamədən görünür ki, X*0 və X*3 28 iyun *948-ci ildə nikaha daxil olmuşlar. Kişi Qasımov familiyasını, arvad isə Qasımova familiyasını götürmüşdür. ÖM seriyalı *34965 saylı 23.**.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Moskva pr. *05 «b» saylı evin 27 saylı mənzili X*7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Siyəzən rayon Dövlət Arxivinin 35 saylı *504.2022-ci il tarixdə verilmiş məktubundan görünür ki, *928-ci ildə Siyəzən rayonu, Xəndək kəndində doğulmuş X*7 ( və ya X*) doğum haqqında akt qeydinin surəti və doğum haqqında arayışı arxiv materiallarında aşkar edilmədi. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən *8.04.20*2-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 08.04.20*2-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Əliyusif qızının etibaramə əsasında nümayəndəsi X8 ünvanlanmış məktubundan görünür ki, Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 8*8 saylı xx.xx.2009-cu il tarixli ölüm haqqında akt qeydində adının X26 yazılmasına baxmayaraq, ona məxsus olan digər vətəndaşlıq vəziyyəti aktlarda isə X*0 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin * mart 200* -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilmişdir ki, sənədlər arasında ziddiyyət olduğu üçün sənədlərə düzəliş edilməsi imkanımız xaricindədir. Yasamal rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Yasamal Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli qətnaməsindən (hakim R.Qurbanov) görünür ki, ərizəçi X3 (hazırki iş üzrə iddiaçı Ərizəçi Əliyusif qızının oğlu) ərizəsi təmin edilmiş, ərizəçinin babası X*7 *9 mart 2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X26 *9.03.2009-cu ildə ölmüşdür. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində göstərdi ki, mərhum Əliyusif onun anasının bibisi oğlu olub. Ərizəçi Əliyusif qızı onun qardaşının gəlinidir. Nailənin atasının adı Əliyusifdir, anasının adı Gövhər olub, hamı nəsildə Nailənin atasının adının Əliyusif olduğunu bilib. Əliyusif Siyəzəndə doğulub, 2009-cu ildə vəfat edib və onun yas məclisində iştirak etmişdir. O, eşitmişdir ki, Əliyusif dayı ona məlum olmayan səbəblərdən pasportunda adını və soyadını dəyişdirmiş, yoldaşının qız soyadını, özünün adının birinci hissəsini götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X*8 ifadəsində göstərdi ki, mərhum Əliyusif onun anasının bibisi oğlu olub, Nailə isə dayısının arvadıdı. Əliyusif bir dəfə evli olub və arvadı Gövhər olub. Əliyusif Siyəzəndə doğulub. Onların iki qızları olub, Nailə və Tamilla. Sonradan Sovetskiyə köçüblər və orada yaşamağa başlayıblar. Əliyusif ticarətçi olub. O, eşitmişdir ki, Əliyusif dayı ona məlum olmayan səbəblərdən pasportunda adını və soyadını dəyişdirmiş, özünün adının birinci hissəsini götürmüşdür. Ərizəçi Əliyusif qızı onun qardaşının gəlinidir. Nailənin atasının adı Əliyusifdir, anasının adı Nailə, hamı tayfada Nailənin atasının adının Əliyusif olduğunu bilib. Əliyusif Siyəzəndə doğulub, 2009-cu ildə vəfat edib və onun yas məclisində iştirak etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X26 *9.03.2009-cu il tarixində ölmüşdür. O, öldükdən sonra onun adına olan daşınmaz əmlakla bağlı vərəsəlik işləri üçün onunla qohumluq münasibətlərinin təsdiq olunması ərizəçidən tələb edilmişdir. Beləliklə, o da qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 20*9-cu il tarixdə Bakı şəhərində rəhmətə getmiş X26 ilə qohumluq münasibətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər ərizəçinin qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə həmçinin Yasamal Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli qətnaməsinə əsasən müəyyən edir ki, həmin mülki iş üzrə ərizəçi X*2 hazırki iş üzrə iddiaçı Ərizəçi Əliyusif qızının oğludur və onun ərizəsinə əsasən babası X*7 *9 mart 2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-in *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.* -ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Ərizəçi Əliyusif qızının *9 mart 2009cu il tarixdə ölmüş X*7 qızı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Əliyusif qızının *9 mart 2009-cu il tarixdə ölmüş X*7 qızı olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar